Şərqin nüfuzlu musiqi festivalında Azərbaycanı Sahib Paşazadə təmsil edəcək

 

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcək.

Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadəyə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 40-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi tanıdaraq təbliğ edir.

Gənc tarzən Sahib Paşazadə bir çox Beynəlxalq mükafatlar sahibidir. O, “Ağcaqayın yarpağı” adlı Beynəlxalq “Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisitituluna layiq görülüb.

Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər Sahibin timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir.

Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər.

1997-ci ildən keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı hər iki ildən bir təşkil olunur, Festivalın nüfuzu isə ildən-ilə artmaqdadır. İlk illərdə Festivalda 30 ölkə iştirak edirdisə, hazırda bu musiqi müsabiqəsinə maraq xeyli artmış və 2015-ci ildə dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qoşularaq təmsil etdikləri xalqlarının musiqilərini ifa ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il açılış mərasimi xüsusi təmtaraqla qeyd olunacaqdır. Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədi ilə Festivalda daim fərqlənən ölkələrdən, xüsusi ilə Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır.

Sevindirici haldır ki, festivalda hər dəfə iştirak edən Azərbaycanlı musiqimuğam ustaları, demək olar ki, uğur qazanırlar.

Qeyd edək ki, Festivalın 1-ci ilində 1997-ci ildə müğənni Simarə İmnaovaQran Pri” mükafatının sahibi olub. 2001-ci ildə Azərbaycanın xalq artisti Alim Qasımov 1-ci yeri əldə edib.

2003-cu ildə isə əməkdar artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. 2005-ci ildə müğənni Aygun Bəylər festivalda 1-ci yer tutan ifaçı olub. Qalib ənənəsini 2009-ci ildə xanəndə Qoçaq Əsgərov davam etdirib.

2015-ci il Festivalda Azərbaycanın Əməkdar Artisti, xanəndə Təyyar Bayramovun rəhbərliyi iləButaqrupu (əməkdar artistlər tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, habelə balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov) öz gözəl ifaları ilə milli musiqimizi yüksək səviyyədə təbliğ edərək 66 iştirakçı dövlət arasında yüksək nəticə göstərərək “Nadir səsnominasiyasına layiq görülüblər.

İnanırıq ki, bu il Şərq təranələriFestivalında Azərbaycanı təmsil edən musiqiçimiz qələbə əldə edərək ecazkar Azərbaycan musiqisini bir daha dünyaya tanıdacaqdır.

 

Tural

 

Palitra  2017.- 25 avqust.- S.15.