“Əcnəbi tələbələr Qarabağ həqiqətləri ilə bağlı məlumatları həvəslə dinləyirlər”

 

Arzu Qocayev: “Qarabağ həqiqətlərini, şovinist ermənilərin bizim əzəli düşmənimiz olduqlarını və işğal olunmuş ərazilərimizin, həqiqətən, bizim ərazilər olduğunu Uşak əhalisinə çatdırırıq”

 

Qarabağ həqiqətlərinin dünyaya yayılması xaricdə təhsil alan gənclərimizin də prioritetidir. Onlar təhsil aldıqları universitetdə tədbirlər keçirmək, eləcə də əcnəbi tələbə yoldaşlarına fərdi olaraq məlumat verməklə Qarabağ həqiqətlərini təbliğ edirlər. Türkiyənin Uşak Universitetinin tələbələri də bu baxımdan aktivlik göstərirlər. Uşak Universitetinin tələbəsi, eyni zamanda universitetin Azərbaycan Mədəniyyətini Tanıtma klubunun idarə heyətinin üzvü Arzu Qocayevlə bu mövzuda həmsöhbət olduq. Qeyd edək ki, Arzu Qocayev 1998-ci il 19 dekabrda Gəncə şəhərində anadan olub. 2004-cü ildə Gəncə şəhər Vaqif Əliyev adına 12 saylı tam orta məktəbə daxil olub, 2015-ci ildə həmin məktəbin məzunu olub. Elə həmin il Türkiyənin Uşak Universitetinə qəbul olunub.

-Uşak Universitetində azərbaycanlı tələbələr təşkilatlana bilibmi?

- Bəli. Universitetimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyətini Tanıtma klubumuz var. Klubumuzun idarə heyəti 10 nəfərdən ibarətdir. Çeşidli fəaliyyətlərlə Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını yerlixarici tələbələrə çatdırmağa çalışırıq. Belə ki, Azərbaycan üçün önəmli, özəl günlərin hər birilə bağlı konfranslar, layihələr hazırlayır, şəhər əhalisinin, yerlixarici tələbələrin diqqətinə çatdırırıq.

-Orada hər hansı tədbirin keçirilməsi üçün sizə şərait yaradılırmı?

- Uşak Universitetinin rəhbərliyi tərəfindən bütün keçirdiyimiz konfranslara çox yüksək səviyyədə dəstək və diqqət ayrılır. Konfrans salonlarının verilməsi, qonaqların yüksək səviyyədə qarşılanması, maddi və mənəvi mənada hər zaman yanımızdadırlar. Təbii ki, universitet ikinci evimizdirbu təhsil ocağının hər üzvünə ayrı-ayrılıqda diqqət, qayğı göstərilir. Başda universitet rəhbərliyi olmaqla bütün müəllim və tələbələr öz dəstəklərini əsirgəmirlər. Bu da bizə stimul verirdaha böyük işlər görüb addım atmağımıza zəmin yaradır.

-Ümumiyyətlə, universitetdə tələbələrimiz hansı cəhətləri ilə seçilirlər?

-İctimai fəaliyyətlərdə fəal iştirakları, dərslərinə davamiyyəti, müxtəlif yarışmalarda nailiyyətlər qazanmaqla seçilirlər.

-Təhsil prosesi elektronlaşıbmı?

- Uşak Universiteti Türkiyədə yeni yaradılan dövlət universitetlərindən biridir. Universitet 2006-cı ildən fəaliyyətə başlayıb və bu günə qədər sürətlə irəliləyən universitetlər sırasındadır. Hazırda Uşak Universiteti xarici tələbə sayına görə Türkiyə universitetləri arasında sıralamada 7-ci yerdədir. Türkiyədə yaxın zamanda açıqlanan yenilikçi universitetlər arasında bizim universitetyer almaqdadır. Universitetdə keçirilən dərslərdə informasiya kommunikasiya texnologiyalarının əhəmiyyəti ön plandadır. Bir çox dərslərimiz elektronlaşmış formada keçirilir. Universitetdə fəaliyyət göstərən çox böyük, müasir standartlara cavab verən kitabxanamız mövcuddur. İmtahan ərəfəsində kitabxana 7/24 saat fəaliyyət göstərir. Ümumiyyətlə, Uşak Universiteti çox müasir tələblərə cavab verən, modern bir universitet olduğu üçün bu tip şeylərə çox önəm verir.

-Gənclərimiz sosial şəbəkələrdən təbliğat işində lazımi səviyyədə istifadə edirlərmi?

-Əlbəttə. Keçirdiyimiz tədbirlər, gördüyümüz işlərlə bağlı sosial media üzərindən paylaşımlar edirik. Sosial şəbəkələrin, bir çox media orqanlarının gördüyümüz işlərin işıqlanmasında çox böyük əhəmiyyəti var. Və vaxtaşırı onlarla əlaqədə oluruq. Gənclərimiz də bu sahədə sosial şəbəkələrdən məqsədli və doğru şəkildə istifadə etməyi bacarırlar. Bu yöndə dəstəklərini əsirgəmədiklərinə görə gənclərə təşəkkürümüzü bildiririk.

-Bilik və bacarıqlarınızın artırılmasında informasiya kommunikasiya texnologiyalarından nə dərəcədə istifadə edirsiz?

-Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatları ilə yanaşı, xarici ölkələrdə təhsil alan biz gənclərin də xüsusi rolu olmalıdır. Çünki biz tələbələr təhsil aldığımız ölkələrdə vətənimizin qeyri-rəsmi səfirləri missiyasını daşıyırıq. Biz bunun fərqindəyik və buna görə də, sadəcə, tədbirlər keçirməklə kifayətlənmirik. Biz texnologiya əsrində yaşayırıq. Biz həm yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edir, həm də sosial şəbəkələr vasitəsilə öz fəaliyyətimizi layiqincə yerinə yetirməyə çalışırıq. Əsas məqsədlərimizdən biri Qarabağ həqiqətlərini, şovinist ermənilərin bizim əzəli düşmənimiz olduqlarını və işğal olunmuş ərazilərimizin, həqiqətən, bizim ərazilər olduğunu Uşak əhalisinə çatdırmaqdır.

-Qarabağ həqiqətləri ilə bağlı əcnəbi tələbələrə nə kimi məlumat verirsiz?

- Ötən il 15 noyabrda Azərbaycandan dəvət etdiyimiz QHT sədrləri, universitet rəhbərliyi və bir çox xarici ölkədən olan tələbələrin iştirakı ilə "Tarihsel sürecte Azerbaycan-Türkiye ilişkileri ve Karabağ sorunu" adlı konfrans reallaşdırdıq. Qarabağ həqiqətləri və ermənilərin türklərin, özəlliklə də Azərbaycan türklərinin başına gətirdikləri fəlakətləri, soyqırımlarını konfransda iştirak edənlərə təkrar çatdırmış olduq. Bu bizim mənəvi borcumuzdur. Heç bir maraq güdmədən bu yola çıxmışıq və qürurla da davam davam edirik.

-Ümumiyyətlə, onların bu məsələyə reaksiyası necədir?

- Bildiyiniz kimi, Ermənistan əhalisi kiçik ölkə olmasına baxmayaraq, dünyaya qarışqa kimi səpələnib və o kiçik, günü-gündən geriyə gedən Ermənistan deyilən bir ölkənin lobbisi, diasporu xarici havadarlarının hesabına güclənib. Bu hamıya məlumdur. Ona görə də dünyanın harasında olursaq olaq, bu istiqamətdə dayanmadan gecə-gündüz fəaliyyət göstərib, öz haqq səsimizi dünyaya, beynəlxalq arenalara çıxarmalıyıq. Təbii ki, bir çoxlarının bununla bağlı məlumatı, demək olar ki, yoxdur, varsa da, yanlış və yaxud az məlumatlıdırlar. Bizonlara doğru olanı arxivimizlə, tariximizlə və o tarixi yaşayıb, o fəlakəti görən canlı insanlarımız vasitəsilə çatdırmağa çalışırıq. Atdığımız addımlar müsbət qarşılanır və onlarda Qarabağ həqiqətləri ilə bağlı davamlı bizlərdən, dəvət etdiyimiz qonaqlardan doğru məlumatlar aldıqları üçün maraq yaranır və həvəslə dinləyirlər. Ümid edirəm ki, bu növ fəaliyyətləri digər universitetlərimiz də açıq və düzgün bir şəkildə yeridər. Hər kəs öz təhsil aldığı, işlədiyi və yaxud digər sahəsi ətrafında bu tip məlumatları yayarsa, inanıram ki, məqsədimizə nail olmaq yolunda böyük bir addım atmış olarıq. Çünki 1 insanı belə, ermənilər və digər bizə qarşı faciə, soyqırımı törədən xalqlar haqqında yanlış fikirdən uzaqlaşdırmaq kiçik bir addım demək deyil.

-Qarşıda hansı tədbirləri keçirməyi planlaşdırıbsız?

- Qarşıda "Xocalı soyqırımı"nın 25-ci ildönümü layihəsini şəhər səviyyəsində həyata keçirməyi düşünürük. Hazırda bununla bağlı çox böyük, ciddi hazırlıq işlərimiz gedir. Ümid edirik ki, konfransımız düşündüyümüz kimi alınacaq. Layihənin tərkibində şəhər mərkəzində rəsm sərgisinin keçirilməsi, "Xocalı abidəsi"nin ziyarəti, "Atatürk Mədəniyyət Mərkəzi"ndə 800 nəfərlik panelin həyata keçirilməsi və Gənclər Mərkəzində bir neçə gün orta məktəb şagirdlərinə seminarların verilməsi nəzərdə tutulur. Bundan sonra Novruz bayramı və bu kimi tədbirlərin həyata keçirilməsini planlaşdırırıq.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-3 fevral.-S.11.