“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”

 

Toğrul Allahverdili:

“ASGA Rusiya nümayəndəliyi olaraq Qarabağ həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasına çalışırıq”

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Qarabağın ağrı-acısı ilə yaşayır. Və hər bir soydaşımız üçün Qarabağ həqiqətlərinin təbliğatını aparmaq prioritet olmalıdır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, gənc diaspor fəalı Toğrul AllahverdiliRusiyada bu istiqamətdə aktiv işlər görür. Onunla bu mövzuda həmsöhbət olub, fikirlərini öyrəndik.

 

-Rusiyadakı Azərbaycan diasporu Qarabağ həqiqətlərinin təbliğində nə qədər fəaldır?

- Ermənistan artıq 20 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı Xocalı soyqırımını törədib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb. Bu hadisələr haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Amma, nədənsə, bu qətnamələr yerinə yetirilmir.

Dünyanın heç bir yerində heç bir xalqa qarşı bu qədər ədalətsizlik və qanun pozuntusu olmayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilməmiş qalır. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olub. Bizə qarşı soyqırımı törədilib.

QarabağQarabağ cəbhəsi Azərbaycanda yaşayan soydaşlarımız üçün necə müqəddəsdirsə, biz, Rusiya azərbaycanlıları üçüno qədər, bəlkə də, daha əziz və müqəddəsdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və ümumiyyətlə, xaricdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı səyləri dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparmaq hamımızın müqəddəs borcudurbu işdə hər zaman Azərbaycan dövlətinin və xalqının yanındayıq. Azərbaycandan kənarda yaşamağımıza baxmayaraq, Ali Baş Komandanın əmrini gözləyirik. Görünən odur ki, qələbə günü uzaqda deyil. Qarabağımızın azadlığına az qalıb.

-ASGA Rusiya nümayəndəliyi olaraq Qarabağ mövzusunda hansı təbliğati işlər görürsüz?

- ASGA Rusiya nümayəndəliyi olaraq Qarabağ həqiqətlərinin Rusiya ictimayyətinə çatdırılmasına çalışırıq. Bu istiqamətdə bir neçə layihə reallaşdırmışıq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının başlatdığı “Şuşaya azadlıq” kampaniyasının tərəfdaşıyıq. Artıq dörd ildir MoskvadaŞuşaya azadlıq” adlı tədbirlər keçiririk . “Şuşaya azadlıq” kampaniyası çərçivəsində Rusiya Federasiyasında Qarabağ problemi, tanınmış şuşalılar haqqında məlumat verilib. Həmçinin Şuşanın Azərbaycan tarixində rolu, bugünkü vəziyyəti haqqında tanınmış Rusiya ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilərək Azərbaycan və Rusiya mətbuatında, sosial şəbəkələrdə işıqlandırılıb. Başqa xalqların nümayəndələri ilə birlikdə aksiyalar təşkil olunub.

Kəlbəcər əsirləri ilə bağlı da böyük bir virtual aksiya təşkil etmişik. Aksiyanın yekunu olaraq isə Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib, bəyanat vermişik.

Ötən ilin aprel ayında cəbhədə baş verən erməni təxribatı ilə bağlı Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət ünvanladıq. Bəyanatda qeyd olunurdu ki, Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəkləyir.

-Moskvada erməni təxribatının qarşısını almaq üçün nələr edirsiz?

 

- Ermənilər tərəfindən Moskvada bu kimi hallar tez-tez baş verir. Lakin biz həmişə onların layiqli cavablarını veririk. Məsələn, ötən il 9 May- Qələbə Günü ilə bağlı tədbirdə ermənilər təxribata əl atıb meydanda Qondarma Dağlıq Qarabağ respublikasının bayrağını dalğalandırmağa çalışdılar. Əlbəttə ki, biz, azərbaycanlı gənclər olaraq bu hadisəyə biganə qala bilməzdik və qalmadıq da. Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İntibahİnkişaf Fondu və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi olaraq məsələyə dərhal müdaxilə etdik. Rusiya hüquq-mühafizə orqanları bizim kəskin etirazımızı görərək əvvəlcə qondarma Dağlıq Qarabağ respublikasının bayrağını meydandan kənarlaşdırdı. Daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yüksək rütbəli zabitləri çağırdılar. Zabitlər gələrək hadisəni araşdırıb, təxribatın qarşısını almaq məqsədilə qondarma republikanın bayrağının yürüşdə dalğalanmayacağını dedilər. “Zabit sözü” verərək “bu bayraq bu meydanda dalğalanmayacaq”- deyən hüquq-mühafizə orqanının yüksəkrütbəli əməkdaşı bizi əmin edərək yolumuza davam etməyimizi xahiş etdi.

Bundan sonra ermənilər hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alındı. Bir müddətdən sonra “şərəfli zabit sözü” verən əməkdaş Rusiya OMON-unun əhatəsində ermənilərin qondarma Dağlıq Qarabağ bayrağı ilə yürüşdə iştirakına icazə verdi. Bütün xalqların nümayəndələri və diaspor təşkilatlarının üzvləri yürüşdə mehribancasına iştirak etdiyi halda, ermənilər Rusiya OMON-unun əhatəsində ictimaiyyətdən təcrid olunmuş şəkildə yürüşün iştirakçısı oldular.

-Erməni işğalından azad olunan Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində görülən işlərə münasibətiniz necədir?

- Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan dövlət başçısı İlham Əliyevin Dağlıq Qarabağın həlli istiqamətində yürütdüyü uğurlu siyasətin nəticəsinin şahidiyik. Bu uğurlu siyasətin nəticəsini tək xaricdə yox, daxildə də hiss edir, görürük. Buna aprel döyüşləri misal ola bilər. Prezident İlham Əliyev aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən ərazilərdə - Cocuq Mərcanlı kəndində yenidənqurma işləri haqqında sərəncam verdi.

Cənab Prezidentin məlum sərəncamı Qarabağın və ətraf 7 rayonun işğaldan azad olunmasına ümidi daha da artırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz ərazisinin hər bir qarışına sahib çıxır. Bu, bir növ Ermənistana mesajdır. Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək. Digər tərəfdən bu sərəncam erməni xalqında şok effekt yaradıb. Bununla erməni xalqının qorxu, xof içində yaşadığı aydın göründü. Bildiyiniz kimi, sərəncamdan sonra, xüsusən, sosial şəbəkələrdə ermənilər xoflandıqlarını açıq büruzə verdilər. Ən vacib məqamlardan biriodur ki, ermənilər Serj Sərkisyan hakimiyyətinə necə nifrət etdiklərini göstərdilər. Onlar Ermənistan dövlətinin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxır və rejimdən canlarını qurtarmaq üçün hər şeyə hazır olduqlarını bəyan edirlər.

-Ümumiyyətlə, diaspor işində xaricdəki gənclər nə dərəcədə aktivdirlər?

- Ölkədən kənarda yaşayan gənclərin qazandığı uğurlar ölkəmizin diaspor siyasətinin çox uğurlu olduğunun göstəricisidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsi olub. ASGA Rusiya nümayəndəliyinin həyata keçirdiyi bütün layihələr diasporumuzun inkişafına, Azərbaycan həqiqətlərinin Rusiya, xüsusən, slavyan gənclərinə dolğun şəkildə çatdırılmasına hesablanıb . ASGA Rusiya nümayəndəliyi Rusiyada artıq yetəri qədər yaxşı imicə sahib və tanınmış diaspor təşkilatıdır. Üçillik fəaliyyətimiz dövründə həyata keçirdiyimiz layihələrdə azərbaycançılıq ideologiyasının təbliği, Qarabağ həqiqətləri və Rusiya-Azərbaycan əlaqələrinin inkişafı daim ön planımızda olubbu istiqamətdə işlər görülüb. Bizim məqsədimiz Rusiyada yaşayan həmvətənlərimizin hər bir sahədə təşəbbüslərini stimullaşdırmaq, Azərbaycan və Rusiya dövlətlərinin diaspor siyasətinə töhfə vermək, Azərbaycan diasporunun daha da inkişaf etməsinə yardımçı olmaqdır. Diaspor təşkilatı olaraq istər Rusiyada, istərsə də təmsil olunduğumuz beynəlxalq layihələrdə Azərbaycanın adının daha yüksəklərə qaldırılmasına nail olmağa çalışmışıq. Qısa zaman ərzində ASGA Rusiya nümayəndəliyini tam şəkildə formalaşdıra bilmişik. Bütün bu işlərin ərsəyə gəlməsində Ümumrusiya Azərbaycanlıları Konqresinin, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun və ən əsası təşkilatımıza könüllü olaraq yardımçı olan gənclərin rolu əvəzsizdir. ASGA Rusiya nümayəndəliyinin həyata keçirdiyi layihələrə nəzər salsaq, çox məqsədlərə nail olduğumuzu görmək olar. Bizim vasitəmizlə gənclər beynəlxalq tədbirlərdə Azərbaycanımızı ən yüksək səviyyədə təmsil ediblər. Dövlətimizin diaspor siyasətinə töhfəmiz bununla bitməyəcək. Azərbaycan diasporunun inkişafı naminə lobbiçiliyin inkişafı sahəsində qazanacağımız nailiyyətlər və cəmiyyətin inkişafı istiqamətində atacağımız addımların çoxu hələ qarşıdadır. Bu gündən sonra da diaspor siyasətinə dəstək olmaq prioritet məsələmizdir.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-21 fevral.-S.11.