Xocalı soyqırımı beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır

 

Elmar Məmmədyarov: “Ermənistan - Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdiddir”

 

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizmmövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Ermənistanın işğalçılıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımlndan əhəmiyyət daşıyır.

Etnik təmizləmə və soyqırımı siyasətinin amansız nümunəsi

Konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak ediblər. Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yasevi Universitetinə öz təşəkkürümü bildir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir.

 

Meksika, Kolumbiya, Peru, Pakistan, BosniyaHerseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər”

 

Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir. Nazir diqqətə çatdırıb ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.

Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanınıb

Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Meksika, Kolumbiya, Peru, Pakistan, BosniyaHerseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Təəssüflər olsun ki, ermənilər uzun illərdir tarixi saxtalaşdıraraq, uydurma “erməni soyqırımı”nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər. Bu istiqamətdə erməni diasporunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Uydurma tarixlərinin beynəlxalq təşkilatlarda, müxtəlif konfrans və toplantılarda “erməni soyqırımı” kimi gündəliyə çıxarılmasında, heç bir tarixi faktlara, sənədlərə əsaslanmayan yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında erməni diasporunun məqsədyönlü fəaliyyəti danılmazdır. Türkiyə dövləti dəfələrlə onlara arxivlərin açılmasını, erməni və türk tarixçilərinin birgə araşdırmalar aparılmasına dair təkliflər irəli sürsə də, ermənilər və onların havadarları üzlərinin ifşa olunmasından qorxaraq buna razı olmayıblar. Səbəb sadədir. Çünki onlar həqiqətdən qorxurlar”, - deyə nazir vurğulayıb.

“Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulub

Ermənistan - Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdid olduğunu bildirən Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulub. Bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulub. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi məlumdur. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin bu qətnamələrin heç biri bu günədək icra edilməyib. Azərbaycan sülhün tərəfdarıdır və biz münaqişənin dinc yolla həllinə tərəfdarıq. Bizim mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəklədiyini bildirən nazir deyib: “Son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri Azərbaycanı ciddi şəkildə narahat edirbiz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik. Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorun bütün formada qəti şəkildə pisləyir”. Tədbirin rəsmi açılışında, həmçinin Türk Şurasının baş katibi Ramil Həsənov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, Türkiyə Böyük Millət Məclisinin sədrinin müavini Ahmet Aydının, qardaş ölkənin xarici işlər naziri Mövlud ÇavuşoğluHoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizmmövzusunda beynəlxalq konfransda ediləcək çağırışlar Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasına və bu bəşəri cinayəti törədən erməni millətçilərinin beynəlxalq ədalət məhkəmələri tərəfindən cəzalandırılması üçün daha bir zəmin olacaq. Diqqətə çatdırılıb ki, bütün dünya ictimaiyyəti Xocalı cinayətini soyqırımı aktı kimi tanıması gələcəkdə belə cinayətlərin baş verməməsinə əsas ola bilər. Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampanıyası çərçivəsində görülən işlər Xocalı soyqırımının dəhşətlərinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayır. Konfrans “Xocalı soyqırımı: XX əsrin sonunda insanlıq faciəsi” və “İnsanlıq əleyhinə cinayətlər, soyqırımı, terrorizm və onların əlaqəsi” mövzularında keçirilən panel iclaslarla davam etdirilib. İştirakçılara Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ probleminə dair kitablar, eləcə də Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin nadir nəşrləri paylanıb. Konfrans salonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm sərgisi nümayiş etdirilib.

 

A.Miriyev

Palitra.-2017.-23 fevral.-S.11.