“Azərbaycan gənci bütün
sahələrdə öz sözünü
deyə bilir”
Lalə Mehdiyeva:
“AGAT, hər zaman olduğu kimi, gənclərin fərdi
inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində
fəaliyyətini davam etdirəcək”
Ötən illərlə müqayisədə III sektorda gənclərimizin aktivliyi xeyli dərəcədə artıb. Bunu vətəndaş cəmiyyətində gənclərin gördüyü işlər, həyata keçirdikləri layihələr bir daha açıq-aydın göstərir. Hətta elə QHT-lər var ki, gənclərin ictimai həyatda özlərini təsdiqləməsi üçün məktəbə çevrilib. Bu baxımdan, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəaliyyəti daha çox diqqət çəkir. Elə AGAT-ın yeni seçilən sədri Lalə Mehdiyeva bu məktəbin nümayəndəsidir. Lalə Mehdiyeva “Palitra”ya müsahibəsində AGAT-ın yeni strateji hədəflərini açıqlayıb.
-Lalə xanım, öncə özünüz haqqında danışmağınızı istərdik.
-2011-ci ildə Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
məzunu olmuşam. Təhsil aldğım
illər ərzində
hər zaman sosial tədbirlərdə,
könüllülük fəaliyyəti
etmişəm. Bu gün də bir Azərbaycan gənci olaraq vətənimi çox sevirəm və dəyərlərimizi üstün
tutaraq həm özümün fərdi inkişafım, həm də dövlətimin gələcəyi üçün
Azərbaycan Gənclərinin
Avropaya İnteqrasiyası
Təşkilatında (AGAT) fəaliyyət göstərirəm.
-Dövlətin gənclər siyasətinin
nə kimi müsbət nəticələri
var?
-Bu gün cəmiyyətin aparıcı qüvvəsi
sayılan Azərbaycan
gənci artıq öz sözünü bütün sahələrdə
deyə bilir, qərar qəbuletmədə
azaddır. Gələcək fəaliyyətində, özünü cəmiyyətdə
doğrultmaq, xaricdə
təhsilini davam etdirmək üçün
gənclərimizə hər
bir şərait yaradılıb. Bu və digər faktlar gənclər siyasətinin müsbət
nəticələridir.
-Sizcə, Azərbaycan gəncliyi lazımi məqamlarda öz sözlərini deyirmi?
-Bu gün Azərbaycan gəncliyinin inkişafı
üçün hər
bir şərait mövcuddur. Elə qeyd etdiyimiz
dövlət gənclər
siyasəti bunun bariz nümunəsidir.Azərbaycan
gənclər siyasətinin
hər bir bölməsində birbaşa
gənclərin maraqları
əsas tutulub. Gənclər həm ictimai-siyasi
proseslərdə qərar
qəbuletmədə, həm
beynəlxalq tribunadan öz sözünü demək hüququna malikdirlər.
Eyni zamanda özünə güvənən
gənc fəaldırsa,
istedadı varsa, innovativ düşüncəyə
sahibdirsə, müxtəlif
təşkilatlarda fəaliyyət
göstərə bilir,
öz ideyalarını
reallaşdıra bilir. Həm də
özünü inkişaf
etdirmək, karyera qurmaq istəyən gənclərə də hər zaman qapılar açıqdır.
-Təşkilat sədri olaraq nə dərəcədə
məsuliyyətinizin artdığını
hiss edirsiz?
-Əlbəttə, təşkilat
sədri olmaq qürurvericidir və bir o qədər də məsuliyyət tələb edir. Təşkilatda artıq 2011-ci ildən fəaliyyət göstərirəm.
Bu müddətdə layihələrdə iştirak
edib təcrübə
toplamışam. İndi isə
sədr kimi gənclərə dəstək
olmaq, onları doğru yönləndirmək,
nümunə olmaq üçün əlimdən
gələni edəcəyimə
inanıram.
-Bu yaxınlarda dövlət başçısı
tərəfindən “Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramı
təsdiqlənib. Bu Dövlət Proqramının
gənclərin inkişafında
nə kimi rolu olacaq?
-Bildiyimiz kimi, dövlət başçısı
artıq 3-cü dəfədir
ki, Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında sərəncam imzalayıb.
Bu proqram Prezidentin 29 dekabr 2012-ci il
tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
konsepsiyasına əsasən
hazırlanmışdır.
İnanıram ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da ötən illərdə olduğu kimi, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradacaq. Azərbaycanın dövlət siyasətinin məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Bu siyasət cəmiyyətin bütün sahələrində gənclərin inkişafına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, müasir informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək və s. kimi mühüm məsələləri özündə cəmləşdirmişdir. Bu məsələlər birbaşa gənclərin maraqlarını əks etdirir. Bu da dövlət başçısının uzaqgörən siyasətinin təzahürüdür.
-AGAT olaraq bu proqramdan çıxış edərək hansı tədbirlər keçirməyi nəzərdə tutursunuz?
-Təbii ki, AGAT növbəti fəaliyyətini gənclər siyasətinə uyğun istiqamətlərə yönəldib. AGAT, hər zaman olduğu kimi, intellektual, innovativ düşüncəyə malik olan hər bir gəncin inkişafına yardımçı olmağa, onların daha da təkmilləşməsinə, sosial layihələrin hazırlanmasında yaxından iştirakına dəstək olacaqdır. Gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
- AGAT-ın yeni strateji hədəflərini
açıqlaya bilərsizmi?
-AGAT, hər zaman olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin beynəxalq tribunalarda haqq səsinin çatdırılması istiqamətində fəaliyyətini davam edəcəkdir.
Bildiyiniz kimi, AGAT beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daha yeni əməkdaşlıqlar qurmaq istiqamətində işlər görməyə davam edir. Növbəti illərdə gənclərin sosial rifahının yaxşılaşdırılması istiqamətində seminarlar keçiriləcək. Artıq 2 aydır ki, bu istiqamətdə 4 tədbir həyata keçirmişik.
Eyni zamanda gənclərin fəallaşması,
onların qərar qəbuletmədə iştirakı, vətəndaş
cəmiyyətində biznesyönümlü
ideyalarının reallaşdırılmasında, gənc
liderlərin formalaşmasına dəstək göstərilməsi
hədəflərimizdədir. Bu
istiqamətdə AGAT nəzdində fəaliyyət göstərən
Etika Akademiyasının geniş
fəaliyyəti vardır. Orada müxtəlif
mövzularda - natiqlik,
davranış qaydaları və liderlik
üzrə təlimlər həyata keçirilir.
Fuad Hüseynzadə
Palitra 2017.- 15 dekabr.- S.7.