Toğrul Məmmədli: “Ölkəmizdə həyata keçirilən siyasət gənclərimizə hərtərəfli inkişaf etməyə imkan verir

 

2 fevral-Gənclər Gününün elan olunmasından ötən 20 il ərzində ölkəmiz böyük inkişaf yolu keçib, gənclərə olan qayğı ilbəil daha da artıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclər hərəkatı formalaşıb və bu gün gənclər dövlətimizin inkişafında öz töhfələrini verirlər.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə birinci Gənclər Forumunun keçirilməsi isə gənclərimizin ictimai işlərdə aktiv həyata atılmasına böyük təkan oldu. Bu gün də Azərbaycan gəncləri ayrı-ayrı beynəlxalq əməkdaşlıq proqramlarında aktiv iştirak edirlər, multikutralizm və digər sahəsində həyata keçirilən layihələrdə aparıcı qüvvə hesab olunurlar. Gənclərdən ibarət könüllülər ordusunun formalaşması isə bugünkü Azərbaycan gəncliyinin fəaliyyətinə xüsusi rəng qatıb. Bu gün Azərbaycanda kifayət qədər aktiv gənc var ki, ictimai fəaliyyətlərində fərqlənirlər. Həmin gənclərin bir neçəsi ilə Gənclər Günü haqqında söhbət apardıq.

ATGTİ-nin sabiq beynəlxalq əlaqələr departamentinin direktoru, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Toğrul Məmmədli 2 fevral-Gənclər Günü münasibəti ilə gənclərimizi təbrik edərək dedi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər Günü ölkə rəhbərliyi səviyyəsində gənclərə olan diqqətin daha bir nümunəsidir: “Ölkəmizdə həyata keçirilən siyasət, təhsil strategiyası gənclərimizə hərtərəfli inkişaf etməyə imkan verir. Bundan əlavə, azərbaycanlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil ocaqlarında təhsil almaq şansı var. Şübhəsiz, xaricdə təhsil almış gənclərimiz, geri qayıtdıqda qazandıqları bilik və təcrübələri ölkəmizin inkişafı naminə yönəldəcəklər. Mən elm, incəsənət, hərbi və digər müxtəlif sahələrin sirlərini öyrənərək inkişaf etmiş Azərbaycan gəncliyini təbrik edirəm, onlara yeni uğur və nailiyyətlər arzulayıram. Hər bir gənc öz ölkəsinin simasıdır. Ona görə də hər bir gəncimiz həm təhsilli, həm də vətənpərvər olmalıdır. Gənclərimizə azərbaycançılıq ideologiyasını daha da inkişaf etdirməyi tövsiyə edirəm”.

 

İlkin Mustafayev:

Aktiv, savadlı, istedadlı

gənclərin yetişməsi ölkəmiz üçün çox mühümdür

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi İlkin Mustafayev bu gün Azərbaycanda gənclərə böyük qayğı göstərildiyini, tələbələrin özünüinkişafla bağlı heç bir probleminin olmadığını dedi. Onun sözlərinə görə, ölkədə nəinki tələbələrin ictimai-siyasi işlərdə aktiv iştirakı üçün münbit şərait yaradılıb, hətta onların istirahəti, boş vaxtlarının səmərəli keçirilməsi üçünxeyli sayda layihələr həyata keçirilir: Konkret olaraq ATGTİ-nin həyata keçirdiyi layihələr haqqında onu deyə bilərəm ki, Qafqazın ən böyük tələbə gənclər təşkilatı olan ATGTİ bu gün aktiv şəkildə tələbələrin problemləri ilə maraqlanır, onların ictimai işlərdə aktivliyini təmin edir. Azərbaycanda Gənclər Günü hər il ən yüksək səviyyədə keçirilirbu da təsadüfi deyil. Ölkəmizdə gənclərin potensialından daim maksimum istifadə olunub. Gənclər Azərbaycan üçün həyat deməkdir. Bu gün aktiv, savadlı, istedadlı gənclərin yetişməsi ölkəmiz üçün çox mühümdür. Sevindirici haldır ki, ötən illər ərzində xaricdə təhsil alan gənclərimizin də sayı xeyli artıb. Həm müvafiq dövlət proqramları hesabına, həm də ayrı-ayrı proqramlara, layihələrə qatılmaqla minlərlə gəncimiz öz təhsilini dünyanın dörd bir yanında oxumaqla davam etdirdi. Əgər müstəqilliyimizin ilk illərində xaricdə təhsil alan gənclərimiz barmaqla sayılacaq qədər az idisə, bu gün ölkədə xaricdə təhsil alan gənclər ordusu formalaşıb ki, bu da ölkəmiz üçün yaxşı potensialdır. Onlar savadlı potensial kadrlardılar”.

 

Aytək Məmmədli:

“Azərbaycan gəncliyi bu gün cəmiyyətin

ən aktiv təbəqəsidir”

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə magistr təhsili almış Aytək Məmmədli Gənclər Gününün qeyd edilməsinin əhəmiyyətli olduğunu dedi: “Azərbaycan nadir ölkələrdəndir ki, burada uzun illər dövlət hesabına xeyli gənc dünyanın məşhur universitetlərində öz təhsilini davam etdirdi. Bu gün də bəzi layihələr var ki, imkansız tələbələrin xaricdə təhsilini davam etdirməsi üçün şans yaradır. Azərbaycan gəncliyi bu gün cəmiyyətin ən aktiv təbəqəsidir. İdarəetmədə də xeyli sayda gənc kadrlara yer verilir. Ümumiyyətlə, dövlətimizin yürütdüyü daxilixarici siyasəti gənclərimiz daim dəstəkləyiblər. Azərbaycanın ən həssas mövzusu, problemi olan Dağlıq Qarabağ məsələsində də gənclərimiz daim aktiv olublar, xaricdə təbliğat işlərindən tutmuş öz ölkəmizdə təşkil olunan tədbirlər, layihələrə qədər gənclərimiz öz töhfələrini veriblər. Bu gün Cocuq Mərcanlı kəndinə qayıdışla bağlı görülən işlərdə də əminəm ki, gənclərimiz aktiv iştirak edəcəklər. Əminəm ki, bu kənd yox, şəhər səviyyəsində bir yaşayış massivinə çevriləcək. Gənclərin bu işlərdə aktiv iştirakına şübhə etmirəm. Hətta gələcəkdə burada gənclərlər bağlı bir sıra layihələrin də həyata keçirilməsi mümkündür. Bütün bunları ona görə qeyd etdim ki, Azərbaycan gəncliyinin əsas diqqəti, hədəfi işğal olunmuş torpaqlarla bağlıdır. Mən xaricdə təhsilimi davam etdirəndə də Qarabağla bağlı təbliği işlər aparırdım. Bunu hər bir xaricdə təhsil alan gəncimiz etməlidir və sevindirici haldır ki, gənclərimiz də belə təbliğati işlərdə aktiv iştirak edirlər. Bütün gənclərin Gənclər Gününü təbrik edirəm və arzu edirəm ki, növbəti ildə Gənclər Günü Şuşanın işğaldan azad edilməsi ilə eyni günə düşsün”.

 

Tural Tağıyev

Palitra.-2017.-2 fevral.-S.7.