Qəlblərdə yaşayan insan

 

Bu gün görkəmli uşaq yazıçısı, publisist, tərcüməçi, “Günəş” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Süleymanovun doğum günüdür. Nəriman müəllim 15 avqust 1930-cu ildə Qərbi Azərbaycanda, Yuxarı Körpülü kəndində məşhur Qori seminariyasının məzunu tanınmış müəllim Qoca bəy Süleymanovun ailəsində dünyaya gəlmişdi. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirmişdi. Elə həmin ildən “Pioner”, indiki “Günəş” jurnalında əmək fəaliyyətinə başlamışdı. Ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdı. Jurnalın baş redaktoru görkəmli şair Zeynal Cabbarzadə dünyasını dəyişdikdən sonra Nəriman müəllim jurnala rəhbərlik etməyə başlamışdı. O, bu jurnalda fasiləsiz olaraq düz 43 il ça-lışmışdır. Ancaq bir həqiqəti də söyləmək lazımdır, Zeynal müəllim səhhəti ilə əlaqədar ayda bir, ya iki dəfə redaksiyaya gələ bilirdi. Bu sə-bəbdən Nəriman müəllim faktiki olaraq kollektivə uzun illər idi ki, qeyrirəsmi redaktorluq edirdi.

Nəriman Süleymanov taleyini bütünlüklə uşaq ədəbiyyatına həsr etmişdi. O, ədəbi fəaliyyətinə 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş kiçik bir hekayə ilə gəlmişdi. Elə həmin ildə də “Balaca atlı” adında ilk kitabını balaca oxucuların ixtiyarına vermişdi. Yaradıcılığı ərzində 15 kitabı işıq üzü görmüşdü. Sadə, aydın və oxunaqlı dili vardı. Dilimizin incəliklərindən məharətlə istifadə edə bilirdi. Bu barədə filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli belə yazır: ”Nəriman Süleymanovun nəsri öz dilinin sadəliyi, üslubunun aydınlığı ilə də seçilironun əsərlərindən onlarla misallar gətirə bilərik ki, bu misallar müəllifin dilimizin incəliklərinə, xalq danışıq dili ilə ədəbi dilimizin vəhdətinə sübut olar.”

Bununla yanaşı, dünya xalqlarının qiymətli əsərlərini dilimizə çevirmiş, onlarla uşaq cizgi filmlərinə ssenarilər yazmışdı. Hekayələri müxtəlif dillərə tərcümə olunmuşdu. Bir sıra ölkələrdə uşaq ədəbiyyatına həsr olunmuş beynəlxalq tədbirlərdə, simpoziumlarda respublikamızı ləyaqətlə təmsil etmişdi.

Nəriman müəllimi uşaqlıqdan tanıyıram. Bibimlə ailə qurmuşdu. Allah ona hər şey vermişdi. Mülayim, yüksək mədəniyyətli, ədəb-ərkanlı, ün-siyyətcil, yaraşıqlı, boylu-buxunlu maraqlı, incə yumoru olan işıqlı bir ziyalı idi. Onun ağzından təsadüfi kəlmələrin çıxdığını kimsə eşitməmişdi. Hər kəlməsinə fikir verirdi. Kiminsə qəlbinə dəyməzdi. Bir sözlə, əsil bəy balası idi. Atam söz düşəndə həmişə deyərdi ki, Qoca bəy kimi kişinin ailəsində böyümüş insan başqa cür ola bilməzdi. Onu tanıyanlar həmişə Nəriman müəllimin yüksək mədəniyyətindən, qayğıkeşliyindən sadəliyindən danışırlar.

Tale elə gətirdi ki, mən bir müddətGünəşjurnalında işlədim. Onun qayğısını, diqqətini gördüm, müəllimim, həyatda yol göstərənim oldu. Aramızda böyük yaş fərqi olsa da münasibətlərimiz dostluğa çevrildi. Böyük ürəyi olan insan barədə o qədər danışmalı, yazmalı xatirələrim var ki.

Nəriman müəllimlə axırıncı görüşümüzü yaxşı xatırlayıram. 1995-ci ilin aprel ayının əvvəlləri idi. Hərdən vaxtım olandaAzərbaycannəşriyyatının 3-cü mərtəbəsində yerləşənGünəşuşaq jurnalı redaksiyasına gedir, köhnə yoldaşlarımla görüşür, çayxanada qələm dostlarımla dərdləşirdim. Bir dəfə yenə yolum nəşriyyata düşmüşdü. Girişdə Nəriman müəllim böyük şairimiz Məmməd Arazla söhbət edirdi. Məmməd Araz Nəriman müəllimin qollarından tutmuşdu, aradabir özünə tərəf çəkir, nəsə deyirdi. Bir-biri ilə o qədər mehribancasına danışırdılar ki, mane olmaq istəmədim. Gözlədim. qəfildən hər ikisi məni gördü. Məmməd Araz dedi: - çoxdan səni görmürəm, haralardasan?

Qısaca yerimi söylədim. Nəriman müəllim ona yerimi dəqiqliyi ilə dedi məni təbrik etdi: - Eşitdim işində irəliləyiş var, xeyirli olsun.

Məmməd Araz məsələni bilən kimi məni təbrik etdi dönüb Nəriman müəlliməoralarda qələm əhli qədər çox olsa, o qədər yaxşıdır, xeyirli-uğurlu olsun”, dedi. Nəriman müəllim böyük şairə tərəf döndü: - “Bax, istəyirsən, Məmməd müəllim öz xeyir-duasını verdi, yaxşı olar, inşallah”.

Böyük hörmətim rəğbətim olan insanların təbriki xeyir-duaları məni çox sevindirdi, ürəkləndim. Təəssüf ki, bu mənim Nəriman müəllimlə sonuncu görüşümüz oldu.

15 aprel 1995-ci il, işdən çox gec, özü yorğun qayıtmışdım. Atamın səsi hələ qulağımdadır: - “Heyh Nərimandan, yaşı vardı”. Doğrudan da atam demişkən, yaşı vardı ki, 65 elə böyük yaş deyil, axı. Qəbri nurla dolsun.

Nəriman Süleymanovun ölümündən 17 il keçir. Yaşasa 87 yaşı olacaqdı. Allah Elçinin Azərin işlərini avand eləsin. Nəriman müəllimin özünəlayiq gözəl tərtibatlı, yüksək keyfiyyətliRuhlar çağırırkitabını böyük tirajla çap etdirib təmənnasız respublikamızın məktəblərinə, mədəniyyət ocaqlarına payladılar. Qoy gəncliyimiz, uşaqlarımız oxusun böyük insanın ruhu şad olsun!

 

Elşad QOCA

 

Palitra  2017.- 16 avqust.- S.13.