Yevlaxda icbari tibbi sığorta çərçivəsində yeni sistem tətbiq olunur

 

Yevlax rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın pilot layihənin tətbiqi çərçivəsində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra yeniliklər həyata keçirilib.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, burada fəaliyyətə başlayan Ailə Sağlamlıq Mərkəzi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi ilə yaradılıb. Mərkəzdə xəstələr ilkin olaraq ailə həkimləri tərəfindən müayinə və müalicə edilir, zərurət yaranarsa, xəstəxanaya və ya ixtisaslaşmış həkimlərin müayinə və müalicəsi üçün istiqamətləndirilir.

Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov bildirib ki, Yevlax rayonunun əhalisinə xidmət göstərən Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Yevlax Mərkəzi Rayon Xəstəxanası nəzdində TTTY şöbəsi qurulub və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb.

Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulatorya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. Ambulans çağırışı zamanı xəstənin vəziyyəti qiymətləndirilir, ilkin tibbi yardım üçün məsləhətlər verilir və xəstənin ehtiyaclarına uyğun olaraq həkim briqadası göndərilir. Xəstə ambulansla xəstəxanaya gətirildikdə və ya fərdi qaydada özü müraciət etdikdə TTTY şöbəsinə qəbul zamanı xəstənin vəziyyəti qiymətləndirilir və onun statusu “təxirəsalınmaz”, “təcili” və ya “təcili olmayanhallar üzrə müəyyən edilir. İlkin tibbi müdaxiləyə daha çox ehtiyacı olan xəstələrə dərhal tibbi xidmət göstərilir. İlkin tibbi xidmətdən sonra xəstələr əlavə müayinə və müalicəyə ehtiyac olduqda tibbi xidmətin digər səviyyələrinə yönləndirilir, hər hansı bir tibbi xidmətə ehtiyac olmadıqda isə evə buraxılır. Şöbədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrikreanimasiya xidmətlərinin həyata keçirilməsi üçün şərait mövcuddur.

Triajsistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.

Yevlax rayonunda reallaşdırılan daha bir yenilik isə diaqnostik laboratoriyanın yenidən qurulmasıdır. Hazırda Mərkəzi Xəstəxanada 24 saat fəaliyyət göstərən müasir avadanlıqlarla təmin olunmuş yeni laboratoriya qurulub. Ən müasir tələblərə cavab verən laboratoriyada güclü maddi-texniki baza yaradılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb, həkim otaqları kompüter, internettelefonla təmin edilib, laborator müayinə nəticələrinin kağız üzərində arxivləşdirilməsinə son qoyulub. Laboratoriyada aparılan müayinələr avtomatlaşdığından müayinə nəticələrinin cavablandırılması üçündaha az vaxt sərf olunur. Eyni zamanda, xəstələr öz müayinə nəticələrini xəstəxanaya gəlmədən belə, onlara verilmiş kod əsasında internet vasitəsi ilə əldə edə bilərlər.

A.İsmayılovun bildirdiyinə əsasən, növbəti mərhələdə uşaqların profilaktik vaksinasiyası haqqında da məlumatların valideynlərə bildirilməsi avtomatlaşdırılacaq. Xüsusi proqramın köməyi ilə valideynlərə övladlarının növbəti peyvənd tarixi barədə SMS vasitəsilə bildiriş göndəriləcək. Məqsəd uşaq əhalisinin profilaktik vaksinasiyasından yayınmasının və mümkün gecikmələrin qarşısını almaqla, əhalinin sağlamlığının qorunmasını təmin etməkdir.

 

Tural

Palitra.-2017.-20 aprel.-S.13.