“Əcnəbilərə əvvəlcə
mədəniyyətimiz tanıdılmalı, sonra
Qarabağ həqiqətləri təbliğ
edilməlidir”
Fərid
Əliyev: “Qarabağ həqiqətləri
əcnəbilərə daha çox dolayı yollarla
çatdırılmalıdır”
Bu gün
xaricdə yaşayan Azərbaycan gəncləri
Qarabağ həqiqətlərinin təbliği
işində öz aktivliklərini daim gücləndirirlər. Onlar
bu işi fərdi və
ya ictimai birliklərdə
bir araya gələrək
davam etdirirlər. Fransadakı Azərbaycanlı
Tələbələr Assosiasiyası (ASEAF-Association
des étudiants azerbaïdjanais en France) da bu
baxımdan beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini müdafiə edir.
Təşkilatın sədri Fərid Əliyev qəzetimizə
müsahibəsində Qarabağ həqiqətlərinin
təbliğində xaricdəki gənclərin rolundan danışdı. Qeyd edək ki, F.Əliyev, eyni zamanda Strasburq
Universitetinin magistridir.
-Öncə oxucularımıza özünüzü
tanıtmağınızı istərdik.
-Mən 1990-cı ildə Cəlilabad rayonunda anadan olmuşam. 2008-ci ildə Respublika
İncəsənət Gimnaziyasını
Rəssamlıq ixtisası
üzrə bitirmişəm.
Elə həmin il Bakı
Dövlət Universitetinin
İqtisadi-kibernetika fakültəsinə
daxil olmuş, lakin ali təhsilimi
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Fransada davam etdirmişəm. 2008-2009-cu illərdə Fransanın Bezanson şəhərində
fransız dili kursları keçmiş və bu kursları
müvəffəqiyyətlə bitirmişəm. 2009-cu ildə Strasburq Universitetinin İqtisadiyyat
elmləri və idarəetmə fakültəsinə
daxil olmuş, 2012-ci ildə bakalavr dərəcəsi almışam.
2013-cü
ilin yanvar ayından bir il müddətinə
hərbi xidmətdə
olmuşam. Əsgərlikdən sonra bir müddət sərbəst
olaraq fransız dili tərcüməçisi
kimi işləmişəm.
1 noyabr 2014-cü il
tarixindən 2015-ci ilin
sentyabr ayına qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində aparıcı məsləhətçi
vəzifəsində çalışmışam.
2015-ci ilin sentyabr
ayından təhsilimi
Strasburq Universitetinin Beynəlxalq layihələrin
idarə olunması fakültəsində magistr
olaraq davam etdirirəm.
Təhsil aldığım müddətdə
Strasburq Universitetinin konsultasiya təşkilatında
(Eco-Gestion Conseil) Kommunikasiya meneceri olaraq fəaliyyət göstərmişəm. 2017-ci ilin iyun ayından
Luksemburqda yerləşən
“Vodafone Procurement Company” şirkətində
İnternet of Things sahəsində
layihə meneceri olaraq təcrübə keçirəm.
- Fransadakı Azərbaycanlı Tələbələr
Assosiasiyası nə vaxtdan fəaliyyət göstərir?
-1999-cu ildə yaradılan
ASEAF Fransanın Strasburq
şəhərində yerləşir. Təşkilat mədəni, elmi və sosial sahələrdəki fəaliyyətləri
ilə Azərbaycanın
Fransada diaspor fəaliyyətinə və
azərbaycanlı tələbələrin
Fransaya inteqrasiyasına
dəstək verir.
Heç
bir dini, siyasi və kommersiya məqsədləri
yoxdur.
Mən 2016-cı ilin
iyul ayından təşkilatın sədriyəm. Bu dövrdə bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın
təmsil edilməsində
iştirak etmiş və Azərbaycanın Avropada tanıdılmasına
töhfə vermişik.
Bundan başqa, Avropa Şurası və İnsan Haqları Məhkəməsi qarşısında
Azərbaycan-Ermənistan, Dağlıq
Qarabağ münaqişəsində
ölkəmizin mövqeyinin
qorunmasında rol oynamışıq.
-Qarabağ həqiqətlərinin təbliğində
xaricdəki gənclərin
nə kimi rolu var?
-Gənclərimiz xarici ölkələrin vətəndaşları
ilə daha səmimi və interaktiv münasibətdə
olduqları üçün
Qarabağ həqiqətlərinin
təbliğində daha
effektiv rol oynaya bilərlər. Bu səbəbdən təbliğat işlərində
təmtəraqlı tədbirlərlə
yanaşı, xaricdəki
cəmiyyətin fərdinə
çevrilmiş həmvətənlərimizin
fəaliyyətlərinin istiqamətləndirilməsi
və təşkilatlandırılması
vacibdir. Təbii ki,
bu sahədə təşəbbüsü gənclərimiz
öz əllərinə
almalıdırlar. Xaricdə
tanış olduğumuz hər bir kəs Azərbaycan
mədəniyyəti və
ölkəmizdəki yaşamla
maraqlanır. Həmvətənlərimiz
də öz növbəsində bu maraqdan düzgün istifadə etməli və obyektiv məlumatlar ötürməyi
bacarmalıdırlar. Məlumatlandırma mərhələli şəkildə
həyata keçirilməlidir.
Şəxsi təcrübəmdən bunu deyə bilərəm ki, ilk gündən Qarabağ həqiqətlərini çatdırmağa
çalışmaq səmərəli
bir üsul deyil. Qısaca, belə deyə
bilərəm ki, xarici vətəndaşlar
birinci tanışlıqda
Azərbaycan mədəniyyəti
və millətimizin xüsusiyyətləri ilə
maraqlanırlar. İnternet çağında
istənilən bir nəsə barəsində
məlumat əldə
etmək o qədər
çətin bir məsələ deyil.
Azərbaycan haqqında məlumatlandıqca
onlar özləri Qarabağ məsələsini
kəşf edir və bununla maraqlanmağa başlayırlar,
suallar verirlər.
Gənclərimizin rolu bu mərhələdə ortaya
çıxır. Onlar xarici
vətəndaşları düzgün
məlumatlandırmalı və
Qarabağ həqiqətlərini
obyektiv surətdə çatdırmalıdırlar.
Digər tərəfdən daha böyük kütləyə
müraciət edə
bilmək üçün
gənclərimizin təşkilatlanmağı
vacib amillərdən biridir. Təşkilatlanmaq vətəndaşlarımızın
xarici dövlətlərin
ictimai-siyasi mərkəzlərinə
təsir imkanlarını
artırır və fəaliyyətlərini asanlaşdırmağa
kömək edir.
Yuxarıda qeyd etdiyim kimi, Qarabağ həqiqətləri daha çox dolayı yollarla çatdırılmalıdır.
Xarici vətəndaşların Qarabağ
məsələsini özlərinin
kəşf etməsi üçün stimul verilməli, yalnız bundan sonra məlumatlandırma
prosesinə keçilməlidir.
Təşkilati fəaliyyətin birinci məqsədi Azərbaycan mədəniyyətinin
ixracı olmalıdır,
problemlərin deyil.
-Fransada ölkəmizin tanınmasında
tələbələrimiz öz
bacarıqlarını ortaya
qoya bilirlərmi?
-Təhsil aldığım
Fransanın Strasburq şəhərində yaşayan
həmvətənlərimiz Azərbaycanın təbliği
sahəsində yetərincə
işlər görürlər.
Azərbaycan mədəniyyəti və Qarabağ həqiqətləri həm
xarici dostlarımız
arasında individual olaraq,
həm də müxtəlif səpkili tədbirlər keçirməklə
tanıdılır. Bu
sahədə görülən
işlərdə tələbələrimizim
əməyi danılmazdır.
Hər bir vətəndaşımız
öz çərçivəsində
Azərbaycanın yaşadığı
ölkədəki səfiridir.
Ölkəmiz haqqında ilk qiyabi
təəssüratlar da
həmvətənlərimizlə münasibətdə müəyyən
olunur. Bu səbəbdən hər bir azərbaycanlı tələbə ölkəmizi
ən yaxşı şəkildə tanıtmağa
çalışır.
Bütün hallarda gənclərimiz, bu baxımdan, həmrəydirlər. Bu həmrəyliyi
də azərbaycançılıq
ideologiyası yaradır.
-Fransada türk diasporu ilə həmrəylik hansı səviyyədədir?
-Azərbaycan diasporu Fransada türk diasporu ilə həmrəyliyini daim qoruyub saxlayır. Elə bu il aprelin 27-də Fransada və Avropanın digər ölkələrində fəaliyyət
göstərən Azərbaycan
diaspor təşkilatlarının
nümayəndələri Strasburq
şəhərində, Avropa
Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında
etiraz aksiyası keçirdilər. Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı
Azərbaycanlı Tələbələr
Assosiasiyası və Alman-Azərbaycan Mədəniyyət
Evinin təşkilatçılığı
ilə baş tutan mitinqdə 200-dən artıq soydaşımız,
o cümlədən türk
icmasının təmsilçiləri
iştirak etdilər.
Əllərində Azərbaycan və
Türkiyə bayraqlarını
tutan aksiya iştirakçıları “AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir
və qərəzlidir!”,
“Türkiyə və Azərbaycandan əlinizi çəkin!”, “Avropa Şurasında ikili standartlara və islamofobiyaya son qoyulsun!”,
“AŞPA-nın monitorinqləri
müstəqil ölkələrə
təzyiq və təhdid vasitəsidir!”, “Ermənistanın işğalçı
siyasətinə göz
yuman AŞPA Türkiyə
və Azərbaycanı
hədəf götürüb”
kimi şüarlar səsləndirdilər.
Aksiyada iştirak
edənlər AŞPA-nın
Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu
qərəzli mövqeyə
etirazlarını bildirdilər.
Aksiyada Fransadakı Azərbaycanlı
Tələbələr Assosiasiyasının
sədri olaraq mən, Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə
Tağıyeva, diaspor
fəalı Seyidağa
Məmmədov və başqaları çıxış
edərək qurumun Türkiyə ilə bağlı qərarının
ədalətsiz və
qərəzli olduğunu
vurğuladılar. Aksiyada çıxış
edənlər AŞPA-nın
beynəlxalq hüquq normalarının təmin
edilməsi, Ermənistanın
işğalçı siyasətinin
aradan qaldırılması
istiqamətində də
heç bir təsirli addım atmadığını, əksinə,
ermənipərəst siyasət
yürütdüyünü diqqətə çatdırdılar.
Azərbaycan diaspor rəhbərləri
Avropanı Ermənistanın
işğalçılıq siyasətinə bəraət
qazandırmaqda günahlandırdılar.
Fuad Hüseynzadə
Palitra 2017.- 15 avqust.- S.11.