İşğal
altındakı ərazilərimizə qanunsuz
səfərlər edən Lapşinin
ölkəmizə qanuni gəlişi
"Azərbaycan-İsrail"
Beynəlxalq Assosiasiyası: “Lapşinin
ekstradisiyası beynəlxalq hüquq
çərçivəsində həyata keçirilib
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşin Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib. Belarus Respublikasının hüquq mühafizə orqanları tərəfindən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilən A.Lapşin Bakıya gətirilib. Xatırladaq ki, A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. İşğalı olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Lapşin bu dəfə qanuni şəkildə ölkəmizə gəldi. Lapşinin tam qanuni əsaslarla ölkəmizə gətirməsi Azərbaycan dövlətinin gücünün, siyasi nüfuzunun və beynəlxalq hüquqa nə qədər önəm verdiyinin isbatıdır. Bu ekstradisiyanın böyük siyasi əzəmiyyəti var. Məsələ ondadır ki, bununla Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan tərəfindən işğal olunduğu beynəlxalq hüquqa əsasən bir daha təsbit olundu. Yəni, işğal olunmuş ərazilərə qanunsuz səfərlər etmiş və buna görə İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş bir şəxs xarici dövlət tərəfindən həbs edilərək Azərbaycana verilib. Yəni, onun həbsi Azərbaycan qanunlarını pozması və məhz Ermənistan tərəfindən işğal edilmiş ərazilərə səfər etməsi ilə bağlıdır.
Elman Nəsirov: “Lapşinin Azərbaycana ekstradisiyası böyük siyasi hadisədir”
Mmillət vəkili Elman Nəsirov “Trend”-ə açıqlamasında deyib ki, 2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Ermənistanda gündüz vaxtı şimşək çaxmaq effekti verib. Onun sözlərinə görə, Ermənistan mətbuatı bu hadisəni Sarkisyan hakimiyyətinin növbəti uğursuzluğu kimi qiymətləndirir: "Buna təəccüblənmək olmaz. Çünki aprel döyüşləri Ermənistanın iç üzünü açdı və məlum oldu ki, Sarkisyan rejiminin fəaliyyəti sabun köpüyündən başqa bir şey deyil". Millət vəkili A.Lapşinin Azərbaycana ekstradisiya edilməsini böyük siyasi əhəmiyyətli hadisə adlandırır: "Çünki bu hadisə Azərbaycan dövlətinin bu məsələdə bir daha prinsipial mövqedə olduğunu ortaya qoydu. Bu hadisəni Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirmək lazımdır. Dağlıq Qarabağa edilən istənilən səfər Azərbaycan qanunlarına və beynəlxalq hüquq prinsiplərinə ziddir. Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Bu hadisənin mənası ondan ibarətdir ki, bundan sonra Aleksandr Lapşinin yolunui seçəcək və seçmək istəyəcək istənilən xarici ölkə vətəndaşı bilsin ki, onu analoji tale gözləyir". Millət vəkili qeyd edib ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi bir daha sübut etdi ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi qətiyyətlə müdafiə edilir.
“Lapşinin ekstradisiyası Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir”
Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etmiş Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir. A.Mirzəzadə qeyd edib ki, A.Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir: "Bu, eyni zamanda, Ermənistana növbəti ciddi xəbərdarlıqdır: Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əlləri qandallı vəziyyətdə məhkəməmiz qarşısında duracaqlar".
“Bu, Azərbaycanın ərazi bötüvlüyünə hörmət etməyən bütün şəxslərə bir xəbərdarlıq olmalıdır”
İsrail-Azərbaycan” Beynəlxalq
Assosiasiyasının nümayəndəsi Vahid
Bayramov “Trend”ə deyib
ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq
hüquq normaları çərçivəsində
həyata keçirilib: “Azərbaycanla Belarus arasında cinayətkarların
ekstradisiyası barədə saziş mövcuddur. Lapşin ilk növbədə qanun pozuntusu edib. Buna əsasən də Azərbaycan İnterpola onun
saxlanması barədə müraciət edib.
Belarus sərhədçiləri onun axtarışda olmasına reaksiya
göstərib və onu saxlayıblar”. V.Bayramov xatırladıb ki,
Belarusda Lapşinin
işinə üç instansiyada
baxılıb və onun ekstradisiya
qərarı qanunauyğun hesab
olunub: “Azərbaycan onun
verilməsini hüquq normalarına uyğun tələb edərək bir daha nümayiş
etdirdi ki, hüquq dövlətidir. Bu,
Azərbaycanın ərazi bötüvlüyünə
hörmət etməyən bütün
şəxslərə bir xəbərdarlıq
olmalıdır”. V.Bayramov eyni zamanda qeyd edib ki,
A.Lapşin əgər Qarabağa
sadəcə səfər etsəydi, onun adı
Azərbaycana girişi qadağan
edilən şəxslərin qara
siyahısına salınacaqdı. Amma Lapşin Qarabağa səfərindən
sonra Ukrayna pasportundan istifadə edərək Azərbaycana
gəlib. Bundan başqa
o, Azərbaycan barəsində qeyri-obyektiv informasiyalar
paylaşıb.
Anar Miriyev
Palitra.-2017.-9 fevral.-S.6.