Fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq

 

Ölkədə bütün sahələrdə müşahidə edilən inkişaf iqtisadi sahədə də təmin edilir. Bu gün iqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var: “İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub, kənd təsərrüfatı 3,5 faiz artıb.

Kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur, vəsait ayrılıb və bu layihələr nəzarət altında olmalıdır ki, biz il ərzində bu rəqəmə çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını, əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir”. Ölkə başçısı onu da vurğulayıb ki, torpaqların dəqiq uçotu aparılmalıdır. Bu istiqamətlərdə işlər gedir, göstərişlər verilib. Torpaqların müasir üsullarla dəqiq təhlili aparılmalı olduğunu deyən dövlət başçısının sözlərinə görə, torpaqların keyfiyyəti haqqında müfəssəl məlumat olmalıdır: “Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq”.

Qeyd edək ki, bu günlərdə ölkə başçısı tərəfindən kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb.

Qeyd edək ki, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, aqrar sahə dünyanın ən riskli sahəsidir: “Bu sahə dünyada kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir, eynilə bizim ölkəmizdə də vəziyyət belədir". Onun sözlərinə görə, son 10 ildə banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb.

Buna baxmayaraq, naziri müavini bildirib ki, bu vəsait yetərli deyil. "Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verir. Xarici investorlar isə aqrar sahəmizə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların girov kimi qəbul edilməsi, hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər, hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur", - deyə S. Talıbov vurğulayıb.

 

Türkiyədə 4 milyon hektardan çox ərazı suvarma sistemi olmadığı üçün dincə qoyulub

 

Onu da bildirək ki, bu gün dünyada kənd təsərrüfatının müxtəlif sahələri üzrə rəqabət getdikcə güclənir. Türkiyə Əkinçilik Odaları Birliyinin (TZOB) rəhbəri Şəmsi Bayraktar bildirib ki, dünyada tam bir əkinçilik sahəsi istilası var və kənd təsərrüfatı sahələri addım-addım inkişaf etmiş ölkələrin nəzarətinə keçir. O da vurğulanıb ki, hələ Türkiyədə mövcud kənd təsərrüfatı sahələrinin da hamısının aktiv olaraq istifadə edilmir. 4 milyon 114 min hektar kənd təsərrüfatı sahəsi suvarma sistemləri olmadığı üçün dincə qoyulub. Bunun da böyük bir iqtisadi itki olduğuna diqqəti çəkən Bayraktar bildirib ki, ölkədə müxtəlif səbəblərlə əkinçilik əraziləri boş qalır: “Ölkəmizdə 8,5 milyon hektar texnikiiqtisadi olaraq sulaya biləcəyimiz əkinçilik sahələrimizin 2,27 milyon hektarı, hələ də suvarma infrastrukturu tamamlanmadığı üçün istifadədən kənardır”.

 

41 ölkə başqa ölkələrdən torpaq kirayələyir

 

Qeyd edək ki, bu gün dünyada kənd təsərrüfatı sahələrinin dəyərinin inkişaf etmiş ölkələr tərəfindən yaxşı bilindiyi, sənayeləşmiş olan bu ölkələrin əkinçiliyə də laqeyd qalmadığı və əkinçilikdə ən qabaqcıl ölkələr arasında yer aldıqları bildirilir. Hazırda bu ölkələrin sayı davamlı artsa da, Dünya Ticarət Təşkilatının hesabatına görə, 41 ölkənin başqa ölkələrdə torpaq kirayələdiyi və ya satın aldığı, 62 ölkənin isə torpaqlarını ikinci bir ölkəyə icarəyə verdiyiya satdığı bildirilir.

İngiltərənin Afrikada kirayəyə götürdüyüya satın aldığı əkinçilik sahələrinin cəmi İsrail ərazısinin 2,5 qatına yaxındır. Kənd təsərrüfatı sahəsini icarə və ya satın almaqda İngiltərə, ABŞ və Çini də üstələyir. Bu ölkələri Almaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Hollandiya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Cənubi Afrika Respublikası, İordaniya izləyir. Geniş əkinçilik sahələri kirayəyə götürən ölkələr içində Türkiyə və Misirvar. Bu ölkələr hər il on milyardlarla dollar pul xərcləyərək əkinçilik sahələri kirayəyə götürürlər.

Torpaqlarını kirayəyə verən və ya satan ölkələr içində də ilk sıraları Konqo Respublikası, İndoneziya, Filippin, Sudan, Efiopiya, Braziliya, Madaqaskar, Mozambik, Tanzaniya, Qabon, Keniya, Kamboca, Nigeriya, Rusiya, Ukrayna gəlir. Geniş əkinçilik sahələrini kirayəyə götürən və ya satan ölkələr içində Pakistan, Tacikistan kimi Asiya ölkələri də var. Afrika başda olmaq üzrə müxtəlif ölkələrin 227 milyon hektarlıq əkinçilik sahəsi zəngin ölkələrin əlinə keçib.

 

Nigar Abdullayeva

Palitra.-2017.-13 aprel.-S.10.