Pomidor ixracı milyardlarla dollarlıq bazara sahibdir

 

Məhsulu çeşidləndirməklə bazara tomat, müxtəlif konservlər, sous ketcup”lar da çıxara bilərik

 

Ölkədə yerli istehsalın artması ixrac potensialı ilə bağlı imkanların yaranmasına şərait yaradır. Bu gün məhz qeyri-neft sektorunda qarşıda duran məqsədlərdən biri ixracı artırmaq, məhsullarımızı yeni bazarlara çıxarmaqdır. Ölkə başçısı öz çıxışında bildirib ki, ixrac missiyalarımız artıq öz səmərəsini göstərir, bu missiyaların çox böyük faydası var ilboyu bu missiyalar təşkil edilməlidir.

O da vurğulanıb ki, bu gün yerli məhsullar arasında ən çox gəlir, valyuta gətirən pomidor xurmadır: “Buna ən çox maraq var. Ona görə sahibkarlar da bunu nəzərə alsınlar. Logistika mərkəzləri yaradılmalıdır. Vaxtilə biz bir çox soyuducu anbarlar tikmişik. Ancaq bu soyuducu anbarlar əvvəlki istehsal həcminə hesablanıb. Növbəti illərdə bizə əlavə soyuducu anbarlar lazım olacaq. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, sahibkarlar özləri bunu nəzərə alsınlar. Soyuducu anbarların potensialı bizim istehsalımızla uzlaşdırılmalıdır. Elə olmasın ki, biz istehsal etdiyimiz məhsulu saxlaya bilməyək”.

 

Dünyada pomidorun ixracı 7,9 milyard dollar səviyyəsindədir

Birləşmiş Millətlər Təşkilatının Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) son məlumatına görə, dünyada 57,2 milyon hektar sahədə, 1,1 milyard ton tərəvəz istehsal edilib ki, pomidor təxminən 162 milyon tonluq istehsalı ilə dünyada ən çox yetişdirilən tərəvəzdir. Pomidorun ardınca ikinci yerdə qarpız (105 milyon ton), quru soğan (83 milyon ton), kələm (70 milyon ton) nəhayət, xiyar kornişon (65 milyon ton) yer alır. Dünyada ümumilikdə 4,8 milyon hektar sahədə pomidor əkini aparılır. Pomidor istehsalında dünyada lider ölkələr sırasıyla Çin Xalq Respublikası (50 milyon ton), Hindistan (17,5 milyon ton), ABŞ (13,2 milyon ton), Türkiyə (11,3 milyon ton) Misirdir (8,6 milyon ton). Çin dünya pomidor istehsalının təxminən üçdə birini reallaşdırdığı halda, Türkiyənin dünya pomidor istehsalından götürdüyü pay 7 faiz səviyyəsindədir.

Dünyada ən çox ixrac edilən tərəvəz pomidor olub ki, bu məhsulun ixracatı 7,9 milyard dollar səviyyəsində reallaşıb. Pomidorun dünya tərəvəz ixracındakı payı 24,8 faizdir. Pomidor ixracında Hollandiya 1,8 milyard dollarlıq ixracat 23 faiz pay ilə dünya lideridir. Bu ölkəni 1,7 milyard dollar 21,4 faiz pay ilə Meksika, 1,2 milyard dollar 15,1 faiz pay ilə İspaniya, 402 milyon dollar 5,1 faiz pay ilə Mərakeş izləyir. Türkiyə öndə gedən ixracatçılardan biri olub, 401 milyon dollarlıq pomidor ixracatı reallaşdıraraq dünyada 5-ci sırada yer alsa da, sonralar Mərakeşdən önə keçməyi bacarıb. Maraqlı olan isə odur ki, ixracatda Türkiyəni geridəqoyan Meksika, Hollandiya İspaniya istehsalda Türkiyədən geri qalır. Türkiyədə 2006-2016-cı illərdə tomat pastası üçün pomidorda 36,6 faiz, süfrəlik pomidorda isə 24,1 faiz artımın səbəbi məhsuldarlığın yüksəlməsi olub. Başda tomat pastası olmaqla pomidorun konservi, suyu, “ketçup sousu da gündəlik həyatın, eləcə ixracatın əhəmiyyətli ünsürləridir. Türkiyə tomat pastası ixracatında 157,3 milyon dollar 4,4 faiz payla Çin, İtaliya, ABŞ, İspaniya Portuqaliyadan sonra 6-cı sırada yer almaqdadır. Eləcə Türkiyə 128,8 milyon dollarlıq dondurulmuş, qurudulmuş, bütün parça halında konserv edilmiş pomidor pomidor suyu, sousu ketçupixrac edir.

Türkiyədə pomidorun tərəvəz istehsalı içindəki payı 40 faiz, bu məhsulun iqtisadiyyata qatqısı isə 12,7 milyard manat təşkil edir. İraq, Belarus, Gürcüstan Səudiyyə Ərəbistanı başda olmaq üzrə digər ölkələrə ixrac reallaşdırılır. Türkiyədən 41 ölkəyə pomidor göndərilir ki, bu ölkələr arasında Hind Okeanının ortasında olan Maldivlərin olması diqqəti çəkir.

 

Hər bir insan gün ərzində azı 300-400 qram pomidor yeməlidir

Bu gün dünyada insanların ən çox istehlak etdikləri tərəvəzlər arasında pomidor mühüm yer tutur. Pomidor öz faydaları ilə seçilən tərəvəzlərdəndir. Belə ki, vitamin, mineral, karbohidrat, lif, zülal baxımından zəngin bir qaynaq olan pomidor, xəstəlikləri önləməyə yardım edən bir tərəvəzdir. Likopen qaynağı baxımından olduqca zəngin olan pomidor, immunitet sistemini gücləndirir xərçəngə qarşı mübarizədə kömək edir. Təzə pomidor suyu vərəm, bronxit asma kimi müxtəlif ağciyər problemlərdə bədənin müalicəsinə köməkçi olur. Pomidor suyu, yüksək kalium tərkibi sayəsində yorğunluq hissini alır insanın özünü daha enerjili hiss etməsinə kömək edir. Pomidor suyu qaraciyərin fəaliyyətini aktivləşdirir. Araşdırmalara görə, kifayət qədər pomidor suyu istehlak etmənin, şəkər xəstəliyinə qarşı böyük faydası olduğu müşahidə edilib. Meyvəsinin tərkibində orta hesabla quru maddə 6-7 %, zülal 0,8-1%, mineral maddələr 0,5-0,6%, şəkər 4,0-5,0%, sellüloza 0,8-0,9%, vitamini C 25-27 mq%, A,B1, B2,PP vitaminləri var. Pomidorun tərkibində olan bütün qiymətli maddələr insan orqanizminin normal inkişafı onun əmək qabiliyyətinin saxlanması üçün vacibdir. Odur ki, hər bir insan gün ərzində azı 300-400 qram pomidor yeməlidir.

 

Ötən il ölkəmizdə 94 milyon dollar dəyərində pomidor ixrac edilib

 

Qeyd edək ki, ötən il ölkəmizdə 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Ümumiyyətlə, ölkəmizdə isə ilk dəfə 1862-ci ildən becərilməyə başlanan pomidorun istehlakı da yüksək səviyyədədir. Təkcə ötən il Azərbaycanda 517 min tondan çox pomidor istehsal olunub. Bunun 100 min tondan çoxu Rusiyaya ixrac olunub. Yəni istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya tədarük edilib. Bu gün ölkəmizdə pomidor həm ixrac səviyyəsinə görə öndə gedən məhsullardandır. Pomidor istehsalı üzrə ixtisaslaşan istixanaların əksəriyyəti Şəmkir, Göyçay Abşeron rayonları ərazisində yerləşir. 2015-ci ildə ölkədə 515 min ton pomidor yetişdirilib. Bunun 12 faizi ixrac edilib.

Hazırda bazarlarda istixana şəraitində yetişdirilən pomidorlara rast gəlinsə , mövsümə uyğun olaraq yerli istehsal tələbatı ödəyir. Bir neçə gündür Salyanda istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin ikinci ongünlüyündən etibarən yığılır. Yığım kampaniyasına ilk olaraq rayonun Qaraçalar Qarabağlı kəndlərində başlanılıb. Bu yaşayış məntəqələrində bu il 150 hektara yaxın istixana kompleksi yaradılıb. Bu mövsüm fermerlərOrlettapomidor növünə daha çox üstünlük veriblər. Bu növ pomidor bitkisi həm yerli şəraitə tez uyğunlaşır, həm məhsuldarlığı ilə fərqlənir. Yetişdirilmiş məhsulun 90 faizindən çoxu Rusiya bazarlarına göndərilir. Bu ölkəyə ixrac olunan məhsulun qiyməti təsərrüfat sahiblərini qane edir. Dövlətimizin məhsul istehsalçılarına göstərdiyi hərtərəfli güzəştlərdən yararlanan salyanlı fermerlər bu il xarici bazarlara min tonlarla pomidor məhsulu çıxartmaqla ölkəmizə daha çox gəlir gətirmək niyyətindədirlər.

Bu gün Rusiya bazarlarında istehlakçı rəğbətini qazanan pomidorun istehsalını daha da artırmaqla gəlir əldə etmək olar. Ölkə başçısının da qeyd etdiyi kimi, elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik.

 

Nigar Abdullayeva

Palitra.-2017.-25 aprel.-S.5.