Səfirlər Cocuq Mərcanlıya
səfər ediblər
Dünya mediası: “Qarabağ cəbhəsində
bir kəndə həyat qayıdır”
Vladimir Doroxin:
“Bu,
təbii ki, bir daha o mesajı verir ki, biz
münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq”
Bolqarıstan səfiri:
"Cocuq Mərcanlıda bir
neçə il sonra daha çox insanın
yaşayacağına ümid edirik"
Erməni işğalından azad edilmiş Azərbaycan bölgələrinə qayıdış prosesi beynəlxalq mətbuatda da əksini tapır. Xəbər verildiyi kimi, xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl rayonunun Cocuq Mərcanlıkəndinə aparılıb.
Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirli-yi tərəfindən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamından irəli gələrək təşkil olunub. Səfər xarici jurnalistlərə adıçəkilən kənddə ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, eləcə də onları Prezidentin sərəncamı ilə kəndin bərpası və məcburi köçkünlərin buraya qayıdışı istiqamətində görülən işlər barədə məlumatlandırmaq məqsədi daşıyıb. Jurnalistlər 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər. Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrinin Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərindən sonra İspaniyanın EFE agentliyi “Qarabağ cəbhəsində bir kəndə həyat qayıdır” adlı məqalə hazırlayıb.
Məqalə İspaniyanın “Lavanguardia”, “ElConfidencial”, Kolumbiyanın “Wradio” və digər çoxsaylı ispandilli mətbuat orqanlarında dərc olunub.
Məqalədə deyilir ki, iyirmi ildən çoxdur cəbhə bölgəsində ailəsi ilə birgə yaşayan Azərbaycan kəndlisi Oqtay Həziyev doğma kəndində bərpa işləri başlandıqdan sonra həmvətənlərinin qayıdışını səbirsizliklə gözləyir. “Əsgərlərimiz kəndi erməni işğalçılarından azad edən kimi geri qayıdıb evimizi yenidən tikmişdik. Həmin vaxtdan etibarən artıq iyirmi ildən çoxdur ki, burada tək yaşayırıq”, - deyə 49 yaşlı O.Həziyev bildirib.
Yazıda qeyd edilir ki, erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 280-dən çox ailədən yalnız Həziyevlər ailəsi kəndə qayıdıb. Digər sakinlərin narahatlığı isə kifayət qədər əsaslı idi. Belə ki, onlar Cocuq Mərcanlıdan çıxandan sonra erməni hərbi qüvvələri yaxınlıqdakı Lələtəpə yüksəkliyində möhkəmlənmişdilər. Ötən ilin aprel ayında isə ermənilər oradan çıxarılıblar. Bu ayın əvvəlində başlanmış və kəndin yenidən canlanmasına şərait yaradan minadan təmizləmə işlərinə görə ümidləri artan kənd sakini indi vəziyyətin daha sakit olduğunu qeyd edib. Həziyevlər ailəsinin köhnə qonşularından bəziləri işlərin gedişinə baxmaq üçün artıq Cocuq Mərcanlıya gəlməyə başlayıblar.
“İmkan yaranan kimi qayıdacağıq. Bizim evimiz tamamilə dağılmışdı”, - deyə müharibə nəticəsində məcburi köçkün düşmüş və hazırda qonşu Füzuli şəhərində yaşayan Məhəmməd Mirzəliyev EFE-yə bildirib. Füzulidə dünyaya gəlmiş 14 yaşlı oğlu Azadxan da onunla birlikdə kəndə gəlib.
“Cocuq Mərcanlının bərpası layihəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir”
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bildirdiyinə görə, Cocuq Mərcanlıda aparılan işlərin birinci mərhələsi 100 min kvadratmetr ərazinin minalardan təmizlənməsini və orada 50 evin inşasını nəzərdə tutur. ANAMA-nın mütəxəssisləri artıq əkin sahələri də daxil olmaqla 3 kvadrat kilometrlik ərazinin minalardan təmizlənməsi üçün plan hazırlayıblar.
“Cocuq Mərcanlının bərpası layihəsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində bir pilot layihə olacaq”, - deyə Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev EFE-yə bildirib. Onun sözlərinə görə, bu təşəbbüs bir sıra beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu günə qədər həyata keçirilmiş dövlət proqramları sayəsində 95 qəsəbə salınıb. Hazırda erməni işğalı altında olan ərazilərdən və qoşunların təmas xəttinə yaxın ərazilərdən didərgin düşmüş 250 min qaçqın və məcburi köçkün evlə təmin edilib.
Baş nazirin müavini:
“Cocuq Mərcanlıda 150 evlik yeni qəsəbənin tikintisinə başlanacaq”
Dünən isə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri də Cocuq Mərcanlı kəndinə səfər ediblər.Bu səfər Prezident İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq təşkil edilib.Nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edib.Ə. Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparıldığını diqqətə çatdırıb.
Ə. Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisi aşkarlandığını da diqqətə çatdırıb.
Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlıda 150 evlik yeni qəsəbənin tikintisinə başlanacaq. O bildirib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.Ə. Həsənov “Azərbaycanda işğaldan azad olunan kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç edirlər”, deyə bildirib.
Baş nazirin müavini Cocuq Mərcanlıya getməyən diplomatları tənqid edib: “Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər”. Əli Həsənov bildirib ki, ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər: “Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət edirlər. Biz, bəzən icazə veririk, bəzən isə yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab Prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı və ATƏT nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini nə hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində olsun, bir də var gözləri ilə görsünlər”.
Səfərdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə bildirib ki, səfər, bir tərəfdən professional xarakter daşıyır: “Burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var”.O bildirib ki, münaqişə barədə kağızlardan oxumaq və ya çıxışları dinləməkdən fərqli olaraq, orada öz gözləri ilə hər şeyi görür, insanlarla danışırlar: “Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi çox iş görür və biz digər həmkarlarımızla birlikdə bunu etməyə davam edəcəyik”.
Bolqarıstanın Azərbaycandakı səfiri
Mariya Xristova Cocuq Mərcanlıda bir
ailə ilə tanış olduqlarını deyib:
“Onlar uzun illərdir bu ərazini tərk etmirlər. Bu, bir daha
onların Azərbaycan torpağına, ərazisinə sevgisini göstərir”.O bildirib
ki, onlar həmin vətənpərvərlik
ruhunu Cocuq Mərcanlıda
hiss etdilər: “Biz Azərbaycana
hər şeyin ən
yaxşısını diləyirik və arzu
edirik ki, bu yerlərdə bir
neçə il sonra daha çox insan yaşasın, uşaq
bağçaları olsun. Ölkə Prezidenti də bu barədə
tədbirlər planı müəyyən edib.
Bizi bunun effektinə
inanırıq. Təşəkkür edirəm ki, bizi buraya
gətiriblər”.
Fuad Hüseynzadə
Palitra.-2017.-16 fevral.-S.6.