Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu

 

Erməni lobbi təşkilatlarının Azərbaycan əleyhinə mütəmadi qaydada mübarizə aparmasına qarşı çıxmaq üçün, artıq dövlət səviyyəsində tədbirlər görülməkdədir. Bu istiqamətdə xaricdəki gənclərimiz də fəal sürətdə işlər görürlər. Ümumiyyətlə, Qarabağ həqiqətlərinin xaricdə təbliğində xaricdəki gənclərin əhəmiyyətli rolu var. Bunu xaricdəki gənclərimiz keçirdikləri tədbirlərlə sübut ediblər. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansının rəhbəri, Diaspor Jurnalistləri Birliyinin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli bildirdi ki, Qarabağ həqiqətlərinin təbliğində yalnız xaricdəki gənclərin deyil, Azərbaycandakı vətəndaşlarımızın da rolu bərabər həddədir: “Buna misal olaraq Azərbaycanda QHT-lər mövcuddur ki, bu işlə məşğuldurlar. Diaspor Jurnalistləri Birliyi təşkilatını vurğulamaq olar ki, bu sahə üzrə müəyyən işlər görür. Dünya mediasında birbaşa həqiqətlərin paylaşımına yönəlik addımlar atır. Bu, böyük işdir”.

 

Qarabağ həqiqətləri bizim həssas nöqtəmiz olduğundan, gənclərimiz müxtəlif vasitələrdən də istifadə edirlər”

 

Rəşad Bədirli dedi ki, Dağlıq Qarabağ problemi kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının problemidir: “Hər bir Azərbaycan vətəndaşı harada olmasından asılı olmayaraq, imkan çərçivəsində əlindən gələni etməlidir. Hansı ki, indiki durumda beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarının olmasına qarşı dağ kimi duracaq gəncliyimiz mövcuddur. Xaricdəki gənclərimiz artıq diaspor təşkilatları ətrafında birləşərək istiqamətlənirlər. Buna misal olaraq qurucu və təsisçisi olduğum AKGDA- Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansını göstərmək olar. Gənclərimiz xaricdəki istənilən ölkədə bu kimi təşkilatlar ətrafında birləşərək həmin ölkənin dilində videoçarxlar, seminarlar, tədbirlər və s. işlər görürlər. Qarabağ həqiqətləri bizim həssas nöqtəmiz olduğundan, gənclərimiz müxtəlif vasitələrdən də istifadə edirlər. Bu vasitələrdən biriİKT-dir. Xarici KİV-lərlə yaxın münasibətlər yaradaraq mesajımızı dünyaya çatdırmaq daha yaxşı üsuldur. Artıq gənclərimiz bu sahə üzrə formalaşıblar. Demək olar ki, hər gün müxtəlif ölkədən gənclərimizin səsini medialardan eşidirik. Bu məsələ üzrə gənclərə düşən vəzifələr, həqiqətən də, böyükdür. Gənclərimizin rolu danılmazdır. Çünki xaricdəki gənclərimiz bizim xaricə birbaşa çıxışımızdır. Onları dəyərləndirərək onlarla birlik olub, böyük addımlara nail olmaq mümkündür”.

AKGDA rəhbərinin fikrincə, gənclərimiz diaspor təşkilatı və səfirliyimizin olmadığı ölkələrdə birləşərək birlik yaratmalıdırlar: “Tələbə birliyi yaradaraq digər ölkələri də həmin birliyə cəlb etməlidirlər. Hər ölkə kimi, bizim gənclərimiz də müəyyən günlər təşkil edə bilərlər. Ölkələrinə aid sosial çarx günü keçirə bilərlər. Çünki min oxumaqdansa, bir görmək daha üstündür. Videoçarxa xəritə əlavə edərək və Qarabağ ərazimizi göstərərək yaddaşlarına nələrisə həkk edə bilərik. Digər misal göstərə bilərəm ki, musiqi gecələri təşkil etsinlər, Qarabağ şikəstəsini oxuya biləcək gəncimiz varsa, oxusun və həmin vaxtda musiqinin tarixiharadan gəlməsinə aid broşürlər dağıdılsın. O broşürlərdə musiqiQarabağ haqqında məlumatlar yazılsın. Amma unutmasınlar ki, nə qədər xarici KİV-lərlə dost olarlarsa, daha yaxşı olar. Bu etdikləri orada həmin ölkə və universitetin saytında yayılarsa, bir yox, iki müsbət amil olar”.

 

Qarabağ məsələsində qarşı tərəfin iddialarını yalanlamaqda xaricdəki gənclərin də üzərinə məsuliyyət düşür

 

Budapeştdə Corvinus Universitetinin İctimai idarəetmə və menecment ixtisası üzrə master təhsili alan Günel Abdullayevaya görə, Qarabağ məsələsində qarşı tərəfin iddialarını yalanlamaqda xaricdə təhsil alan gənclərin də üzərinə məsuliyyət düşür: Bilirsiniz, adicə bir söhbət əsnasında Azərbaycan haqqında, Qarabağ haqqında düzgün məlumat vermək özübir təbliğatdır. İngilis dilində və ya digər xarici bir dildə məqalə hazırlayıb, xarici mətbuatda yaymaq təbliğatdır. Bəzən Azərbaycandan kənarda təşkil olunan anım tədbirləri, ildönümləri ilə yorucuya bezdiriciya bayağı ola bilərik. Elə buna görə, düşünürəm ki, informasiya mübadiləsi ən əsas təbliğat vasitəmiz olmalıdır”.

Günel Abdullayevanın fikrincə, özümüzü yazıq xalq kimi göstərməməliyik: “Əsas olan maarifçilik, məlumatlandırmadır. Ona görə də tariximizi əməllicə öyrənməliyik ki, faktlarla, sübutlarla danışa bilək. Yoxsa “erməni mənim torpağıma bunu etdi” deməklə olmur. Bizdən sonra gələcək nəslə də tarix ötürməliyik”.

 

“Azərbaycan həqiqətləri bizim tərəfimizdən yerli xalqlara çatdırılır”

 

Qazaxıstandakı Azərbaycan gəncləri adından Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədri Bəhruz Axundov qeyd etdi ki, Qarabağ Azərbaycan xalqının ürəyinin ayrılmaz bir hissəsidir: “Nə qədər vaxt keçsə də belə, Azərbaycan xalqı öz doğma elini-obasını düşmənə verməyəcək. Təəssüflər olsun ki, biz keçmişdə çox torpaqlarımızı itirmişikgeri qaytara bilməmişik. Ona görə ki, Azərbaycan bugünkü kimi güclü, müstəqil ölkə olmayıb. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına elə bir möhkəm bünövrə qurub ki, Qarabağımızı qaytarmasaq Allah bizi bağışlamaz. Hazırda Prezidentimiz İlham Əliyev çalışır ki, bu məsələ sülh yolu ilə öz həlini tapsın, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz yurdlarına qayıtsınlar. Bu problemlə bağlı bizbir xalq kimi, gərək Ali Baş Komandana dəstək olaq. Hansı ölkənin vətəndaşı olmağımıza baxmayaraq, bizim çoxumuz dünyamızı dəyişəndə öz vətənimiz Azərbaycanda dəfn olunuruq. Ona görə ki, bizim torpağımız bizim üçün müqəddəsdir və o torpağın halallığını öz vicdanımız qarşısında almaq üçün vətənimizə, xalqımıza, dövlətimizə həmişə arxa olmağı özümüzə borc bilirik”.

Bəhruz Axundov bildirdi ki, qardaş Qazaxıstanda yaşayan Heydərçi azərbaycanlı gənclər həmişə milli qeyrətini qoruyubbundan sonra da qoruyacaqlar: “Qazaxıstan da bizim vətənimizdir. Bu gözəl ölkənin hər bir nailiyyətinə sevinirik və dövlətin bütün qanunlarına hörmətlə yanaşırıq. Azərbaycan həqiqətləri bizim tərəfimizdən yerli xalqlara çatdırılır və Azərbaycana sosial şəbəkələrdə, qəzetlərdə, müxtəlif məktublarda dəstəyimiz olubolacaq da. Bizi heç kim bu yoldan dönməyə məcbur edə bilməz. Nə qədər çalışsalar da bizim milli qeyrətimizi əlimizdən ala bilməyəcəklər. Ona görə ki, biz böyük türk dünyasının övladıyıq”.

 

“Xaricdəki gənclər ilk olaraq ətraflarından başlamaqla bu təbliğata böyük töhfə verə bilərlər”

 

Almaniyanın Gera şəhərində yerləşən “Medicumgöz klinikasının assistent həkimi Aqil Hüseynzadə düşünür ki, Qarabağ həqiqətlərinin təbliği, əslində, böyük ölçüdə Azərbaycanın özünün necə təbliğ olunmasına bağlı bir məsələdir: “Xaricdə yaşayan gənclərimizin bir çoxunun yaşadıqları cəmiyyətlərdə insanlarda özləri haqqında hərtərəfli müsbət fikirlər formalaşdıra bildiklərini düşünürəm. Əslində, həqiqətlərin təbliğinin əsas təməli də bu cür atılmalıdır. Əgər insan digər insanlarda özünə qarşı müsbət fikir formalaşdıra bilmirsə, təbliğ etdiyi həqiqətin belə, o insanlarda hansı fikirlərin yaranmasına səbəb olacağı sual altındadır. Dediyim kimi, gənclərimizin bir çoxunun bunun öhdəsindən layiqincə gələ bildiyinin qənaətindəyəm. Xarici cəmiyyətlərdə o gənclərimizin timsalında Azərbaycan haqqında ümumi olaraq müsbət fikirlər formalaşdıqdan sonra Qarabağ tarixi həqiqətlərinin çatdırılmasının daha effektiv olacağını düşünürəm”.

Aqil Hüseynzadə dedi ki, gənclərimiz bu təbliğ məsələsini ancaq mitinqlərdə, aksiyalarda iştirak, düşmən tərəfin mövqeyini müdafiə edənlərlə mübahisə olaraq görməməlidirlər: “İlk olaraq ətraflarından başlamaqla bu işə böyük töhfə verə bilərlər. Təbii ki, bu mövzuda təşkil olunmuş tədbirlərdə iştirak etmələri və ya bir neçə gəncin bir araya gələrək ən kiçik şəkildə olsa belə, bir tədbiri təşkil etmələri məqsədəuyğun olar”.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-14 fevral.-S.11.