“Marxal”da
Miniatür Kitab Muzeyinin filialı açılacaq
Miniatür Kitab Muzeyinin Naxçıvanda, Gəncədə
filialları fəaliyyət
göstərir. İndi də
Şəkidə, “Marxal”da
filial açacağam. Bilirsiniz, xarici ölkələrin səfirliklərinin bir çox nümayəndələri,
diplomatlar, xaricdən gələn qonaqlar orada istirahət edirlər. Qoy onlar da miniatür kitabların bir hissəsini görsünlər.
Bu sözləri Miniatür
Kitab Muzeyinin yaradıcısı və
təsisçisi, Əməkdar
Mədəniyyət İşçisi
Zərifə Salahova jurnalistlərə müsahibəsində
deyib. Bildirib ki, Respublika
Kitabsevərlər Cəmiyyətinə
1981-ci ildə gəlib,
1988-ci ildən isə
miniatür kitab buraxmağa başlayıb.
İndiyədək 212 miniatür kitab
buraxıb. Bu kitablar siyasi xadimlərə, yazıçı,
şair, alim, bəstəkar və digər tanınmış
şəxsiyyətlərə həsr olunub.
Ona miniatür kitabla bağlı Belarusdan da müraciət edildiyini diqqətə çatdıran Z.Salahova deyib: “Bu il Belarusda
“Çap işçisi
ili”dir. Bu, Belarus əlifbasını tərtib
edən Fransisk Skorina ilə bağlıdır. Mən indi
bununla bağlı miniatür kitab hazırlayıram. Bundan əvvəl
Yanka Kupalanın “Jaleyka” ikicildliyini buraxmışam. Görəydiniz, Belarusda o balaca kitaba necə maraq göstərirdilər.
Bütün bunlar hamısı
Azərbaycanın, xalqımızın
adı ilə bağlıdır. Nə qədər
yaşayıram, çalışacağam
Azərbaycanın, xalqımızın
adını daha yüksək zirvələrə
qaldırım”.
Zərifə Salahova 15 ildir fəaliyyət göstərən Miniatür Kitab Muzeyinin yaranma tarixçəsindən də söhbət açıb və vurğulayıb ki, ulu öndər Heydər Əliyev bu kolleksiyanın təkcə Azərbaycan deyil, həm də ümumdünya mədəniyyəti üçün əhəmiyyətini uzaqgörənliklə qiymətləndirib. Muzeyin ekspozisiyasının Ginnesin Rekordlar Kitabına salınması bunu bir daha təsdiqləyir. Muzeyə giriş pulsuzdur.
Tural Tağıyev
Palitra.-2017.-25 aprel.-S.13.