“Made in Azerbaijan” brendi olan şərablarımız
Yaponiya bazarında
Şərabçılıq Azərbaycanın ənənəvi
istehsal sahələrindən
biridir. Hazırda ölkədə üzümçülük və
şərabçılıq özünün yeni inkişaf mərhələsindədir.
Ölkəmizin ayrı-ayrı bölgələrində
üzümçülük sahələri genişləndirilir,
yeni emal müəssisələri açılır,
şərab istehsalının
çeşidi isə
artırılır.
Eyni zamanda, şərablarımız xarici
bazarlarda öz müştərilərini tapmağa
başlayıb. Ötən il şərab ixracı 3,5 milyon dollar təşkil edib. Ölkə başçısı tərəfindən 2016-cı ildə
təsdiq edilmiş ixracatçılara dəstək
mexanizmləri və
“Made in Azərbaycan” brendinin
təşviqi tədbirləri
şərab ixracatçılarına
böyük stimul yaradıb. Ötən ilin noyabr ayından başlayar şərab və konyak məhsullarının
ixracına görə
440 min manat məbləğində
ixrac təşviqinin sahibkarlara ödənilməsinə
dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və
Almaniyaya təşkil
olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə,
çoxsaylı biznes-forumlarda
iştirak edib, məhsullarını təşviq
etmək imkanı qazanıb və uğurlu nəticələr
əldə ediblər.
Nazirlər Kabinetinin
2017-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında çıxışı
zamanı ölkə başçısı bildirib
ki, önəmli məsələlərdən biri
qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə bağlıdır və bu da
indi uğurla inkişaf edən bir istiqamətdir: “Həm islahatlar aparıldı, həm institusional tədbirlər
görüldü, “Azexport”
portalı yaradıldı.
Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir
çox sərgilərdə
iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət
evləri yaradılır,
ticarət-ixrac missiyaları
həyata keçirilir.
Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində
reklam kampaniyaları aparılmalıdır ki,
biz “Made in Azerbaijan” brendini tanıtdıraq.
Biz yeni ixrac bazarlarına çıxışı
təmin etməliyik. Ənənəvi olan ixrac bazarlarına
daha geniş çeşiddə məhsulla
çıxmalıyıq. Eyni zamanda, yeni ixrac
bazarlarını axtarmalıyıq”.
Ölkə başçısı qeyd
edib ki, üç milyon yarım dollar dəyərində
məhsul ixracı Azərbaycan kimi ölkə üçün
çox aşağı
səviyyədir. Biz bunu 10 dəfə, bəlkə də 20 dəfə artırmalıyıq və
buna imkan var: “Çünki indi bizdə yeni üzüm bağları salınır,
kifayət qədər
üzüm emalı, şərab zavodlarımız
var, onlar tam gücü ilə işləmir. Yəni, burada çox
ciddi dövlət siyasəti aparılmalıdır.
Üzümçülük, şərabçılıq çox gəlirli sahədir və biz artıq kontraktlar imzalamışıq. Dost, tərəfdaş ölkələrlə
indi danışıqlar
aparılır ki, onlar öz bazarlarında
Azərbaycan şərabı
üçün müəyyən
bir yer ayırsınlar.
Bu proses artıq keçən il başlayıb, bu il daha da
geniş vüsət alacaq”.
Qeyd edək ki, ötən
ilin noyabrından etibarən bir sıra məhsullarla yanaşı, şərab
məhsullarının da
Rusiya, ABŞ, Çin,
Almaniya, Türkiyə,
Belarus və sair ölkələrə ixracı
ilə əlaqədar
ixrac təşviqinin ödənilməsinə dair
qərarlar qəbul edilib.
“Xəzər dalğaları”
şərabı Tokioda
birinci yerə layiq görülüb
Bu gün yeni ixrac bazarları tapmaq, məhsullarımızı
tanıtmaq istiqamətində
tədbirlər davam edir. Bu günlərdə Tokionun “Okura” otelində Yaponiya Xarici İşlər Nazirliyinin
təşkilatçılığı ilə Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan), Sərgi Avropa (Moldova) və Məğrib (Tunis) ölkələrinin
iştirakı ilə
“Şərab Dostluğu
Möhkəmləndirir - Azərbaycan,
Gürcüstan, Moldova və
Tunis şərablarını kəşf et” adlı festival keçirilib.
Azərbaycan tədbirdə yüksək
səviyyədə təmsil
olunub.
Tədbirdə Yaponiyanın yüksək
səviyyəli dövlət
rəsmiləri, ictimai-siyasi
dairələrin, diplomatik
korpusun, kütləvi
informasiya vasitələrinin
nümayəndələri, şərab sənayesinin təmsilçiləri iştirak
ediblər.
Festivalda Yaponiyanın xarici işlər nazirinin müavini Motome Takezava ölkəsində
ilk dəfə belə
tədbirin təşkil
olunduğunu bildirib, bu cür festivalların
xalqlar və dövlətlər arasında
əməkdaşlıq əlaqələrinin
daha da möhkəmlənməsində
mühüm rol oynayacağını vurğulayıb. Nazir müavini
təşəbbüsü dəstəkləyən ölkələrə
minnətdarlığını bildirib və qeyd edib ki,
bu tədbir həmin ölkələrin
şərablarını Yaponiyada
tanıtmaq baxımından
da əhəmiyyətli
olacaq.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə
ölkəmizdə şərabçılığın
inkişafından danışıb. Diplomat Azərbaycanın yalnız
neft və qaz ixracatçısı deyil, həm də artıq gözəl şərab istehsalçısı kimi
də dünya bazarlarına çıxdığını
vurğulayıb. Qeyd edib
ki, Azərbaycan şərablarının bu
festivalda təqdim edilməsi cari ildə qeyd olunan Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin
25-ci ildönümünə ən yaxşı töhfədir.
Azərbaycan şərabları barədə
xarici işlər nazirinin müavini Motome Takezava, Yaponiya Turizm Assosiasiyasının prezidenti
Tadaşi Şimura, “Pavone” jurnalının baş redaktoru Akira Matsuda ölkəmizin məhsullarının
keyfiyyəti ilə diqqəti cəlb etdiyini vurğulayıblar.
Qeyd ediblər ki, “Made in
Azerbaijan” brendi olan şərablarımız artıq
Yaponiya bazarında mövqeyini möhkəmləndirməkdədir.
Bu, iki ölkə arasında iqtisadi əlaqələrin artması
ilə yanaşı,
dost xalqlarımızın bir-birinə
daha da yaxınlaşmasına
mühüm təsir göstərəcək.
Tədbir
zamanı peşəkar
somelyelər tərəfindən
keçirilən müsabiqədə
Azərbaycanın “Xəzər
dalğaları” ağ şərabı
birinci yerə layiq görülüb.
Festivalda təqdim edilən şərablar Azərbaycan
Nazirlər Kabinetinin, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin, AzPromo və “Silkway” şirkətlərinin dəstəyi
ilə Yaponiyaya çatdırılıb.
Nigar Abdullayeva
Palitra.-2017.-15 aprel.-S.5.