Qarabağ həqiqətlərini yaymaq üçün əlimizə düşən fürsətdən maksimum dərəcədə yararlanmalıyıq”

 

Xəyal Şirvanov: “Erməni tələbələrə tarixi sübutları, faktları xatırladaraq, onları susdurmağı özümə borc bilirəm”

 

Layihə çərçivəsində Türkiyənin Aksaray Universitetinin tələbəsi Xəyal Şirvanovla müsahibəni təqdim edirik.

-Öncə özünüz haqqında məlumat verərdiz.

-Mən, Şirvanov Xəyal Şəfaddin oğlu 29/08/1995-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunda anadan olmuşam. 2000-ci ildə ailəmizlə birlikdə Bakı şəhəri Binə qəsəbəsinə köçmüşük. Ailəmiz 5 nəfərdən ibarətdir; anam, iki qardaşım və bir bacım var. Atam uşaq yaşlarımda rəhmətə gedib. 2002-ci ildə yaşadığımız qəsəbədə yerləşən 149 nömrəli məktəbdə təhsilimə başlamışam. 2013-cü ildə həmin məktəbin məzunu olmuşam. Məktəbi bitirdikdən sonra ailəmin razılığıyla təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Bunun üçün şəhərdə yerləşən xaricdə təhsil şirkətlərinin birində YÖS hazırlığı aldım. YÖS imtahanından sonra Türkiyə Cümhuriyyətinin Aksaray şəhərində yerləşən Aksaray Universitetində Dövlət rəhbərliyi və siyasət elmi fakültəsinə daxil oldum. Artıq Aksaray Universitetinin 2-ci kurs tələbəsiyəm.

-Xaricdə təhsil almaqla nə qazandınız?

-Universitet həyatını xaricdə keçirmək çox təsirləndiricidir. Təhsil aldığım zaman fərqli mədəniyyətlər və adətlərlə tanış olmaq; akademik həyatımı zənginləşdirmək, həyatı və gündəlik yaşama dair bir çox yeni şey öyrənmək və öz həyat təcrübəmi və dünyaya baxışımı zənginləşdirmək anlamına gəlir. Xaricdə oxumağın bir çox faydası var. Belə ki, fərqli mədəniyyətlərə sahib insanlarla əlaqə qurursan, fərqli siyasiiqtisadi quruluş, sosial və mədəni normaları, qlobal məsələlər haqqında baxışını genişləndirib daha da inkişaf etdirirsən. Xaricdə qazandığımız təcrübələr və mədəniyyətlərarası əlaqə qurmaq bacarığı həyatında rəqabət edə bilməni yüksəldəcək. Mən özüm hal-hazırda Aksaray Universitetinin Dövlət rəhbərliyi və siyasət elmi fakültəsinin 2-ci kurs tələbəsiyəm. Universitetimiz bizi proqram çərçivəsində Türkiyə Cümhuriyyətinin örnək siyasətçilərilə görüşdürür. Görüşdüyümüz siyasətçilər, universitetdən məzun olduqda öz gələcək karyeramızı necə düzgün qurmaq barəsində bizə məsləhətlər veriryaranacaq hər hansı suallarımızda və ehtiyacımızda bizə dəstək olurlar.

- Aksaray Universitetinin özəlliyi nədir?

-Aksaray Universiteti 2006-cı ildə açılıb. Aksaray Universitetində 9 fakültə, 4 texnikum, 7 Peşə məktəbi fəaliyyət göstərir. Magistratura təhsili universitetə bağlı Fənn İctimai Elmlər institutları əsasında davam etdirilməkdədir.

Universitetdə fakültələr texnikumlar əsasında 9975, Peşə məktəblərində 4650 institutlarda 1871 olmaq üzrə cəmi16496 tələbə var. Akademik heyətlər baxımından isə 21 professor, 72 dosent, 232 köməkçi dosent, 134 təhsil vəzifəlisi, 27 repetitor, 198 araşdırmaçı olmaq üzrə ümumi 684 təhsil işçisi çalışır.

Universitetimizin əsas hədəfi gənc dinamik akademik heyəti ilə universal dəyərlər əsasında keyfiyyətli bir təhsil təhsil xidməti verməkdir. Bu istiqamətdə universitetimizin özəlliyi araşdırma, təhsil nəşrləri ilə elm, sənət texnologiya dünyasında hörmətli bir yer əldə etmiş, öndər bir universitet olub. Aksaray Universiteti öz tələbələri üçün Beynəlxalq tələbə dəyişim proqramlarına təqaüdlə qatılmağa dəstək olur. Beləliklə, tələbələrimiz universitet məzunu olduqda əvəzolunmaz beynəlxalq bir təcrübəyə sahib olur. Tələbələr həm gedib təhsil aldığı Avropa Universitetinin sertifikatını, həm beynəlxalq dostlar, həm beynəlxalq təcrübə əldə etmiş olur. Universitetimizin bir neçə beynəlxalq tələbə dəyişimi proqramı var; Erasmus, Mevlana, Farabi s.

- Aksaray Universitetində azərbaycanlı tələbələrin həmrəyliyi hansı səviyyədədir?

-Aksaray Universitetində təhsil almaqda olan 20 min tələbədən 350-ə yaxını azərbaycanlıdır. Tələbələr arasındakı həmrəylik yüksəkdir. Bu həmrəyliyi qoruyub saxlamaq uçun TurkuAz Birlik Bərabərlik topluluğu yaratmışıq. Topluluğun əsas məqsədi burada təhsil alan tələbələrə köməklik göstərmək, Azərbaycan tarixini mədəniyyətini təbliğ etməkdir. Boş vaxtlarda isə tələbələrimiz müxtəlif idman yarışlarında iştirak edirlər, hətta 2016-cı ildə keçirilənUluslararası Öğrenci Futbol Turnova”sında birinciliyi qazanıblar.

-Tədris prosesində informasiya kommunikasiya texnologiyalarından dərəcədə istifadə olunur?

-Təhsil aldığım Aksaray Universitetində informasiya kommunikasiya texnologiyalarından yüksək səviyyədə istifadə olduğunu görürəm. Universitetimizdə informasiya kommunikasiya texnologiyalardan daha çox kitabxanada elektron vəsaitlərdən, sinif otaqlarında elektron lövhələrdən istifadə olunur. Hətta bəzi dərslərimiz uzaqdan təhsil sisteminə keçib, evdə oturaraq universitetin rəsmi səhifəsinə daxil olaraq internet üzərindən dərsləri izləmək müəllimlə əlaqə qurmaq şansımız olur.

-Qarabağ həqiqətlərinin təbliğini necə aparırsız?

-Azərbaycan sərhədlərindən kənarda olmağımız fərqli xalqlara Qarabağ həqiqətlərini çatdırmaq və bu yöndə təbliğ etmək üçün bir fürsətdir. Əlimizə düşən bu fürsətdən maksimum dərəcədə yararlanmalıyıq, ermənilər tərəfindən törədilmiş olan faciələri, soyqırımlarını və işğalçılıq hərəkətlərini tanıtmaq üçün bir sıra tədbirlər, konfranslarproqramlar həyata keçiririk. Son tədbirimiz 20 Yanvarla əlaqəli oldu. Tədbirimiz şəhərin məşhur AVM-lərindən birində “Kanlı Ocakmövzulu fotosərgidən ibarət idi. Tədbirdə o dövr yaşananlar izah edildi. Azərbaycanın müstəqillik mübarizəsi müddətində reallaşan qırğının hüznünün hələ yaşandığı söylənildi. Sərgini təşkil etməkdə məqsəd müstəqillik mübarizələrini və şəhidləri xatırlamaq idi. Tədbirdə Qanlı Yanvarın Azərbaycanın müstəqilliyi və gələcəyi baxımından əhəmiyyətli bir dönüş nöqtəsi olduğuna diqqət çəkildi.

Keçirdiyimiz tədbirlərdə məzmuna uyğun maraqlanan sakinlərə dolğun şəkildə məlumat verilir. Ölkəmizlə bağlı keçirdiyimiz tədbirlər, heç bir maddi yardım olmadan, yalnız tələbələrin şəxsi istəklərilə toplanmış vəsait hesabına həyata keçirilir.

-Erməni tələbələrə Qarabağ məsələsi ilə bağlı mübahisəniz olurmu?

-Universitetimizdə erməni tələbələrin təhsil almağı haqqında bir məlumatım yoxdur. Əgər nə vaxtsa qarşılaşsaq və mövzu bu yöndə olarsa, tarixi sübutlarla, faktları xatırladaraq susdurmağı özümə borc bilirəm. Hər halda, bizim onlara deməyə sözümüz çoxdur. Hər bir xaricdəki gənc bacardığı qədər Qarabağ həqiqətlərini tanıtmalıdır.

-Azərbaycanla bağlı tədbirlər keçirirsizmi?

-Azərbaycanın istər mədəniyyəti, istərsə də tarixinə qanlı hərflərlə yazılmış günlərlə bağlı bir çox tədbirlər keçirmişik. Daha çox tarixi günlərə üstünlük veririk. Bunun səbəbi isə türk xalqını, o cümlədən də gənc nəsli bilgiləndirməkdir.

-Perspektiv planlarınız nədən ibarətdir?

-Gələcəyə dair bir çox planlarım var. Bunlardan az bir qismini bildirəcəm. Öncə təhsilimi yüksək səviyyədə bitirib, başqa bir ölkədə magistr təhsili alıb, Azərbaycanda oxuduğum istiqamət üzrə işləmək karyerada yüksəlmək arzum var. Xaricdə öyrəndiyim elmi təcrübəni Azərbaycanda inkişaf etdirib, Azərbaycanın inkişafında rolu olması istəyərdim.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-8 fevral.-S.11.