Ermənistan-Azərbaycan
Sülh Platformasına beynəlxalq dəstək
artır
Mariya Zaxarova: “Biz münaqişələrin tənzimlənməsində
xalq diplomatiyasının rolunu
yüksək qiymətləndiririk”
Məlum olduğu kimi bir müddət əvvəl Ermənistan-Azərbaycan Sülh Platforması yaradılıb. Bu Sülh Platformasnın yaradılmasının əsas məqsədi Dağlıq qarabağ münaqişəsinin sülh yolu iə nizamlanmasına töhfə verməkdir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan qoşunları tərəfindən işğal olunub. Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi ilə işğal olunmuş torpaqların azad edilməsinin tələb edir. Beynəlxalq hüquq Azərbaycanın mövqeyini müdafiə edir. Dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurası erməni işğalı ilə bağlı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul ediblər.
“Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir”
Ötən ay Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında çıxışı zamanı da bildirdi ki, münaqişənin həlli çox sadədir: «Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir».
Pakistan parlamentində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edilib
Göründüyü kimi beynəlxalq hüquq Azərbaycanın tərəfindədəir. Münaqişənin həll olunması üçün işğal olunmuş torpaqlar azad edilməlidir. Nüfuzlu beynəlxalq qurumlar erməni işğalını pisləyən bəyanatlar qəbul ediblər. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən daha bir qətnamə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsində qəbul edilib. Komitə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib. APA-nın “khybernews.tv”yə istinadən verdiyi məlumata görə, qətnamə daimi komitənin iclasında qəbul olunub. Sənəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən faciə pislənilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadə edilib, habelə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrin tez bir zamanda icrası tələb olunub. Qətnamədə həmçinin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək ifadə
olunub.
Ölkəmiz beynəlxalq aləmdə haqlı mövqeyini çatdırmaqla yanaşı münaqişənin sülh yolu ilə həll olunma şanslarının tam itmədiyini də bilir. Doğrulur, Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad etməyə qadir olan güclü ordusu var. Ötən ili aprel ayında baş verən döyüşlər bir daha sübut etdi ki, güclü ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir və düşmən ordumuzun qarşısında duruş gətirə bilməz.
Sülh Platforması
Buna baxmayaraq
ölkəmiz yenə də sülh
prosesinə sadiq qalaraq
münaqişənin sülh yolu ilə həll olunmasına
çalışır. Bunun üçün müxtəlif təşəbbüslər
irəli sürülür. Əslində
Ermənistanın özündə də işğalın sona çatdırılmasının vacib olduğunu anlayan qüvvələr var.
Onlar dərk edirlər ki,
Sərkisyanın siyasəti onsuz da ölkəni fəlakətə aparır və
vəziyyətdən yeganə çıxış yolu Azərbaycan torpaqlarının
işğalına son qoymaqdır. Bunun üçün xalq
diplomatiyasınnın gücündən istifadə edilməsi
zəruridir. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” konfrans
bu istiqamətdə atılan mühüm adımdır. Məsələ ondadır ki, həmin
konfransdan sonra Ermənistan-Azərbaycan
Sülh Platforması yaradıldı. Bununla bağlı bəyanatı Ermənistan
tərəfdən Vahe Avetyan
(hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə
Rövşən Rzayev (“Dağlıq
Qarabağın Azərbaycan İcması” İctimai
Birliyinin Şura üzvü), Kamil Səlimov
(Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova
(“İctimaiyyətlə Əlaqələrin
İnkişafın Dəstək” İctimai
Birliyinin sədri) imzaladılar.
Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək
məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri
ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə
cəlb olunacaq. Platforma Ermənistan və
Azərbaycan hakimiyyətlərini Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi ətrafındakı
7 işğal olunmuş
rayonun azad edilməsi
istiqamətində kompleks tədbirləri
görməyə çağırıb. İlk
addım kimi məcburi köçkünlərin
öz evlərinə qayıtması,
Dağlıq Qarabağı erməni və azərbaycanlı
icmalarının təhlükəsizliyinin təmin edilməsi,
habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin
bərpası və kommunikasıyaların
açılması qeyd edilib.
Platforma
birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun
statusu və sülh prosesinin müzakirəsi üçün
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmaları nümayəndələrinin görüşlərini
təmin etməyi nəzərdə tutur.
Bəyanatı imzalayanlar zərbaycan
və Ermənistan respublikalarının beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyü və
suverenliyinə hörmət və dəstəyi bir daha qeyd
edib, BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə
digər beynəlxalq təşkilatların qətnamə və
qərarlarının icrasının vacibliyini
elan ediblər. Münaqişənin
mərhələli həlli və regionda
möhkəm sülhün bərqərar
olması üçün mühüm
başlanğıc olacaq Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7
rayonun işğaldan azad edilməsinin vacibliyi qeyd edilməklə, məcburi
köçkünlərin doğma
yurd-yuvalarına layiqli və təhlükəsiz
qayıtmaq hüququnu tanınıb. Ermənistan-Azərbaycan
Sülh Platformasının
yaradılmasından qısa müddət keçməsinə
baxmayaraq artıq ona böyük beynəlxalq maraq
var. Demək olar ki, hər gün
dünyanın nüfuzlu ekspertləri, QHT
rəhbələri Platformaya
qoşulduqlarını elan edirlər.
Münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya
Xarici İşlər Nazirliyinin
rəsmisi Mariya Zaxarova
dünən Platformaya münasibət
açıqlayıb. Mariya Zaxarova Moskvada keçirdiyi növbəti brifinqdə Azərbaycan
ilə Ermənistan arasında sülh
platforması barədə sualı cavablandırarkən deyib: “Biz münaqişələrin
tənzimlənməsində xalq
diplomatiyasının rolunu yüksək
qiymətləndiririk. Bu diplomatiyanın ən
vacib missiyası münaqişə tərəflərinin
ictimai dairələrində belə bir fikir yaratmaqdan
ibarətdir ki, qarşılıqlı məqbul,
kompromis həllərin dinc
yolla axtarışının alternativi yoxdur”. O qeyd edib ki,
RF XİN münaqişələrin dinc yolla həlli məqsədilə hər
hansı ictimai təşəbbüsləri
alqışlayır. M.Zaxarova
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsinə dair Rusiya və ABŞ-ın
qarşılıqlı fəaliyyət perspektivləri barədə
suala cavab olaraq bildirib ki, tərəflər arasında əlaqələr
hələ yenicə başlayır. RF XİN nümayəndəsi
deyib: “Amerikalılarla əlaqələr məsələsinə
gəldikdə, bu əlaqələr hələ
qarşıdadır və indi onları
şərh etməyin mənası yoxdur.
Gəlin bu əlaqələr baş tutana qədər
gözləyək”.
A.Miriyev
Palitra.-2017.-4 fevral.-S.11.