BANM-də
“SOCAR Polymer”-in təqdimatı
Bakı Ali Neft Məktəbində
(BANM) “”SOCAR Polymer”-də yay
təcrübəsi-2017” mövzusunda tədbir keçirilib. Tədbirdə
ali məktəbin
rektoru Elmar Qasımov, “SOCAR Polymer” Məhdud
Məsuliyyətli Cəmiyyətin
(MMC) baş direktoru Fərid Cəfərov və sözügedən şirkətin nümayəndələri
bu qurumun yay təcrübəsi proqramını elan ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov bu layihəni ölkəmizin gələcəyinin,
iqtisadiyyatımızın, qeyri-neft sektorunun və sənayenin inkişafı kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin də bu layihəyə
çox böyük önəm verdiyini xüsusi ilə vurğulayıb. Rektor, həmçinin “SOCAR Polymer” zavodunun
tikilməsi nəticəsində
yeni mühəndis kadrlara tələbatın
artacağını qeyd
edərək bununla
BANM tələbələri üçün daha geniş iş imkanlarının yaranacağını
diqqətə çatdırıb.
Sonda rektor BANM və “SOCAR Polymer” arasında
qurulan əməkdaşlığın
“Kimya mühəndisliyi”
ixtisası üzrə
yüksəkixtisaslı mütəxəssislərin
hazırlanması və
“ömürboyu təhsil”
konsepsiyası çərçivəsində
biliklərin yayılmasına
böyük təkan verəcəyini bildirib.
“SOCAR
Polymer” Məhdud Məsuliyyətli
Cəmiyyətin baş
direktoru Fərid Cəfərov ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan
BANM kimi ali
təhsil ocağı
ilə əməkdaşlıq
qurmaqdan şad olduğunu bildirib. O, BANM-də yetişdirilən gələcək mühəndis
kadrların Azərbaycan
sənayesinin parlaq gələcəyinə zəmin
yaratdığını deyib.
Sonra F.Cəfərov “SOCAR Polymer” şirkətində
yay təcrübə layihəsi haqqında geniş məlumat verib.
Qeyd olunub ki, təcrübə
zamanı tələbələr
komanda işi ilə tanış
olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisələrin
yüksək ixtisaslı
və təcrübəli
mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr
və əməliyyatlar
həyata keçirirlər.
Tələbələr təcrübə
keçdikləri müddətdə
müxtəlif iş sahələrinə və
obyektlərə səfərlər
edir,
istehsalat müəssisələrində
gedən iş prosesi, yataqların işlənmə texnologiyası
və neft-qaz hasilatı texnologiyası ilə tanış olurlar. Onlar müasir avadanlıqların
iş prinsipi, quyuların qazılması
və tamamlanması prosesi kimi, qazma
məhlulları texnologiyası,
keyfiyyətə nəzarət
və digər istehsalat prosesləri haqqında biliklər əldə edərək təcrübə toplayırlar.
“SOCAR
Polymer”-in müxtəlif sahələrində
çalışan əməkdaşların
layihə haqqında geniş təqdimatlarından
sonra tələbələri
maraqlandıran suallar cavablandırılıb.
Nigar
Palitra.-2017.-21 aprel.-S.13.