“Azərbaycan Uşaq
Ədəbiyyatı Antologiyası” nəşr olundu
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
azyaşlı və məktəbli oxucuların
mütaliəsini artırmaq,
ölkəmizdəki dövlət
kitabxana fondlarının
uşaq ədəbiyyatı
nümunələri ilə
zənginləşməsini təmin etmək məqsədilə "Azərbaycan
Uşaq Ədəbiyyatı
Antologiyası” ikicildliyi
nəşr olunub.
Nazirlikdən verilən məlumata görə, kitabın birinci cildi bütünlüklə
Azərbaycan uşaq folkloru nümunələrindən
(laylalar, oxşamalar, sanamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr,
rəvayətlər, qaravəllilər,
nağıllar) seçilərək
tərtib edilib. Toplu bədii
materialların xronoloji
ardıcıllığı gözlənilməklə hazırlanıb.
Kitabın Azərbaycan klassik və müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri
toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki
müasir günümüzdə
az istifadə
olunan və ya istifadə olunmayan söz və ifadələrin izahları verilib.
Yazıçı-şair Qəşəm
İsabəylinin tərtibçisi
və redaktoru olduğu antologiya "Renessans-A” nəşriyyat
evində yüksək
poliqrafik keyfiyyətlə
çap edilib.
"Azərbaycan Uşaq
Ədəbiyyatı Antologiyası”
ikicildliyi Mədəniyyət
və Turizm Nazirliyinin tabeçiliyində
olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Palitra.-2017.-9 fevral.-S.13.