Dünya bazarında ekoloji cəhətdən təmiz çay brendini tanıtmalıyıq

 

Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik”

 

Qeyri-neft sektorunun inkişafında, bir vaxtlar geniş şöhrət qazanmış sahələrin bərpası mühüm rol oynayır. Bu baxımdan, bitkiçiliyin ənənəvi sahələrindən biri olan çayçılığın inkişafı istiqamətində tədbirlər davam edir. Hazırda nəinki yerli istehsalı, eləcə də ixracı artırmaq prioritetdir. Bu istiqamətdə tədbirlərdən biri kimi ölkə başçısı bildirib ki, ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir: “Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. İxracyönümlü məhsullar, eyni zamanda daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Mən sahibkarlara tövsiyələrimi vermişəm, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul ixrac edək”.

Ölkədə çayçılığın inkişafının vacib olduğunu deyən ölkə başçısı bildirib ki, çayçılığı bərpa edirik, indi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar varbu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək: “Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda, çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsunixrac edilsin”.

Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Çayçılığın stimullaşdırılması ilə bağlı tədbirlər çay əkini sahələrinin artırılmasına, əhalinin quru çaya olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə, yüksəkkeyfiyyətli çayın ixracına, yeni yerlərinin açılmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq. Azərbaycanda Lənkəran iqtisadi rayonu çay istehsalının 91 faizini təşkil edir.

 

Dünya çay istehsalı və istehlakı artıb

Son on ildə dünyada çay istehsal sahələri 4,52 milyon hektara çatıb. Birləşmiş Millətlər Təşkilatının Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı hesabata görə, 2015-2016-cı ildə çay istehsalı 4,2 faiz artaraq 5,31 milyon ton olub. Dünya çay istehsalının 86 faizi Asiyada, 11 faizi Afrikada 3 faizi digər ölkələrdədir. Dünya çay istehsalında, 2,270 milyon ton ilə Çin birinci, 1,210 milyon ton ilə Hindistan ikinci, 475 min ton ilə Keniya üçüncü, 329 min ton ilə Şri-Lanka dördüncü, 259 min ton ilə Türkiyə beşinci, 179 min ton ilə Vyetnam, 129 min ton ilə İndoneziya ən böyük istehsalçılar olaraq dünya sıralamasında növbəti pillələrdə yer alırlar. Çin çay istehsalında 66,3 faiz nisbətində 1,51 milyon ton yaşıl çay, Hindistan isə 22 bölgədə 1,1 milyon ton qara çay istehsal edir. Keniya isə texniki üsulla ən böyük ikinci qara çay istehsalçısı 2016-cı il hesabatında istehsalı 475 min tona çatmaqdadır. Sri- Lanka da isə 2016-cı ildə istehsal 11 faizlə eniş göstərib.

Dünya çay istehlakı 7,3 milyard əhali nəzərə aldığında illik istehlak 500 qr ətrafındadır. Dünya çay istehlakında qara çay daha çox Qərb ölkələrində, Yaxın Şərq Avropada, yaşıl çay isə Çin, Yaponiya kimi Asiya ölkələrində istehlak edilməkdədir. Dünya çay istehlakında Çin 36 faiz nisbətlə 1,8 milyon ton istehlakla liderdir, ancaq illik adambaşına düşən istehlak 0,75 kiloqramdır. Digər tərəfdən illik adambaşına düşən istehlakda Türkiyə 3,5 kiloqramla birinci sıradadır, sonra isə ən çox istehlak edən ölkələr sıralaması belədir - Əfqanıstan 2,44 kq, Liviya 2,19 kq, Qətər 1,8 kq, İngiltərə 1,7 kq-dır.

İslam ölkələrində qida, səhiyyə, ictimai içki olaraq istehlak edilən çay, bəzi ölkələrdəkültürel seremoni”- çayiçmə mədəniyyəti hesab edilir. Hazırda dünya çay ticarətində 1,58 milyon ton çay ixrac edilməkdədir bu ixracın 78 faizi qara çaydır. Yaşıl çaydakı dünya ixracatı isə 428 min ton ətrafındadır. Dünyada 170 ölkəyə çay ixracatı həyata keçirilir. Keniya 443 min ton, Çin 325 min ton, Sri-Lanka 301min ton, Hindistan 225 min ton, Vyetnam 134 min ton ixrac etdiyi halda, Türkiyənin ixracatı 5 min tondur. Keniya ixracatının çox böyük hissəsini Hindistan, Misir, İngiltərə, Amerika kimi ölkələrə reallaşdırır. Çin çay ixracatının böyük hissəsini Mərakeş, Rusiya, Pakistan, Avropa ölkələri olmaq üzrə 120 ölkə təşkil edir. Sri- Lanka 160 ölkəyə çay ixrac edərkən 6,6 faizlə ixracatda eniş yaşayıb. Hindistan ümumi istehsalının 18 faizini ixrac edir. Hindistan İran, Mərakeş, Pakistan kimi ölkələrə ixrac reallaşdırır. Dünyada 220 ətrafında ölkə çay idxal edir. Bunlardan 180 min ton ilə Rusiya, 155 min ton ilə Pakistan, 130 min ton ilə ABŞ İngiltərə kimi ölkələr ən çox çay idxal edən ölkələrdir. Dünya çay sektorunda yaşıl çay bazarı qara çaydan daha çox böyüyür. Ancaq qara çay beynəlxalq bazarda daha çox maraq doğurur. Çay istehlakı istehsalçı ölkələr arasında yüksəliş trendindədir. Gənc nəsillərin çay istehlakı, xüsusilə istehsalçı ölkələrdə artarkən, Qərb ölkələrində bu nisbət eniş göstərir.

Bu gün 50 ölkədə çay istehsalı, 170 ölkədə çay ticarəti həyata keçirilir 2 milyard insanın dolanışıq mənbəyidir. Çayın dünyanın ən təbii içkisi beynəlxalq ticarətdə çox əhəmiyyətli məhsul olduğu göstərilir. Çində təşkil edilən Beynəlxalq Çay Konqresində dünya çay sektorunun inkişafı üçün bir sıra qərarlar qəbul edilib. İstehlakçı tələbləri, çay bazarının genişlənməsi, fərqli içkilərlə rəqabət üçün sektorun birlikdə çalışması lazımdır. Kiçik istehsalçıların müdafiəsi təşkil edilməli, çay istehsalçıları sosial iqtisadi dəstəklə təmin edilməlidir. Çay İpək Yolu ilə dünyaya açılan bir mədəniyyətdir. Göstərilir ki, FAO ya beynəlxalq təşkilatların dəstəyi ilə Dünya Çay Günü qeyd olunmalı bu, hər il fərqli ölkələrdə təşkil olunmalıdır. Bununla dünya çay mədəniyyətinin inkişaf etdirilməsi, çaya marağın artırılması təklif edilib. Həmçinin Dünya Çay Sənayesi İnkişaf Birliyinin yaradılması təklif edilib, bu birlik ilə yeni texnologiya, yeni investisiya, bazar tələbləri istehlakın artırılması qərara alınıb.

 

Fermer:

Məqsədimiz Lənkəran çayının əvvəlki şöhrətini qaytarmaqdır

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının verdiyi tapşırıq tövsiyələr aqrar sahədə çalışan adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olan bu müşavirədə bölgələrdə ixracyönümlü müəssisələrin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu fikirləri Lənkəran rayonundakıYaşıl çayfermer təsərrüfatının rəhbəri Araz Yaqubov bildirib. O, həmçinin qeyd edib ki, ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi getdikcə artır: “Bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir, sahibkarlar üçün əlverişli mühit yaradılır. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun yaradılmasına yönəlib. Yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən əsas ölkələrdən birinə çevrilməsi başlıca hədəf olaraq seçilib. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkan, ən başlıcası isə bu sahəyə dövlət dəstəyi var. Yevlax şəhərində qeyri-neft ixracatçıları ilə keçirilən müşavirədə bu məqsədə nail olmaq üçün əsas hədəflər müəyyən edildi”.

Fermer bildirib ki, müşavirədə qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğinin, ticarət-ixrac missiyalarının təşkilinin vacibliyini xüsusi vurğulayıb. “Biz dövlətimizin başçısının çağırışına qoşularaq, istehsal etdiyimiz yüksəkkeyfiyyətli yaşıl çay yarpağını emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Bu yaxınlarda İqtisadiyyat Nazirliyindən iki sahə üzrə - həm çay əkini, həm çay emalı fabriki ilə bağlıİnvestisiya təşviqi sənədi”ni almışıq. Bu sənədlər dövlətimizin biz adamlarına böyük qayğısıdır. Artıq mini çay emalı fabrikimiz fəaliyyət göstərir. Bu sahəni daha da genişləndirmək üçün tədbirləri davam etdiririk. Hazırda mövcud olan mini çay emalı fabrikində ekoloji cəhətdən təmizBuket”, “Gül”, “Premium”, “Feyxoa”, “NarınEkstranövlü çaylar istehsal olunur. Bu ildənZəncəfil”, “Kəklikotu Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tuturuq. Məqsədimiz Lənkəran çayının əvvəlki şöhrətini qaytarmaqdır”, - deyə A.Yaqubov deyib.

A.Yaqubovun rəhbərlik etdiyi təsərrüfat çoxprofilli olsa da, əsas istiqamət çayçılıq və heyvandarlıqdır. Eyni zamanda ölkə əhalisinin tələbatına uyğun digər kənd təsərrüfatı məhsulları da istehsal olunur. 2006-cı ildən fəaliyyətə başlayan təsərrüfatın 140 hektar torpaq sahəsi var. Bunun 61 hektarında çay plantasiyası salınıb. Fermada mal-qaranın sayı 17 başdan 300 başa çatdırılıb. Ötən ilin payızında 40 hektarda taxıl əkilib, 1,2 hektarda tut bağı salınıb. Həmçinin bostan, sarımsaq və digər əkinlər aparılıb.

 

Nigar Abdullayeva

Palitra.-2017.-27 aprel.-S.6.