İslam Həmrəyliyi Oyunları ölkəmizə gələn turistlərin sayının artmasına səbəb olacaq

 

Dosent Bahadur Bilalov:

Yaxın illərdə regiondakı hava limanları xarici ölkələrdən çarter reyslərinin qəbuluna başlayacaq

 

Ölkədə turizmlə bağlı həyata keçirilən tədbirlər bu sektorda inkişafın əldə edilməsinə imkan verir. Bir zamanlar ölkədə mövcud olmayan turizm anlayışı artıq hamı tərəfindən qəbul edilir, bu sektorla bağlı atılan hər addım dəstəklənir. Nəticədə hər il bu sahədə daha da irəliləyiş müşahidə edilir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyini, birinci rüb ölkəyə gələn turistlərin sayının 25 faiz artdığını bildirib. Azərbaycanda turizmin inkişafını şərtləndirən amillərə gəldikdə isə ölkə başçısı bildirib ki, bunlar, əsasən, ölkənin dinamik inkişafı, müasir sosial-iqtisadi infrastrukturun yaradılması, şəhərlər digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq abadlıq işlərinin həyata keçirilməsi, ölkədə hökm sürən sabitlik təhlükəsizlik, müasir turizm infrastrukturunun yaradılması, viza rejiminin sadələşdirilməsi “ASAN vizasisteminin yaradılması, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünyada müsbət imicinin formalaşması kimi faktorlarla bağlıdır.

Müsahibimiz Azərbaycan Turizm Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovdur:

- Prezident çıxışında bildirib ki, bu ilin birinci rübündə müşahidə edilən 25 faiz artımın bir çox səbəbləri var ki, onlardan birincisi, Azərbaycanda mövcud olan son illər ərzində yaradılmış müasir infrastrukturdur. Bu gün ölkədə turizmin inkişafı üçün mövcud infrastrukturu necə qiymətləndirirsiniz?

- Dünya təcrübəsi göstərir ki, hər hansı ölkədə turizmi inkişaf etdirmək üçün mütləq siyasi iradə lazımdır. Bu baxımdan, düşünürəm ki, Prezident təvazökarlıq edərək bu məsələni qeyd etməyib. Amma son dövrlərdə Prezidentin imzaladığı sənədlər, təbii ki, ölkə turizminin inkişafına təkan verən amillər içərisində birinci yeri tutur. Təbii ki, ölkədə turizmin inkişafı üçün mütləq infrastruktur lazımdır. Qeyd etməliyik ki, formalaşdırılmasına ümummilli lider Heydər Əliyevin dövründə başlanan turizm infrastrukturu, Prezidentin qeyd etdiyi kimi, bu gün xarici turistləri qəbul etmək iqtidarındadır. Məlum olduğu kimi, Azərbaycanda mehmanxana mehmanxana tipli gecələmə yerlərinin sayı sürətlə artır təxminən 600-ə çatıb. Ölkəmizdə nəinki yerli hotellər, eyni zamanda dünyanın ən məşhur brend hotellərinin şəbəkələri fəaliyyət göstərir. Digər tərəfdən son dövrlərdə Prezidentin tövsiyələrinə uyğun olaraq turizmin kütləviləşməsi üçün hostellərin yaradılması işi sürətlənib. Bunlarla yanaşı, avtomobil yollarının yenidən qurulması Bakıdan Azərbaycanın regionlarına çox rahat şəkildə səfər etməyə imkan verir. Nəinki paytaxt Bakıda, eyni zamanda Naxçıvanda, Gəncədə, Qəbələdə, Lənkəranda Zaqataladakı beynəlxalq hava limanları xarici ölkələrdən turist qəbulunda önəmli rol oynamağa başlayıblar. Hesab edirəm ki, yaxın illərdə regiondakı hava limanları xarici ölkələrdən çarter reyslərinin qəbuluna da başlayacaq.

 

VizanınASAN”laşdırılması turist axınını təmin edən məsələdir

 

Şahdağda Tufandağda yaradılan komplekslər nəticəsində ölkə turizmi bir mövsümlükdən yaxa qurtara bildi. Artıq nəinki ölkə vətəndaşları, həmçinin xarici turistlər ölkəmizdə qış turizminin dadını çıxara bilirlər. Ölkəmizdə müalicə-sağlamlıq turizminin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Prezidentin vurğuladığı kimi, Naftalan, Qalaaltı kurortları yenidən qurulub əvvəlki dövrlərdəki cəlbediciliyini bərpa etməyə başlayıb. Buraya NaxçıvandakıDuzdağDarıdağsanatoriyalarını da əlavə etsək, aydın olar ki, ölkəmizdə müalicə-sağlamlıq turizmi inkişaf etməkdədir. İnfrastrukturdan danışarkən Konqres mərkəzi, son zamanlar istifadəyə verilən hotellərdəki nəhəng konqres zallarını, ekspo mərkəzini da mütləq qeyd etmək lazımdır. Çünki bunlar ölkəmizdə ən böyük tədbirlərin keçirilməsinə imkan verir. Bütün sadalananlarla yanaşı, istifadəyə verilən idman qurğuları da idman turizminin inkişaf etdirilməsi üçün baza rolunu oynayır.

-Digər səbəb kimi ölkədə mövcud sabitlik göstərilir. Mövcud vəziyyət turizmin inkişafı üçün hansı imkanlar açır?

-Turizm ekspertləri birmənalı olaraq qeyd edirlər ki, hər hansı bir ölkədə sabitlik onu turistlər üçün cəlbedici edir. Aparılan məqsədyönlü xarici daxili siyasət nəticəsində ölkəmizdə sabitlik hökm sürür. Şükürlər olsun ki, qonşu ölkələrdəki partlayışlar, terror hadisələri ölkəmiz üçün xas deyil. Bu səbəbdən ölkə başçısının da çox düzgün olaraq qeyd etdiyi kimi, xarici turistlər səfər üçün ölkəmizi seçirlər. Hesab edirəm ki, Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması ölkəmizə səfər etmək istəyən turistlərin sayını kəskin surətdə artıracaq.

- Növbəti amil kimi “ASAN vizasisteminin yaradılması göstərilir. Sizcə, bu sistemin tətbiqi turizmin inkişafında hansı rolu oynayır?

- Prezidentin qeyd etdiyi kimi, viza məsələsinin “ASAN”laşdırılması turist axınını təmin edən məsələdir. Dünya Turizm Təşkilatı zaman-zaman bütün dünya ölkələrinə turizmin inkişafı naminə viza prosedurlarının sadələşdirilməsini tövsiyə edir. Yadımdadır, bu məsələ ümummilli liderin prezidentliyi dövründə müzakirə olunub, hava limanında ölkəyə gələn əcnəbilər üçün viza rəsmiləşdirilməsi həyata keçirilirdi. Sonradan bəzi “işbazların” təzyiqi və fəaliyyəti nəticəsində bu işə son qoyulmuşdu. Dəfələrlə müsahibələrimdə də qeyd etmişdim ki, əslində, xarici ölkələrdə fəaliyyət göstərən əksər konsulluq işçiləri “viza biznesi” ilə məşğul idilər. 40-50 dollar dövlət rüsumu olan vizalar, bəzən turistlərə 200 dollara başa gəlirdi. ya ölkəmizə səfər etmək həvəsində olan finlandiyalı viza almaq üçün Stokholma getmək məcburiyyətində idi. “ASAN viza”nın tətbiqi isə bu proseduru sadələşdirib, ölkəmizə gəlmək istəyən hər bir şəxs özü internet üzərindən vizasını rəsmiləşdirmək imkanı əldə edib.

-Gələn ay ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu oyunların turizmdə rolunu necə dəyərləndirirsiniz?

- İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi həm bu oyunlara tamaşa etmək üçün ölkəmizə səfər edəcək turistlərin sayının artmasına səbəb olacaq, eyni zamanda islam ölkələrində, eləcə dünyada Azərbaycanın tanıtımı baxımından müstəsna əhəmiyyətə malik olacağını düşünürəm. Təcrübə sübut edir ki, bu tipli tədbirlər sonrakı dövrdə ölkəyə turist axınını artırır.

-Bu günlərdə açılışı olan Bakı Şopinq Festivalının rolu ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Belə tədbirlər dünyanın müxtəlif ölkələrində keçirilir əsas məqsədi ondan ibarətdir ki, ölkəyə turistlərin, xüsusiləalış-verişhəvəskarı olan turistlərin diqqətini cəlb etsin. Təbii ki, ilk dəfə ölkəmizdə keçirilən bu festivalın nəticələri sonda təhlil olunacaq növbəti dəfə keçirilərkən meydana çıxacaq çatışmazlıqlar aradan qaldırılacaq. Məlumdur ki, Dubayda hər il keçirilən belə festivalda gələnlərin sayını artırmaq üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, ölkəyə gələn xarici turistlərin aviabilet nömrələrinə əsasən lotoreyalar oynanılır. Uduş qismində bahalı maşınlar, qızıl külçələr, yaşayış evləri qoyulur. Fikrimcə, növbəti festivalda belə stimullaşdırıcı tədbirləri biz tətbiq edə bilərik.

 

Nigar Abdullayeva

Palitra.-2017.-12 aprel.-s.5.