ADPU-da tədris-yardımçı
heyətin bilik və peşəkarlıq
səviyyəsi yoxlanılır
Məlum olduğu
kimi, aprelin 20-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda
tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini
tutmaq üçün
keçirilən müsabiqənin ikinci mərhələsi
başlayıb. Alternativ əsaslarla keçiriləcək müsabiqənin
məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf
və obyektiv təhsil mühitinin
yaradılması, sağlam rəqabətin
formalaşdırılması, dərin elmi
biliyə, kreativ düşüncəyə,
zəngin erudisiyaya, ətraflı
dünyagörüşünə, yüksək mənəvi-əxlaqi
keyfiyyətlərə malik rəqabətqabiliyyətli
mütəxəssisləri işə cəlb etməkdir. Eyni zamanda ADPU-da
tədris-yardımçı heyətin də bilik
və peşəkarlıq səviyyəsinə ciddi diqqət yetirilir. Belə ki, ADPU-nun
rektoru, professor Cəfər
Cəfərovun müvafiq əmri ilə İnsan resursları şöbəsi tərəfindən
aprelin 25-dən universitetdə tədris-yardımçı
heyətin: tədris laboratoriya müdirlərinin,
tyutorların, laborantların, baş
laborantların, tədris ustalarının, operatorların və
Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının
bilik və peşəkarlıq səviyyəsinin
yoxlanılmasına başlanılıb. Məqsəd
onların peşəkarlıq səviyyəsinin müəyyən
edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov yoxlamanın
şəffaf və obyektiv keçirilməsinə
ciddi nəzarət edir.
Yoxlamaya ümumilikdə 247 nəfər cəlb
edilib. Yoxlama iki mərhələdə aparılacaq.
Yoxlamanın birinci mərhələsində
hər bir qrupu 14 nəfərdən
ibarət olan tədris-yardımçı
heyətin informasiya kommunikasiya
texnologiyaları (İKT) sahəsində bilik
və bacarıqları yoxlanılacaq. Növbəti həftə
keçiriləcək ikinci mərhələdə
isə onların elmi-nəzəri bilik səviyyələri,
qanunvericiliklə bağlı bilikləri, məntiqləri,
dünyagörüşləri yoxlanılacaq. Yoxlamaların nəticələrindən
asılı olaraq hər bir
işçi barədə fərdi qaydada müvafiq qərar qəbul
ediləcək.
Nigar
Palitra.-2017.-26 aprel.-S.12.