Amerikalı ekspertlər AzTU-nun tələbələri ilə görüşüb

 

Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisinin iki eksperti Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim və tələbə heyəti ilə görüşüb. Şimali Kaliforniya ştatında yerləşən, müasir texnologiyalar ünvanı olan Silikon Vadisinin "Minilliyi Layihəsi”nin həmtəsisçisi, “Santa Clara Valley of ASM İnternational Societynin sədri Brok HinzmanFuturistik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makcinisi əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edərək bu görüşdən məmnun olduğunu bildirib. Rektor əvəzi ilə görüşdə Azərbaycan ABŞ elmi əlaqələrinə diqqət çəkilərək mövcudperspektiv layihələr haqqında müzakirələr aparılıb. Sonra amerikalı ekspertlər AzTU-nun professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Universitetin prorektoru İsa Xəlilov qonaqları iştirakçılara təqdim edib və “Minilliyin Layihəsi” çərçivəsində çalışan nümayəndələrin tələbələrlə görüşünü yüksək qiymətləndirib. Prorektor bildirib ki, bu layihə çərçivəsində qlobal problemlərin həllinə böyük töhfələr verilir. AzTU tələbələri üçün bu görüşü təşkil edən Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova çıxış edərək müasir tələbələrin yeni texnologiyalar üzərində apardıqları tətbiqdən danışıb. Reyhan Hüseynova vurğulayıb ki, layihələndirmə işində yeni texnologiyalardan istifadə çox mühümdür. Bu cür texnologiyalardan olan 3D Printerlərinin özəlliyindən və layihələndirmə işindəki texnoloji çevikliyindən danışan Reyhan Hüseynova Azərbaycan gənclərinin bu maşınla bağlı biliklərinin genişləndirilməsinin vacib məsələ olduğunu qeyd edib. Silikon Vadisinin ekspertləri də yeni texnologiyaların tətbiqi ilə gənclərin layihələrinin reallaşdırılmasından danışıblar. Ekspertlər qeyd ediblər ki, bundan sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin xətti ilə startapçı AzTU tələbələri ilə intensiv aparılacaq. Yaradılacaq əlaqələr vasitəsi ilə layihələrinin realaşdırılması üçün əlverişli mühit formalaşacaq. Amerikada 3D Printer texnologiyaları üzərində tələbələrin keyfiyyətli işlərindən bəhs edən ekspertlər bildiriblər ki, qazneft sahəsində 3D Printerin istifadəsi bu sahədə aparılan işlərin effektivliyini dəfələrlə artırıb. 3D Printerin məhsulu olan kəskin dəyişkənlik gətirən müasir texnologiyalaraindiki texnologiyaların gələcəkdə hansı texnologiyalarla əvəz olunmasına diqqət çəkən qonaqlar artıq sənayenin robotlaşdığını qeyd ediblər. Ekspertlər 3D Printerinin bütün xüsusiyyətləri, keyfiyyətli məhsulları haqqında iştirakçılara ətraflı məlumat verib və maşını əyani nümayiş etdiriblər. Çıxışlarda qeyd olunub ki, ideyaların gerçəkləşməsi üçün 3D Printeri çox gözəl və əhatəli texnologiyadır. Sonda iştirakçıların bütün sualları ekspertlər tərəfindən cavablandırılıb.

 

Mahmud

Palitra.-2017.-16 fevral.-S.12.