Muğam televiziya müsabiqəsi”nın seçim turları başa çatacaq

 

Fevralın 16-da altıncı “Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatacaq.

“Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, münsiflər heyəti fevralın 13-dən başlayaraq 4 gün ərzində müsabiqəyə Bakı şəhərindən qatılan 170 gəncin ifasını dinləyəcək.

Ümumiyyətlə, builki müsabiqəyə 300-dən çox ifaçı qatılıb. Onlardan 6-sı qonşu İran İslam Respublikasındandır. İsmayıllı, Gəncə, Bərdədə Ağcabədidə keçirilən seçimlər zamanı 38 ifaçı müsabiqənin II turuna vəsiqə qazanıb.

AltıncıMuğam televiziya müsabiqəsi”nin martda başlaması gözlənilir.

Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

Müsabiqənin şərtlərinə görə, iştirakçılara münsiflər heyəti tərəfindən verilən ballar toplanır ən az səs yığmış iştirakçı həmin həftə müsabiqəni tərk edir.

Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata keçirir.

 

Mahmud

Palitra.-2017.-14 fevral.-S.13.