BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzaladı

 

Bakı Ali Neft Məktəbində (BANM) ali məktəb ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Tədbirdə BANM-in rektoru professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri cənab Roslan Abdul Rəhman UniKL-nin prorektoru prof. Azanam Shah Hashim Sənaye texnologiyası institutunun dekanı dosent prof. Sairul İzvan Safie, eləcə səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə professor-müəllim heyəti, həm bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəliblər.

UniKL-nin prorektoru prof. Azanam Shah Hashim öz çıxışında vurğulayıb ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd edib ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır.

Sonra BANM- UniKL arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris elmi materialların mübadiləsi, birgə elmi forum konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Nigar

Palitra.-2017.-13 aprel.-S.13.