Özəlləşdirmə nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq yeri açılıb

 

1,2 milyondan artıq ölkə vətəndaşı buya digər formada özəlləşdirmədən faydalanıb

 

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq yeri yaradılıb, 250 mindən çox şəxs səhm sahibi olub, ümumilikdə 1,2 milyondan artıq ölkə vətəndaşı buya digər formada özəlləşdirmədən faydalanıb. Bu fikirlər dünən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forumda səsləndirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeyd edib ki, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak ediblər. Vurğulanıb ki, iqtisadi islahatlar nəticəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi və idarəçiliyi sahəsində əldə olunan nailiyyətlər ilbəil artmaqdadır. Bunun təsdiqi olaraq, dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi barədə ölkə başçısının 19 iyul 2016-cı il tarixli fərmanında bir sıra mühüm istiqamət və tapşırıqlar öz əksini tapıb. Həmin tapşırıqlara uyğun olaraq, dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilib, onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektlər özəlləşdirməyə açılıb. Hazırda komitə tərəfindən həmin müəssisələrin özəlləşdirməyə hazırlanması istiqamətində tədbirlərə başlanılıb və yaxın aylarda onların satışa çıxarılması barədə elanlar kütləvi informasiya vasitələrində dərc olunacaq. Komitə sədri həmçinin nəzərə çatdırıb ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmandakı yol xəritələrinə əsasən, dövlət strateji sahələrdə institusional dəyişikliklərin edilməsində daha tarazlı yanaşmaya üstünlük verib. İlkin mərhələdə onların restrukturizasiyası və özəlləşdirilməyə hazırlanması istiqamətində birgə təkliflərin irəli sürülməsini aidiyyəti dövlət qurumları və Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb. Komitə sədri Azərbaycanda iqtisadi sabitliyin bərqərar olması və milli valyutamızın möhkəmləndirilməsinin təxirəsalınmaz makroiqtisadi tədbirlərdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və sahibkarları özəlləşdirmədə daha fəal iştirak etməyə dəvət edib. Komitə sədri deyib ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə yeni rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib. Komitə sədri bildirib ki, bu gün Azərbaycanın bir çox tanınmış brendləri “Holcim Sementzavodu, “Baltika-Bakı” pivə zavodu, "Azəravtoyol" müəssisəsi, "Aznar" şirə zavodu, "Embawood" mebel fabriki və eləcə də çoxlu sayda qida və ət-süd, quşçuluq və şirə istehsalı brendləri dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ərsəyə gəlib. Hazırda həmin brendlər MDB dövlətləri ilə yanaşı bir sıra xarici ölkələrdə də Azərbaycanı tanıdırlar. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sahibkarlığın inkişafında özəlləşdirmə prosesinin xüsusi rolunu, yeni yerlərinin açılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının əhəmiyyətli hissəsinin özəlləşdirilən müəssisələrin payına düşdüyünü söyləyib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev öz növbəsində sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallığı artırmağa çağırıb, investisiya yatırımları üçün daşınmaz əmlak bazarında hazırda münbit şəraitin hökm sürdüyünü, bu səbəbdən hərrac və müsabiqələrdə iştirakın məqsədəuyğunluğunu bildirib. AZPROMO-nun prezidenti Rüfət Məmmədov isə ölkədəki əlverişli investisiya mühiti, dövlət tərəfindən adamları üçün yaradılan imkanlarinvestisiya fəaliyyətinin təşviqi barədə sahibkarlara məlumat verib. İşgüzar forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında yerli sahibkarların özəlləşdirmədə iştirakının dəstəklənməsi, birgə konfrans və forumların, habelə özəlləşdirilən müəssisələrə infoturların təşkilini əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb. Tədbirdə komitənin əməkdaşları sahibkarlar qarşısında “Özəlləşdirməyə yeni açılmış müəssisələr və investisiya imkanları”, habelə “Özəlləşdirmədə müasir yanaşmalar, şəffaflıq və elektron prosedurlar” mövzularında təqdimatlarla çıxış ediblər. İşgüzar forumun sonunda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb, təklifləri dinlənilərək komitənin gələcək fəaliyyətində nəzərə alınmaq üçün qeydiyyata alınıb. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası bu kimi forumların respublikanın regionlarında da təşkil olunmasını qərar verərək, bu yolla sahibkarların özəlləşdirmə prosesində fəallığının artırılmasına nail olunması mümkünlüyünü ifadə ediblər. Sahibkarların maraq göstərəcəyi layihələrlə bağlı praktiki konkret addımların atılması üçün komitə tərəfindən əlaqələndirici struktur bölmələri müəyyən olunaraq, onların rəhbərləri sahibkarlara təqdim edilib.

 

Cavidan

Palitra.-2017.-16 fevral.-S.6.