Moskva Dövlət Universitetinin tələbələri Azərbaycan dilini öyrənirlər

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi AsiyaQafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb. Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə, müxtəlif ekoloji sistemlərin bir-birindən asılılığı problemləri xüsusi maraq doğurub. Leyla Əliyeva görüş iştirakçılarına “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoqİctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental Action) və RAGB-ın fəaliyyətindən danışıb.

Mərkəzi AsiyaQafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr qonaqlara Məcid ŞamxalovunQaynanapyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm MaqomayevinMavi əbədiyyət” mahnısını və Azərbaycan milli rəqsini ifa ediblər.

Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə təşəkkür edərək deyib: “Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürursevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”. Leyla Əliyeva yeni şeirlərini oxuyaraq institutun kollektivinə özününUlduzlar pillə-pillə düzülsəydi səmaya” (“Åñëè á çâåçäû ñòóïåíüêàìè ñòàëè”) şeirlər toplusunu hədiyyə edib.

AAÖİ-nin fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə görə Leyla Əliyevaya təşəkkür edib və Azərbaycan dilini öyrənən tələbələrin təhsilində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə ilk dəfə gəlmir. Fond bir neçə il əvvəl instituta linqafon kabineti hədiyyə edib. Ən yaxşı tələbələr isə Azərbaycan xalqının mədəniyyəti ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.

 

Tural Tağıyev

Palitra.-2017.-27 aprel.-S.4.