Ermənilər beynəlxalq aləmdən
dəstək ala bilmirlər
Vaşinqton və Los-Ancelesdəki
türk və Azərbaycan icmalarından ermənilərə
cavab aksiyası
Hər il olduğu kimi, bu il də aprel ayında dünyanın dörd bir yanında yaşayan ermənilər daha da aktivləşərək öz çirkin niyyətlərini həyata keçirmək- uydurma genosidlərini tanıtmaq üçün siyasi oyunlar təşkil edirlər. Bu il də erməni lobbisinin güclü olduğu ABŞ-da erməni icması bir qədər fəallıq nümayiş etdirməyə çalışıb. Lakin türk və Azərbaycan icmaları onlara adekvat cavablar verib.
Belə ki, aprelin 24-də Vaşinqtonda və Los-Ancelesdə ermənilər özlərinin “erməni soyqırımı”-nın 102-ci ildönümü ilə əlaqədar nümayişlər keçiriblər. ABŞ prezidentinin 1915-ci il hadisələri haqqında danışarkən “soyqırımı” sözü işlətməsinə və ABŞ Konqresində bu haqda qətnamə qəbul edilməsinə nail ola bilməmiş erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki konsulluğu qarşısında növbəti kütləvi şou təşkil edib. Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında təxminən yüz nəfər - Vaşinqtonun erməni icmasının üzvləri, erməni lobbistləri və Ermənistan səfirliyinin nümayəndələri, Türkiyənin Los-Ancelesdəki konsulluğunun qarşısında isə Kaliforniyanın erməni icmasının bir neçə min nümayəndəsi toplaşıb. Məlum olduğu kimi, Kaliforniyada təxminən 800 min erməni yaşayır, onların əksəriyyəti Los-Ancelesdə məskunlaşıb.
Hər iki şəhərdə, ermənilərin toplaşdığı yerdən bir küçə aralıda türk, məshəti türkləri və Azərbaycan icmaların nümayəndələri ermənilərə cavab olaraq etiraz nümayişləri keçiriblər. Bu nümayişlərin məqsədi ermənilərin yalan təbliğatını ifşa etmək və Birinci Dünya müharibəsi zamanı erməni silahlı dəstələri tərəfindən Türkiyənin dinc sakinlərinə qarşı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər haqqında Amerika ictimaiyyətini məlumatlandırmaq olub.
Nümayişin gedişində, ermənilər bir neçə dəfə provokasiya törətməyə cəhd ediblər. Yerli KİV-lərdə yayılan məlumatlara görə, Los-Ancelesdə Türkiyə konsulluğunun qarşısında etiraz edən türklərə tərəf müxtəlif əşyalar, o cümlədən butulkalar atmış üç erməni həbs edilib. Vaşinqtonda ermənilərə cavab olaraq keçirilən etiraz nümayişi zamanı türk və Azərbaycan dillərində vətənpərvərlik mahnıları səslənib. Bu etiraz nümayişi Türk-Amerika milli rəhbər komitə tərəfindən təşkil edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald
Tramp da erməniləri
məyus edib. O, Osmanlı
İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar aprelin 24-də
bəyanat verərkən
genosid sözünü
işlətməyib. Prezident
D.Tramp ABŞ-ın erməni icmasına başsağlığında bu
hadisələri soyqırımı
adlandırmayıb, halbuki
erməni lobbisi bu il buna nail olmaq üçün xeyli səy göstərib. Bəyanatda deyilir: “Bu gün biz metts yeqern zamanı zərər çəkənləri
yada salırıq və onların xatirəsini anırıq”.
Sonra D.Tramp ölkə həyatına töhfələrinə
görə ABŞ ermənilərinə
təşəkkür edərək
bildirib ki, türklərin və ermənilərin “daha ədalətli və
tolerant gələcəyə zəmin yaratmaq yolunda əhəmiyyətli
addım olan bu ağrılı hadisəni nəzərə
almaq” səylərini alqışlayır. Erməni
dilindən “böyük
qırğın” kimi
tərcümə olunan
“metts yeqern” sözlərini ilk dəfə
prezident Barak Obama
1915-ci il hadisələri ilə bağlı ənənəvi
bəyanatında istifadə
edib. Amma bu sözlər son onilliklər ərzində
ABŞ administrasiyası üzvlərinin,
o cümlədən ABŞ Prezidentinin dilindən “erməni soyqırımı”
sözlərini qoparmaq
üçün böyük
səylər göstərən
və vəsait xərcləyən erməni
lobbisini bir o qədər də sevindirməyib. Bununla belə, erməni lobbisi 1915-ci ildə 2 milyondan çox türkün, 1918-1920-ci və
1988-1994-cü illərdə on minlərlə azərbaycanlının
erməni quldur dəstələri tərəfindən
qətlə yetirilməsi,
o cümlədən Malıbəyli,
Quşçular, Qaradağlı,
Ağdaban və Xocalıda dinc sakinlərin kütləvi
qırğını ilə
bağlı diskussiyalardan
uzaq qaçır.
“Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal
edib və bu ərazilərdə qondarma rejim yaradıb”
Bu arada qeyd edək ki, ermənilərin
təkcə yalançı
soyqırımı iddialarına
deyil, Dağlıq Qarabağla bağlı fəaliyyətlərinə qarşı
da xarici mətbuatda gedən yazılara tez reaksiya verilərək onların yalanları ifşa edilir. Buna misal olaraq Xarici
İşlər Nazirliyinin
mətbuat xidmətinin
rəhbəri Hikmət
Hacıyevin “Independent” qəzetində
dərc edilən məqaləsini göstərmək
olar. Hikmət Hacıyevin məqaləsi
aprelin 20-də “Independent”də
dərc edilmiş “Dağlıq Qarabağ respublikasında futbol və ümid - unudulmuş region FIFA-nın
sanksiyalarına qarşı”
adlı məqaləyə
cavabdır. XİN-in mətbuat xidmətinin rəhbəri sözügedən
məqalədə regiondakı
real vəziyyətin təhrif
olunduğunu bildirərək
idman və futbolun siyasətdən kənar tutulmalı olduğunu vurğulayib.
O bildirib ki, məqalədə Azərbaycanın
işğal olunmuş
ərazilərinə “Dağlıq
Qarabağ respublikası”
kimi müraciət edilməsi beynəlxalq hüququn norma
və prinsiplərinə
ziddir və bu məsələdə yalnız Ermənistan tərəfinin mövqeyinin
işıqlandırılması ədalətli və obyektiv jurnalistikanın prinsiplərinə uyğun
gəlmir.
XİN rəsmisi yazır: “Reallıq ondan ibarətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal
edib və bu ərazilərdə qondarma rejim yaradıb. BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi dörd qətnamədə Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyi bir daha təsdiq
olunur, Ermənistanın
işğalı pislənilir
və işğalçı
qüvvələrin işğal
olunmuş bütün
ərazilərdən dərhal,
tam və qeyd-şərtsiz
çıxarılması tələb
edilir”.
Bildirilir ki, Ermənistanın işğalçılıq siyasəti
nəticəsində Qarabağ
klubu, bəlkə də, dünyada yeganə futbol klubudur ki, öz
doğma şəhərindən
kənarda sığınacaq
tapıb. Məqalənin müəllifinin sözlərinə görə,
Qarabağ futbol klubunu Azərbaycan üçün “siyasi şahmat” adlandırması
yanlışdır.
“Biz ümid edirik
ki, regionda sülh yenidən bərqərar olacaq və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində
Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı
və erməni icmaları Qarabağ futbol klubunun oyunlarını izləyəcəklər”,
- deyə məqalədə
qeyd edilir.
“Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
sərhədlərinə hörmət
və dəstəyimi
ifadə edirəm”
Son illərdə Ermənistanın işğalçı siyasətini davam etdirməsinə qarşı olan fəaliyyətlərdən biri də Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılmasını göstərmək olar. Dünyanın dörd bir tərəfindən bu quruma qoşulan tanınmış şəxslər, ziyalılar münaqişənin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduqlarını bəyan edirlər. Sonuncu belə addım atan şəxs isə Birləşmiş Ərəb Əmirliklərinin Gənclər və İdman İnkişafının Baş İdarəsinin beynəlxalq proqramlar üzrə koordinatoru Moataz Salih olub. O bununla bağlı yaydığı bəyanatda qeyd edib ki, “Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm”.
Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini
tam dəstəkləyirəm. Azərbaycan
və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, və
hər iki dövlətin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinə hörmət və
dəstəyimi ifadə edirəm. Həmçinin, BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq
təşkilatların qətnamə və qərarlarının
icrasının çox vacib
olduğunu vurğulayıram. Eləcə
də münaqişənin sülh yolu ilə həllində ATƏT -in Minsk qrupunun
fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və
azərbaycanlılar əsrlər boyu sülh içində yaşayıblar. Böyük
təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,
münaqişənin həll olunmaması nəticəsində
iki xalqın bir-biri
haqqında təsəvvürləri yalnız müharibə
kontekstində formalaşıb. İnsanların sülh şəklində birgə
yaşayışını və uzun
müddət davam edən münaqişənin
həllini tam dəstəkləyirəm. Qeyd etdiyim səbəblərə görə, mən
bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas
məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə
töhfə vermək olan Ermənistan-Azərbaycan
Sülh Platformasına
qoşulmağımı bəyan edirəm”.
Tural Tağıyev
Palitra.-2017.-26 aprel.-S.11.