Botaş International Limited” şirkətinin rəhbərliyi BANM-

 

Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov TürkiyəninBotaş International Limited” (BIL) şirkətinin prezidenti Erdoğan Tozan Maliyyə inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirilib. Görüşdə sözügedən şirkət haqqında məlumat verildi fəaliyyət əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək belə bir imkanın Botaş tərəfindən yaradılması potensialının araşdırılmasını təklif edib. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafına xidmət edəcək. Şirkətin baş direktoru Erdoğan Tozan da öz növbəsində bu təklifə müsbət yanaşdıqlarını vurğulayıb məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirib.

Qeyd edək ki, “Botaş International Limited” şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük əhəmiyyətli layihələrindən biri Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.

 

Nigar

Palitra.-2017.-28 aprel.-S.15.