Molla Pənah Vaqif” kitabının təqdimatı olub

 

Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli KitabxanasındaMolla Pənah Vaqifkitabının kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Turizm Nazirliyi, Türk Mədəniyyəti İrsi Fondunun Milli Kitabxana ilə birgə nəşr etdiyi kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərovdur.

 

Yeni nəşrBöyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqındaPrezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanıb.

 

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli Azərbaycan şairi M.P.Vaqifin zəngin yaradıcılığından söz açıb. Bildirilib ki, böyük şair yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra türkdilli dövlətlərdə tədqiq edilir.

 

2017-ci ilin TÜRKSOY tərəfindənMolla Pənah Vaqif ilielan olunduğunu qeyd edən natiqMolla Pənah Vaqif ili”nin açılış mərasimlərinin Türkiyənin Ankara Sakarya şəhərlərində keçirildiyini söyləyib.

 

Yubiley tədbirlərinin türkdilli ölkələrdə qeyd edildiyini deyən K.Tahirov deyib ki, bütün bunlar Azərbaycan ədəbiyyatı tarixində qüdrətli söz ustası kimi tanınan şairin yaradıcılığındakı humanist dəyərlərə verilən qiymətin təzahürüdür. Natiq şairin həyatını yaradıcılığını daha müfəssəl anlamaq üçün sözügedən kitabın oxuculara yardımçı olacağını vurğulayıb.

 

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək böyük söz ustasının yaradıcılığından bəhs edib. Şairin şeriyyətinin, ümumilikdə ədəbi irsinin böyük mənada tədqiq olduğunu diqqətə çatdıran nazir müavini vurğulayıb ki, yeni nəşrin ərsəyə gəlməsi ölkə başçısının söz adamlarına, bütövlükdə ədəbiyyatımıza diqqətinin göstəricisidir.

 

Molla Pənah Vaqifkitabının gənc nəsil, xüsusən şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyən hər kəs üçün əhəmiyyətli olacağını söyləyən nazir müavini bildirib ki, M.P.Vaqif yaradıcılığında baş vermiş bütün hadisələrə real gözlə baxılır.

 

Qeyd olunub ki, şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət edir. Azərbaycan tarixinə siyasi xadim kimi daxil olan Vaqif, hər zaman taleyüklü məsələlərin həllində müdriklik uzaqgörənlik nümayiş etdirib.

 

Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edən V.Əliyev belə nəşrlərin artırılmasının vacibliyini vurğulayıb.

 

Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Vaqif yaradıcılığı daim tədqiqat obyektinə çevrilərək, əsərləri kütləvi tirajla nəşr edilib. Qeyd olunub ki, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün aktuallığını qoruyan həllini gözləyən mühüm məsələlərdəndir. Vaqif yaradıcılığı Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcıdır. Vaqif müxtəlif elmləri, xüsusən astronomiya elmini çox gözəl bilirdi. Mənim üçün Vaqif yaradıcılığı ilə tanışlıq məktəbdə oxuduğum ilk illərindən başlayıb. İlk dəfə onunDurnalarşeirini öyrəndik Mola Vəli Vidadinin eyniadlı şeiri ilə müqayisə etdik. İllər sonra o şeirləri mənim oğlum öyrənirdi. Sonra onlar yuxarı siniflərdə Səməd VurğununVaqifpoemasında Vaqifin dili ilə deyilən şeirləri əzbərlədi. Hətta məktəbdə bir tədbirdə o, Vaqif obrazını canlandırdı. Bunu ona görə deyirəm ki, nəsillərdən-nəsillərə biz bunu ötürə biliriksə özümüzü eyni zamanda cəmiyyəti, ətraf mühiti zənginləşdiririk,- deyə G.Əfəndiyeva vurğulayıb.

 

G. Əfəndiyeva qeyd edib ki, hələ 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərəsinin açılışı olub. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdiyini söyləyən natiqBöyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqındamüvafiq Sərəncamın bu qəbildən olduğunu deyib.

 

Diqqətə çatdırılıb ki, bununla bağlı ölkəmizlə yanaşı, bütün türkdilli ölkələrdə tədbirlər keçirilir, UNESCO da bunu öz proqram siyahısına daxil edib.

 

TÜRKSOY-un Baş katibi Düsen KaseinovVaqif iliçərçivəsində türkdilli ölkələrdə TÜRKSOY-da keçiriləcək tədbirlərdən, rəhbəri olduğu qurumun dəstəyi ilə çap olunacaqMolla Pənah Vaqifin 9 şeirikitabında şairin şeirlərinin türk xalqının dillərinə tərcümə olunaraq çap ediləcəyindən danışıb.

 

Tədbirdə digər çıxış edənlər böyük Azərbaycan şairinin həyat yaradıcılığından, kitabın məziyyətlərindən söz açıblar.

 

Kitabın giriş, “Ön söz 3 bölmədən ibarət olduğunu söyləyərək nəşrin sonunda ingilis dilində xülasənin verilməsini təqdirəlayiq hesab ediblər.

 

Sonra kitabın müəllifi Nizami Cəfərov çıxış edərək iştirak edən hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan kitab, eyni zamanda bir sıra yeni ideyaları ilə seçilir.

 

Sonda qonaqlarMolla Pənah Vaqif -300” adlı kitab sərgisinə baxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Palitra.-2017.-14 aprel.-S.13.