Naftalan neftindən hazırlanan məhsullar
“Made in Azerbaijan” brendi ilə
dünya bazarına çıxarılacaq
Ölkədə ixracın inkişafı, artırılması ən
əsas məsələlərdən
biridir. Bu istiqamətdə
dövlət tərəfindən
bir sıra tədbirlər həyata keçirilir. Belə ki,
bu məqsədlə Ticarət evləri yaradılır, ixrac missiyaları, sərgilər
təşkil edilir.
“Azexport az”
portalı, “Made in Azerbaijan” brendi, investisiya və ixrac təşviqi
yaradılıb.
Sahibkarların fəaliyyəti üçün
artıq müvafiq şərait yaradılıb
və ölkə başçısı öz
çıxışında bildirib ki, bundan
sonra sahibkarlara ancaq bunlardan istifadə etmək, öz imkanlarını genişləndirmək, ölkəmizə
daha böyük fayda gətirmək qalır. İxracla bağlı əsas
məqsədlərdən biri
də yeni bazarlara çıxış
əldə edilməli
olduğunu deyən Prezident qeyd edib ki, biz xarici
bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik,
ixracyönümlü məhsulların
həcmini artırmalıyıq.
Bu istiqamətdə tədbirlərdən
biri kimi bildirilib ki, məhsulun qablaşdırılmasına
diqqət göstərilməlidir:
“Mən şadam ki, son vaxtlar buna diqqət göstərilir. Çalışmalıyıq ki, Azərbaycanda
qablaşdırma sənayesi
inkişaf etsin. Biz hələ ki,
bir çox qabları, həmçinin
yardımçı materialları
xaricdən idxal edirik. Bunu Azərbaycanda istehsal
etmək üçün
heç bir problem yoxdur. Ümumiyyətlə, qablaşdırma bizim idxaldan asılılığımızı azaldar”.
Bu gün “Made in Azerbaijan” brendini
dünyada tanıtdırmaq
üçün praktiki
addımlar atıldığını
deyən ölkə başçısı bildirib
ki, artıq bu brend dünyada
şöhrət qazanır:
“Əlbəttə ki,
dövlət tərəfindən
təşkil edilmiş
sərgilər və
o sərgilərdə sahibkarların
iştirakı gözəl
nəticələrə gətirib
çıxarır. “Made in Azerbaijan” brendi artıq dünyada özünü
göstərir və dövlət xətti ilə bu brendin
təbliği istiqamətində
işlər gedir. Biz, eyni zamanda
böyük dövlət
şirkətlərini və
özəl şirkətləri
də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət
göstərdikləri ölkələrdə
bu brendi təbliğ etsinlər.
Biz bundan sonra
işimizi daha da təkmilləşdirməliyik,
fəaliyyətimizi genişləndirməliyik.
Əlbəttə ki, qeyri-neft
ixracını artırmaq
üçün, ilk növbədə,
daxili tələbatı
yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq.
Biz təbii ki, öz resurslarımızdan
səmərəli şəkildə
istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl
gedir. Azərbaycanın zəngin təbii
ehtiyatları var”.
Azərbaycanın zəngin təbii ehtiyatlarından biri də Naftalan neftidir. Naftalan nefti əsasında
hazırlanan məhsullar
“Made in Azerbaijan” brendi ilə
dünya bazarına çıxarılacaq. Bu barədə “Qətransız
Naftalan məlhəmi”
MMC-nin təsisçisi,
Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev məlumat verib. Baş həkim bildirib
ki, 70-dək xəstəliyin
müalicəsində tətbiq
edilən bu məlhəm uzun illər Naftalanda fəaliyyət göstərən
sağlamlıq mərkəzlərində
istifadə olunub.
Bir çox xəstəliklərdən
əziyyət çəkən
insanlar Naftalandakı kurort-sanatoriya mərkəzlərində
müalicə olunub və həmin məlhəmin şəfaverici
gücü sayəsində
sağlamlıqlarını bərpa ediblər. Ona görə də şəhərdəki xarici
turistlər ölkələrinə
qayıdarkən özləri
ilə Naftalan məlhəmi aparmaq istəyiblər. Lakin bu vaxta qədər Naftalan məlhəminin sənaye üsulu ilə istehsalı və qablaşdırılması
həyata keçirilmədiyindən,
həmin məhsulu almaq da mümkün
olmayıb. İndi isə
yüksək texnologiya
əsasında qablaşdırılaraq
dünya bazarlarına
çıxarılması üçün
“Qətransız Naftalan
məlhəmi” hazırlanır.
Hazırda bu məlhəm
şəhərdəki otellərdə
və kurort-sanatoriya mərkəzlərində satışa
çıxarılır. Məhsulun Ukrayna, Rusiya və Qazaxıstanda satışının
təşkili üçün
həmin ölkələrdə
rəsmi nümayəndəliklərin
yaradılması ilə
bağlı iş aparılır.
Eyni zamanda Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının
respublika müşavirəsində
xarici ölkələrə
ixrac missiyalarının
təşkili, xarici bazarların araşdırılması
və bu sahə üzrə müvafiq tapşırıqlarının
icrası ilə əlaqədar olaraq, Naftalan neftindən hazırlanan məhsulların
Rusiya, Polşa, İtaliya və Fransa şəhərlərində
sərgi-satışının keçirilməsi nəzərdə
tutulub.
“Bu layihənin
reallaşması respublikamızda istehsal olunan məhsulların həmin dövlətlərdə
təbliğinə yeni imkanlar
yaradacaq və nəticə etibarı ilə
ölkəmizin ixrac potensialının
artırılmasına, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, eləcə də
şəhərimizin iqtisadiyyatının inkişafına və
Naftalan neftinin
tanıdılmasına əlavə təkan verəcək”, -
deyə Hatəm Qocayev qeyd
edib.
Nigar Abdullayeva
Palitra.-2017.-26 aprel.-S.5.