Quru meyvə məhsulları milyardlarla dollarlıq ixrac bazarına sahibdir

 

Ölkəmizdə quru meyvə-tərəvəz məhsullarının və şirəsinin, eləcə də ət məhsullarının istehsalı üçün müasir emal müəssisələri və soyuducu anbarlar şəbəkəsi yaradılacaq

 

Bu gün dünyada kənd təsərrüfatı və ərzaq məhsulları üzrə qlobal ixracda emal olunmuş, yəni daha yüksək əlavə dəyər yaradılmaqla istehsal olunmuş məhsulların xüsusi çəkisinin getdikcə artması müşahidə olunur. Belə ki, qlobal ticarət üzrə Beynəlxalq Ticarət Mərkəzi (TRADEMAP) informasiya bazasının məlumatlarına əsasən, ilkin kənd təsərrüfatı məhsullarının və emal olunmuş məhsulların ümumi ixracdakı xüsusi çəkisi 2001-ci ildə müvafiq olaraq 41,4 faiz və 58,6 faiz idisə, 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 38,4 faiz və 61,6 faiz təşkil edib. 2001-2015-ci illərdə ilkin kənd təsərrüfatı məhsullarının ixracının həcmi 2,5 dəfə artdığı halda, emal olunmuş məhsullar üzrə bu artım 2,9 dəfə olub. 2050-ci ildə 9,3 milyard nəfərə qədər artacağı proqnozlaşdırılan dünya əhalisinin qidalanması üçün tələb olunan ümumi ərzaq istehsalının, hazırkı dövrlə müqayisədə 70 faiz artırılmasına ehtiyac yaranacaq.

Beləliklə, 2050-ci ildə bütün dünya üzrə ərzaq istehsalının artırılması zərurəti yaranacaq və hətta inkişaf etməkdə olan ölkələrdə müvafiq istehsal həcminin 2 dəfə artırılması zəruri olacaq. Çünki qlobal miqyasda həyat səviyyəsi standartlarının getdikcə yüksəlməsi trendinə uyğun olaraq ərzaq məhsulları istehsalının strukturunda sağlam və keyfiyyətli məhsulların xüsusi çəkisi getdikcə yüksəlir.

Dünya bazarında rəqabət imkanını daha yaxşı mövqeyə gətirmənin ən önəmli yolu yaxşı əkinçilik üsullarını tətbiq edərək, AB standartlarında keyfiyyətli məhsul istehsal etməkdir. Qurutma, qidadan suyun uzaqlaşdırılaraq, uzunmüddətli saxlama üçün ən çox istifadə edilən üsullardandır. Meyvə və tərəvəzləri qurutma üsulu uzun dövrdür ki, tətbiq edilir. Sənaye qurutma sistemləri yaranmadan əvvəl insanlar meyvə və tərəvəzləri günəşdə qurutma üsulundan istifadə edirdilər. Qurudulmuş meyvə ticarətinin artması və günəşdə yerə sərərək qurutma sistemi ətraf və hava çirkliliyi, böcəklənmə, alfatoksin meydana gəlməsi, tozlanma kimi əlavə təsirlərlə bağlı bu qurutma sistemi yerini inkişaf edən sənaye qurutma sistemlərinə buraxdı. Bu baxımdan qurudulmuş meyvə istehsal texnologiyaları XVIII əsrdə başlayıb və davamlı inkişaf edərək yenilənməkdədir.

Sağlam qidalanmanın əhəmiyyətinin artdığı son illərdə bir çox diyetoloq, həkim və sağlam qidalanma mütəxəssisi, xüsusilə quru meyvələrin nahar fasiləsində istehlak edilməsini tövsiyə edir. Bu tövsiyələrin də təsirilə, xüsusilə quru meyvə istehlakında bir artım yaşandığı müşahidə edilir.

 

Dünya quru meyvə ixracının 17 faizi Türkiyənin üzərinə düşür

Dünya quru meyvə istehsalı və ticarətində Türkiyə ilk sırada yer almaqdadır. Meyvə qrupuna fındıq, fıstıq kimi sərt qabıqlı meyvələr də daxildir. Türkiyə, quru üzümdə dünya istehsalının 36 faizini, quru əncirdə isə 40 faizini təkbaşına qarşılayır. Bütün qurudulmuş meyvələr qrupunda son 5 ili qiymətləndirəcək olsaq, dünya quru meyvə ixracatının 17 faizi Türkiyə tərəfindən qarşılanmaqdadır. Üzüm, alça, ərik və almanı əhatə edən 4 məhsul qrupunda da Türkiyə ixracatçı ölkələr arasında ilk sırada yer almaqdadır. Dünyada bu məhsul qrupunu Türkiyədən sonra ən çox ixrac edən ölkələr; ABŞ, Çili, İran, ArgentinaÇindir. Bu dörd məhsul qrupunu ən çox idxal edən altı ölkə isə İngiltərə, Almaniya, Hollandiya, Rusiya, Yaponiya, ABŞ və Kanadadır. Dünyada quru meyvə məhsulları ixracı 2000-2008 -ci il dövründə 2,4 dəfə artıb. 2023-cü ildə 1,3 dəfə artaraq 12 milyard dollar kimi bir məbləğə çatacaq.

 

Dünyada quru meyvə məhsulları ixracı 2000-2008 -ci il dövründə 2,4 dəfə artıb. 2023-cü ildə isə 1,3 dəfə artaraq 12 milyard dollara çatacaq

 

Türkiyəyə ildə 1,4 milyard dollar valyuta qazandırdıqlarını, bu rəqəmi 2023-cü ildə 3 milyard dollara çıxarmağı hədəflədiklərini deyən Quru Meyvə Tanıtım Qrupu başçısı Osman Öz 2017-ci ildə bununla bağlı təqdimatı Rusiyadan başlatdıqlarını bildirib. Rusiya ilə 2015-ci ilin noyabr ayında ortaya çıxan təyyarə böhranı aradan qaldırıldıqdan sonra Rusiya bazarının türk ixracatçısı baxımından daha cazibədar hala gəldiyinə diqqət çəkən O.Öz, qeyd edib ki, Rusiya, 140 milyon nəfəri aşan əhalisi, Türkiyəyə yaxınlığı və türk məhsullarının yüksək səviyyədə tanınması baxımından bizim üçün əhəmiyyətli bir hədəf bazar mövqeyindədir: “Rusiyadakı sərgilərə qatılaraq siyasi yaxınlaşmanın ixracatımıza müsbət qatqı təmin etməsini nəzərdə tuturuq. Kuru Meyvə Tanıtımı Qrupu 2017-ci ildə 8-i beynəlxalq qida sərgisi olmaqla 10 fərqli təqdimat fəaliyyətinə qatılaraq, türk quru meyvələrinin dünya miqyasındakı bazar payının artırılması üçün təqdimat etməyi nəzərdə tutur”. KMTG başçısı Öz, bildirib ki, dünyada sağlam məhsullara bir yönəlmə var. Bu da türk quru meyvələri üçün bir üstünlükdür: “Sağlam məhsullara yönəlmədən istifadə etməyə çalışırıq. 2017-ci ildə Uzaq Şərqlə bağlı bir təqdimat proqramı hazırladıq. Hindistan, Cənubi Koreya və Çində 7 fərqli təqdimat fəaliyyəti reallaşdıracağıq. Həmçinin DubaydaGulfood Sərgisi” və Bosniya Herseqovinada “20. Mostar Beynəlxalq Sərgisi”ndə iştirak edəcəyik”. Qeyd edək ki, Türkiyə, Rusiyaya yanvar ayında 2 milyon 256 min dollarlıq quru meyvə ixrac edib. 1 milyon 33 min dollarlıq məbləğlə quru ərik ixracatı ilk sırada yer alarkən, 346 min dollarlıq tumsuz kişmiş və 197 min dollarlıq quru əncir ixrac edilib.

 

Ağdaş, SalyanXaçmaz rayonlarında quru meyvə istehsalı müəssisələri fəaliyyət göstərir

 

Ölkəmizdə ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı sənayesində ciddi artım baş verib. Azərbaycandan ixrac olunan kənd təsərrüfatı və ərzaq məhsullarının 44 faizini ilkin kənd təsərrüfatı, 56 faizini isə emal sənayesi məhsulları təşkil edir. Meyvə-tərəvəz emal məhsulları ixracı 2015-ci ildə 10857 min dollar təşkil edib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışlardan biri quru meyvə-tərəvəz məhsullarının və şirəsinin, eləcə də ət məhsullarının istehsalı üçün müasir emal müəssisələri və soyuducu anbarlar şəbəkəsi yaradılacaq. Qurudulmuşdondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılması üzrə inkişaf proqramları hazırlanacaq, müxtəlif dəstək mexanizmlərinin köməyi ilə bu sahələrin inkişafı stimullaşdırılacaq. Yol xəritəsinə görə, Azərbaycanın ixrac bazarının şaxələndirilməsi üçün konkret strategiyalar hazırlanacaq. Qeyd edək ki, ötən il ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyonya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib.

Ölkədə quru meyvələrin istehsalı üçün imkanlar var. Hazırda bu sahədə Ağdaş, SalyanXaçmaz rayonlarında quru meyvə istehsalı müəssisələri fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Dünən Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda işgüzar forum keçiribsahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib ki, onlardan biri də məhz quru meyvə istehsalı və dəyirman kompleksinin yaradılması, üzümçülük təsərrüfatlarının yaradılması ilə bağlıdır.

Bundan başqa, Balakənin Katex kəndində meyvə qurudulması üzrə Cənubi Koreya istehsalı olan avadanlıq quraşdırılıb. Gücü ayda 10 ton quru meyvə olan avadanlıq artıq istifadəyə verilib, burada xurma məhsulunun qurudulması test edilib.

Beləliklə, bu gün ölkədə bir sıra quru meyvə istehsalı müəssisələri fəaliyyət göstərsə də, bazarlarda kifayət qədər xarici ölkələrin quru meyvələrinə rast gəlinir. Bu isə xarici məhsulların bu sahədə yerli məhsulları üstələdiyini göstərir. Demək, bunun üçün yerli istehsalın artırılmasına ehtiyac var və həmin meyvələr ölkəmizdə yetərincədir. Bununla həm təbii yerli məhsul əldə etmiş olarıq, həm də bir sıra ölkələr kimi bu sahədən milyon dollarla gəlir əldə etmiş olarıq.

 

Nigar Abdullayeva

Palitra.-2017.-22 fevral.-S.5.