“Torpağı analiz
etmək fermerlərə öz əraziləri
haqda daha çox informasiya verir”
Surxay Novruzov:
“Əsas məqsəd rəqabətədavamlı məhsul
istehsalı üçün müasir təcrübəni ölkə
daxilində tətbiq etməkdir”
Xaricdə təhsil alan gənclərin öyrəndiklərini ölkəmizdə tətbiq etmələri Azərbaycanın təhsil siyasətinin əsas hədəflərindəndir. Artıq bu istiqamətdə praktiki addımlar atılmaqdadır. Yəni xaricdə təhsillərini bitirən gənclər ölkəmizə qayıdaraq öz sahələri üzrə yeni startup layihələri həyata keçirirlər. Bu baxımdan bir qrup xaricdə təhsil alan gəncin yaratdığı Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan “NPC Agro”nu nümunə göstərmək olar. “NPC Agro”nun rəhbəri Surxay Novruzov qəzetimizə müsahibəsində strateji hədəflərindən danışıb.
-Öncə özünüz haqda məlumat vermənizi istərdik.
-Mən,Surxay Novruzov 1991-ci ildə anadan olmuşam. 2008-ci ildə Nəsimi
rayon 54 saylı orta məktəbdən məzun
olduqdan sonra BDU-da Ətraf mühitin
mühafizəsi və
təbii ehtiyatlardan səmərəli istifadə
ixtisası üzrə
bakalavr təhsili almışam.
2012-2014-cü illər ərzində “IDEA - Ətraf
mühitin mühafizəsi
naminə beynəlxalq
dialoq İctimai Birliyi”ndə layihələr
üzrə koordinator vəzifəsində çalışmışam,
eyni zamanda akademik fəaliyyətimin bir hissəsi olaraq “National Geographic Azerbaijan” jurnalına
ətraf mühitin mühafizəsi mövzusunda
çoxsaylı məqalələr
yazmışam. 2012-2016-cı illər
ərzində Belçikada
Flaman Hökumətinin
Ekologiya, Ətraf mühit və Enerji departamentində, WWF təşkilatında və
Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasında
təcrübə keçmiş
və araşdırma
proqramlarında iştirak
etmişəm.
Azərbaycan gənclərinin xaricdə
təhsil proqramı çərçivəsində 2014-2016-cı
illərdə Macarıstanda
yerləşən Debrecen Universitetində
və Niderland Krallığında Vağeningen
Universitetində Ətraf
mühit və kənd təsərrüfatının
idarə olunması üzrə magistr təhsili almışam.
-Xaricdə təhsil alarkən öyrəndiklərinizi hazırda
ölkəmizdə necə
tətbiq edirsiz?
-Ölkəmizdə son illərdə
həyata keçirilən
islahatlar proqramının
əsas hissəsini kənd təsərrüfatı
təşkil edir. Yeni yol xəritəsində bu sahəyə yanaşma tamamilə müasir və innovativ əsaslarla göstərilib. Bu prosesdə ölkə fermerlərinə və dövlətimizə ən
yaxşı köməyimiz
bu sahədə əldə etdiyimiz ən yeni bilik
və təcrübələri
bölüşmək olardı
ki, bunun üçün də kənd təsərrüfatı
üzrə müasir həllər təklif edən “NPC Agro” konsaltinq və mühəndislik şirkəti qurmağa qərar verdik.
Əsas məqsəd iqtisadiyyatının
post-neft dövrünü
yaşayan Azərbaycanda
fəaliyyət göstərən
iri, orta və kiçik sahibkarların bizneslərinin
genişləndirilməsi, ölkənin ixrac potensialının artırılmasına
töhfə verəcək
rəqabətədavamlı məhsul istehsalı üçün müasir
təcrübəni ölkə
daxilində tətbiq etməkdir.
-Sizin “NPC Agro” layihənizin özəlliyi
nədir?
-Azərbaycanda ilk kənd təsərrüfatı və
aqrar biznesin inkişafı üzrə
konsaltinq və mühəndislik şirkəti
olan “NPC Agro” dünyanın
4 ölkəsində 10-dan çox
böyük konsaltinq şirkətləri, həmçinin
bu sahədə fəaliyyət göstərən
ən yaxşı kənd təsərrüfatı
və ətraf mühit universitetləri ilə əməkdaşlıq
etməkdədir. Biz öz xidmətlərimizi dünya standartlarına uyğunlaşdırmaqla həmin
xidmətləri öz
fermerlərimizə daha
yaxın və ölkəmizin bu sahədə potensialın
dünya şirkətləri
üçün informasiya
baxımından əlçatan
edirik. Bundan başqa, biz İKT-ni bu sahəyə
inteqrasiya etdirməklə
virtual olaraq fermerlərə
daha yaxın olmaq istəyirik. Bu sahədə Almaniyada
bitkiçilik üzrə
data bazalarında istifadə
edib fermerlərin üzləşdiyi problemlərlə
bağlı ofisdən
çıxmadan öz
məsləhətlərimizi verə bilirik.
Həmçinin yerli və xarici
mütəxəssislərdən ibarət komandamız bitkiçilik və heyvandarlıqda, o cümlədən
kənd təsərrüfatının
başqa müxtəlif
sahələrində layihələrin
hazırlanması, tətbiqi
və nəzarəti kimi bütün mərhələləri özündə
birləşdirən məhsullar
təklif edir ki, bu, daha
əvvəl ölkədə
yerli şirkətlər
tərəfindən təklif
olmayan yeni bir xidmət mexanizmidir.
-Bol məhsul almaq üçün torpaqları
necə analiz etmək olar?
-Torpaq analizi bizim xidmətlərdən,
sadəcə, biridir, əkin dövrü yaxınlaşdığı üçün
biz fermerlərə məsləhət
görürük ki, məhz bu aylarda
torpaq analizini həyata keçirsinlər.
Xidmət torpaq nümunəsinin götürülməsi, laboratoriya
şəraitində analizin
edilməsi, nəticəyə
uyğun fərdi məsləhət hesabatının
hazırlanması kimi
mərhələlər üzrə
təşkil olunur. Biz, əsasən, kimyəvi və bəzi fiziki analizlər edirik. Bizim laboratoriyaların dəqiqlik göstəricisi
91-93% ətrafında dəyişir
ki, bu da
yüksək rəqəm
sayılır.
-Azərbaycanda bu təcrübə varmı?
-Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin
və müxtəlif dövlət və özəl təşkilatların
tabeçiliyində belə
laboratoriyalar mövcuddur.
- Kənd təsərrüfatının stimullaşdırılmasında
torpaqları analiz etməyin nə kimi rolu var?
-Daha keyfiyyətli və bol məhsul
almaq, həmçinin
gübrə istifadəsini
daha effektiv təşkil etmək, torpağı qida maddələri baxımından
zənginləşdirmək üçün əkinə
başlamamışdan əvvəl
torpaq analizi etmək lazımdır ki, bu da
gələcəkdə yüksək
məhsuldarlıq əldə
etmək üçün
ən vacib faktorlardan biridir. Analizin düzgün şəkildə
həyata keçirilməsi
gübrələməni doğru
və elmi əsaslarla təşkil etməyə imkan yaradır və əkilən bitkilərin xəstəliklərə qarşı
daha güclü və məhsuldar olmasına səbəb olur. Sadalanan bütün məsələlər
fermerlərin əsas əziyyət çəkdiyi
sahələrdir. Məhz bu
səbəbdən, düşünürəm
ki, torpaq analizi etmək fermerlərə öz əraziləri haqda daha çox informasiya verir ki, bu da
onlara ərazilərini
düzgün idarə
etmələri üçün
imkanlar yaradır.
- Sahibkarlar bu layihədən yararlanmaqla
nə əldə edə bilərlər?
-Biz, sadəcə, analizin cavabını onlara verməklə kifayətlənmirik.
Paralel olaraq biz ərazinin aqrokimyəvi xüsusiyyətlərini
bildiyimiz üçün
həm də yazılı olaraq hesabat və əkin planı təqdim eidirik ki, bu da
onlara eyni xidmət çərçivəsində
təklif olunur. Odur ki, məncə, bu xidməti, sadəcə, torpaq analizi adlandırmaq yox, ümumi torpaq idarəçiliyi üzrə geniş bir təsəvvür əldə etmək imkanı kimi dəyərləndirmək olar.
Fuad Hüseynzadə
Palitra.-2017.-10 fevral.-S.7.