“Bakı düşündüyümdən daha da gözəldir”

 

Firuzə Osman:

Girne Amerikan Universitetində Azərbaycandan daha çox tələbənin təhsil almasına önəm veririk

 

Bu gün müxtəlif ölkələrin universitetləri Azrbaycanla təhsil sahəsində əməkdaşlıq         etməyə maraqlıdır. Bu baxımdan, dünyanın bir sıra tanınmış universitetlərinin rəsmiləri ölkəmizə səfərlər edirlər. Elə Şimali Kiprin Girne Amerikan Universitetiöz tələbələri arasında azəbaycanlı gəncləri görmək istəyir. Girne Amerikan Universitetinin Beynəlxalq ofis müdiri Firuzə Osman bu kimi məsələlərlə bağlı ölkəmizdə qonaqdır. O, qəzetimizə müsahibəsində təmsil etdiyi universitet və Azərbaycanla bağlı fikirlərini bildirdi. Qeyd edək ki, Firuzə xanımın valideynləri əslən Türkiyənin İzmir şəhərindəndir. Amma o, İngiltərədə dünyaya gəlib. Ali təhsilini də İngiltərədə alıb. Magistr təhsilinə isə Girne Amerikan Universitetində yiyələnib. Son 4 ildir Kiprdə yaşayır.

- Sizin Girne Amerikan Universitetində əsas işiniz nədən ibarətdir?

-Mən 2 ildir Girne Amerikan Universitetinin Beynəlxalq ofis müdiri vəzifəsinə təyin olunmuşam. Biz universitetin tanıtım marketinq işlərini görürük. Beynəlxalq əlaqələrin qurulmasına çalışırıq. Universitetdə Multikultural Mərkəzimiz var. Burada əcnəbi tələbələrə sosial ortam yaradırıq. Bizim univetsitetin müxtəlif ölkələrdə 7 kampusu var. Onun da koordinasiyasını biz edirik. Hazırda universiteti tanıtmaq üçün Bakıya gəlmişəm.

- Azərbaycan haqqında əvvəllər maraqlanmışdınızmı?

- qədər İngiltərədə yaşasam da, türk mədəniyyəti ilə böyüdüyüm üçün Azərbaycan haqqında internetdən, mediadan məlumatım var idi. İlk dəfədir ki, Azərbaycanda oluram. Azərbaycan hər zaman maraqlandığım, arzusunda olduğum ölkə olub. Bura gəlməklə arzuma çatdım.

- İnternetdə, televiziyada görünən Azərbaycanla real gördüyünüz Azərbaycanda fərq hiss etdinizmi?

-Müxtəlif xalqların mədəniyyətini öyrənmək üçün fərqli-fərqli ölkələri gəzmək mənə çox maraqlıdır. Sosial mediada özümün səhifəm var. Həvəskar olaraq fotoqraflıq da edirəm. Ona görə bura gəlmədən öncə bir az araşdırma etdim. Düzü, Bakıda gözlədiyimi gördüm. Hətta Bakı düşündüyümdən daha da gözəldir.

- Maraqlıdır, Türkiyə, Azərbaycan Gürcüstanda kimi ümumi fərqli cəhətlər var?

-Ötən il Tbilisidə oldum. Bakı küçələri bir az mənə oranı xatırlatdı. Mən Kiyev şəhərində olmuşam. Bu şəhərlərdə ümumi olan odur ki, sovetdən qalan binalar var. Yeməklərində oxşarlıq var. Azərbaycan isə türk dilinə, mədəniyyətinə daha yaxındır. O birilərinin isə ruslara yaxınlığı hiss olunur.

- Siz Bakıda ikənRegionun gələcəyi: Geopolitik çağırışlar perspektivləradlı beynəlxalq simpoziumda da iştirak etdiniz. Bu simpoziumun kimi effekti var?

-Bura gəlişimizin iki məqsədi var. Öncəsi simpoziumda da yer aldıq. Maraqlı müzakirələr oldu.Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi Türkiyə Azərbaycan İş Adamları Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunan simpoziumda GAU-nun vizionu, beynəlxalq sahədə işləri, ali təhsilə, xüsusilə KKTC, ümumiyyətlə isə dünyaya qatdığı yeniliklər iştirakçı tamaşaçılar tərəfindən paylaşıldı. Xüsusilə son 10 ildə ali təhsildə yaşanan dəyişmələr ölkələrin vermiş olduqları dəyərlə irəliləməkdə, inkişaf etməkdədir. Bu səbəblə ali təhsil bir sektor olmuş, universitetlər özlərini infrastruktur, akkreditasiya, təhsil keyfiyyəti s. inkişaf etdirmək məcburiyyətində qalıblar. Bu rəqabətin detalları, yaratdığı müsbət inkişaflar beynəlxalq tələbə əlaqəsi iştirakçılar ilə paylaşıldı.

İkincisi isə əvvəldə dediyim kimi, univetsitetimizi burada tanıtmağa çalışırıq. Girne Amerikan Universitetində, əsasən, əcnəbi tələbələr təhsil alırlar. Azərbaycan bizə həm dil, həm mədəniyyət, həm məsafə baxımından çox yaxındır. Ona görə Azərbaycandan daha çox tələbənin təhsil almasına önəm veririk. Həmçinin birliklərimiz var. Buna görə simpozium bizim üçün çox əhəmiyyətlidir. Bu tədbirin əlaqələrimizi möhkəmləndirəcəyinə inanıram.

- Universitetinizdə kifayət qədər azərbaycanlı tələbə varmı?

-Hələ ki, çox deyil. Bu il Azərbaycandan nisbətən çox tələbə gəldi. Bizdə daha çox qazaxıstanlı tələbə var. Növbəti ildə Azərbaycandan tələbələrin daha çox gələcəyinə ümid edirik. Çünki bizdə təhsil alan tələbələr bura qayıdandan sonra öz təəssüratlarını danışacaqlar. O zaman universitet daha çox tanınmış olacaq. Bu da azərbaycanlı tələbələrimizin sayının artmasına təsir edəcək.

 

Fuad Hüseynzadə

Palitra $g 2017.- 26 dekabr.- S.7.