Qeyri-neft sektoru dayanıqlı iqtisadi inkişafı təmin edəcək

 

“Artıq Avropada aparıcı supermarket şəbəkələrində “Azərbaycan rəfi”nin yaradılması ilə bağlı danışıqlar yekunlaşdırılıb”

 

Son illər ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar aparılıb, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilib, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilib, qeyri-neft ixracının artırılmasına nail olunub. Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı ölkə başçısı bildirib ki, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir: “Bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. Qarşıda duran vəzifələrdən biriodur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.

Millət vəkilləri, mütəxəssislər, ictimaiyyət nümayəndələri bu gün ölkədə qeyri-neft sektorunun inkişafının mühüm bir mərhələnin yaşandığını deyirlər.

 

Zahid Oruc:

“Yaxın vaxtlarda Azərbaycanda qeyri-neft sektoru sahəsində daha güclü inkişafın şahidi olacağıq”

Millət vəkili Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi, ilk növbədə son zamanlar belə mühüm dövlət tədbirlərinin məhz bölgələrdə təşkil edilməsi baxımından diqqəti cəlb edir: “Bu, ölkəmizin regionlarının inkişafının da diqqət mərkəzində olmasının bir göstəricisidir. Prezidentin bundan əvvəl Sabirabadda, Ağcabədidə, Saatlıda və digər rayonlarda keçirdiyi müşavirələr də o mərama xidmət edir ki, bölgələrimiz paytaxtımızla paralel inkişaf etsin, iqtisadi vəzifələrini müəyyənləşdirmək imkanında olsun”. Zahid Oruc deyib ki, dünyada karbohidrogen ehtiyatlarının qiymətlərinin kəskin aşağı düşməsi fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahənin büdcəyə, eyni zamanda vətəndaşlara qazanc gətirməsi son dərəcə əhəmiyyət kəsb edən məsələdir.

Millət vəkili bildirib ki, müşavirədə Prezident İlham Əliyev fundamental yol xəritəsi baxışlarını təqdim etdi. Prezident dövlətin hər bir sahənin inkişafına nə qədər önəm verdiyini bir daha sübut etdi. Prezidentin qarşıya qoyduğu əsas vəzifə ondan ibarətdir ki, ilk növbədə biz idxaldan asılılığımızı azaltmalıyıq. Valyuta kütləsi ölkədən xaricə getməməli, əksinə, xaricdən buraya gəlməlidir. Artıq bu istiqamətdə xeyli görülür.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının önəm verdiyi digər məsələ xammaldan tam hazır məhsul alınana qədər olan bütün prosesin ölkəmizdə baş verməsidir: “Məsələn, şəkər istehsalı və onun ixracı ilə bağlı rəqəmlərdən danışanda Prezident xüsusi qeyd etdi ki, şəkər qamışı, çuğunduru burada yetişdirilməli, məhsulun xammalının hamısı özümüzdə olmalı, onun qablaşdırılması, satışı ölkə daxilində həyata keçirilməlidir”.

Torpaqdan səmərəli istifadənin də vacib vəzifələr sırasında olduğunu deyən deputat qeyd edib ki, təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyuelektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Bu torpaqlarda müxtəlif çeşidli məhsullar yetişdiriləcək və bu da əlavə ixrac potensialı deməkdir. Bu layihə böyük inkişafa təkan verəcək. Zahid Oruc vurğulayıb ki, bu gün Prezident sahibkarlara böyük dəstək göstərir, onlarla müntəzəm olaraq görüşlər keçirir: “Sahibkarların keçmişdə üzləşdikləri bütün bürokratik əngəllər aradan qaldırılıb, onlara güzəştli kreditlər verilir. Ölkəmizdə investisiyanın və ixracın təşviqi sistemləri tətbiq olunur. Əlbəttə, bütün bunlar qeyri-neft sektorunun inkişafına təkan verən amillərdir. Biz artıq bu inkişafın nəticələrini görürük, gələcəkdə daha böyük uğurların, daha güclü inkişafın şahidi olacağıq”.

 

Vüqar Bayramov:

“Görülən işlər Azərbaycan iqtisadiyyatını prioritet hədəflərə çatdıracaq”

İqtisadiSosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramov isə bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin keçirilməsini bir sıra aspektlərdən qiymətləndirmək lazımdır: “Postneft dövrünün prioritetlərinə və hədəflərinə uyğun olaraq müşavirə kifayət qədər aktual mövzuya həsr edilib. Azərbaycanın ixracatının artırılması ölkəyə daxil olan valyuta həcminin artırılması, iqtisadi şaxələndirmə ilə bağlı hədəflərə nail olunması baxımından aktualdır. Yerli istehsalın dəstəklənməsi fonunda qeyri-neft ixrac imkanlarının artırılması əsas hədəf olaraq qalmaqdadır”.

Vüqar Bayramov qeyd edib ki, 2017-ci ilin ilk rübünün yekunlarını qiymətləndirərkən, əslində, 2014-cü ildən başlayaraq aparılan islahatları qeyd etməliyik. Çünki Azərbaycan postneft dövrünün başlanmasını elan edən ilk ölkələrdən biri oldu. 2014-cü ilin sonlarında dövlətimizin başçısı tərəfindən postneft dövrünün başlandığı bildirildi. Azərbaycan neftin dünya bazarı qiymətlərinə və mövcud qiymətlərə uyğun transformasiya olması istiqamətində mövcud siyasətin aparılması ilə bağlı mövqeyini nümayiş etdirdi. Bununla ixracın stimullaşdırılması üçün atılan addımlar, xüsusilə ixraca subsidiyanın verilməsi öz təsirlərini göstərməyə başladı. Azərbaycan ixraca subsidiya təklif edən az sayda MDB ölkələrindən biridir. Bu o deməkdir ki, sahibkar ixrac etdiyi məhsulun növünə uyğun dövlət büdcəsindən subsidiya alır. Bu zaman həmin vəsait sahibkarın hesabına köçürülürsahibkar onu istifadə etməkdə sərbəstdir. Subsidiya əvəzsiz verilən, büdcəyə qaytarılmayan vəsaitdir.

Ekspert qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələdir: “Çünki neftin dünya bazarındakı qiymətləri ilə bağlı proqnozlar fərqli olsa da, hələlik onun aşağı həddə qalacağı barədə səslənən fikirlər özünü daha çox doğruldur. Bu fonda da düşünmək olar ki, neft erası artıq başa çatıb. Bu baxımdan, fərqli proqnozlar olduğundan postneft dövründə vacibdir ki, məhz qeyri-neft sektorunun inkişafı dəstəklənsin. Ölkə iqtisadiyyatının dayanıqlılığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır. Ona görə də qeyri-neft sektorunun dəstəklənməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Sözsüz ki, belə olan halda, qeyri-neft sektoru üzrə ixracatın payının artırılması da prioritetdir. Bu baxımdan, dövlət dəstəyinin artırılması qeyri-neft sektorunun mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. İmkan verəcək ki, qeyri-neft sektoru üzrə ixracatın çəkisini artırmaq mümkün olsun. Qeyri-neft sektorunun inkişafı nəticədə dayanıqlı iqtisadi inkişafı təmin edəcək, ölkəyə daha çox valyuta axını gələcək və iqtisadi şaxələndirmə ilə bağlı hədəflərə nail olunacaq.

Müşavirədə dövlət başçısı rəqabətqabliyyətliliyin artırılması, yeni bazarlara məhsulların çıxarılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Birya azsaylı bazardan asılı olmaq arzuolunan deyil. Biz kənd təsərrüfatı məhsullarını, əsasən, Rusiya bazarlarına çıxarırıq. Amma artıq yeni bazarlar da var. Bazarların şaxələndirilməsi ona görə vacibdir ki, əgər hər hansı bazarda çətinlik yaransa, çıxış məhdudlaşsa, alternativlərdən istifadə etmək olur. Ənənəvi bazarlarayeni bazarlara baxsaq, xüsusilə Körfəz ölkələri, yaxın gələcək üçün Avropa İttifaqı və Asiya bazarlarında alıcılıq qabiliyyəti daha yüksəkdir. Eləcə də digər bazarlara çıxışda rəqabətqabliyyətlilik çox vacibdir. Rəqabətqabliyyətliliyin artırılması, yüksək məhsulların istehsal edilməsi, təbii ki, uzun zaman tələb edir. Amma proses ondan xəbər verir ki, Azərbaycan sahibkarları bu çıxış imkanlarını formalaşdırmağa çalışırlar”.

Ekspert onu da bildirib ki, “Made in Azərbaycan” brendinin formalaşması da Azərbaycanın yeni bazarlara çıxışını təmin etmək məqsədi daşıyır: “Artıq Avropada aparıcı supermarket şəbəkələrində “Azərbaycan rəfi”nin yaradılması ilə bağlı danışıqlar yekunlaşdırılıb. Praktik olaraq, bunun yaradılmasının məqsədi ondan ibarətdir ki, məhsullarımızı təqdim etmək mümkün olsun. Müşavirədə bir daha qeyd edildi ki, növbəti dövrdə, xüsusən də cari ilin növbəti ay və rüblərində ixracın stimullaşdırılması ilə bağlı siyasət davam etdiriləcək. Nəzərə alsaq ki, 3-5 faiz intervalında ixrac subsidiyası tətbiq edilir, güman edirəm ki, növbəti dövrdə subsidiyalaşma mexanizminə yenidən baxılması və ixracın subsidiyalaşması mexanizminin daha da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Çünki bu, nəticə etibarilə imkan verəcək ki, sahibkarlar daha çox məhsullar ixrac etmək imkanına malik olsunlar. Bununla bağlı Prezident İlham Əliyevin xüsusi göstərişləri var.

Bu baxımdan, gözlənilir ki, 2017-ci ilin növbəti aylarında əvvəldən proqnozlaşdırıldığı və hədəfləndiyi kimi, ixracatın stabilləşməsi meyilləri davam edəcək. Çünki 2017-ci il Azərbaycanda iqtisadiyyatın sabitləşməsi, 2018-ci ildən başlayaraq isə yenidən sürətli iqtisadi artımın bərpa edilməsi kimi hədəflənir. Bu məsələ Azərbaycan hökuməti qarşısında ilk hədəf kimi qoyulub. Bu baxımdan, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq gözlənilir ki, bu il Azərbaycan iqtisadiyyatının sabitləşməsi ilə bağlı prioritet hədəflərə nail olmaq mümkün olacaq”.

 

Nigar Abdullayeva

Palitra.-2017.-21 aprel.-S.6.