“Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi

 

Prezidentin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı sərəncamına və Prezident Adminitrasiyası rəhbərinin tədbirlər planına əsasən 2017-ci il fevralın 22-də saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi keçirildi.

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücüm etmişlər. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. 613 nəfər dinc əhali öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər götürülmüş əsir müxtəlif işgəncələrə məruz qalmışdı.

Muzeydə təşkil olunan sərgidə 30 fotoşəkil nümayiş olundu. Həmin fotoşəkillər sübut edir ki, Xocalı faciəsi dünyanın bir sıra ölkələrində tanınır, 25 il ərzində müxtəlif millətlərin nümayəndələrinin bu hadisə ilə bağlı məlumatları var.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Xocalı faciəsinin canlı şahidləri və sakinləri Mərkəz Quliyev və Samirə Hüseynova, şair-publisist Fesin Alioğlu çıxış etdilər, Xocalı şəhəri 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Xocalıya ədalət” adlı kompozisiya nümayiş olundu.

Tədbirdə Xocalı şahidləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak etdilər

 

Mahmud

Palitra.-2017.- 23 fevral.-S.7.