“Türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var

 

Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçirilib. Forumda Azərbaycan və Türkiyədən 200-dək adamı iştirak edib. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Türkiyə adamları tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyulması üçün bundan sonra da hər cür şərait yaradılacaq.

Nazir qeyd edib ki, türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var. Toxumçuluq, baramaçılıq və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu deyən Heydər Əsədov bildirib ki, respublikamızda aqrar sahədə vergilər aradan qaldırılıb. Bu, Azərbaycan dövlətinin kənd təsərrüfatının inkişafına dəstəyinin bariz göstəricisidir. Dünyanın 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması respublikamızda bu sahənin çoxşaxəli inkişafına münbit şərait yaradır.

 

Türkiyənin kənd təsərrüfatı nazirinin müşaviri Bakıdakı səfirlikdə yerləşdiriləcək

Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı icra komitəsinin 8-ci iclasının protokolu imzalanıb. Protokolu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa Birliyixarici əlaqələr idarəsinin rəisi Ali Rəcəb Nazlı imzalayıblar.

İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrinin daha da inkişaf edəcəyindən əminlik ifadə ediblər.

H. Əsədov qeyd edib ki, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşavirlərindən biri qardaş ölkənin Azərbaycandakı səfirliyində yerləşdiriləcək. Onun sözlərinə görə, müşavirin fəaliyyəti müxtəlif layihələrin icrasına nəzarət etməkdən ibarət olacaq. Nazir həmçinin əlavə edib ki, Azərbaycan Türkiyədən dəyəri 30-50 mln. dollar olan kənd təsərrüfatı texnikalarını almaq niyyətindədir.

Türkiyə istehsalı olan texnikaları rəqabətqabiliyyətli adlandıran nazir qeyd edib ki, yaxın gələcəkdə Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tenderlərdə türk adamları iştirak edə biləcək. H. Əsədov bir daha idxaldan asılılığın azaldılmasına toxunubdaxili istehsalın həcminin artırılmasının önəmini qeyd edib: "Biz hesab edirik ki, Azərbaycan və Türkiyədən olan sahibkarlar birgə istehsal müəssisələri yaratmaqla, idxaldan asılılığın azalmasına səbəb ola bilərlər. Burada türkiyəli investorların imkanlarından geniş istifadə etmək lazımdır".

Nazir onu da bildirib ki, Türkiyədə yaradılan süni mayalanma mərkəzinin analoqunu Azərbaycanda da yaratmaqya onun imkanlarından istifadə etmək məqsədəuyğundur.

 

“Türkiyədən ərzaq idxalı 3,5 dəfə artıb"

H.Əsədov bildirib ki, ötən il Türkiyədən Azərbaycana 100 mln. dollarlıq ərzaq məhsulu idxal olunub. Nazirin sözlərinə görə, beləliklə, Azərbaycan Türkiyədən ərzaq məhsulu idxalını 3,5 dəfə artırıb: "Düşünürəm ki, bu cür görüşlərdən sonra biz idxal deyil, emalistehsal ilə məşğul olmalıyıq. Türk adamlarının azərbaycanlı həmkarları birgə müəssisələrin qurması daha yaxşı olar. Bu cür müəssisələrin hesabına biz idxalı azalda, daxili tələbatı ödəyə bilərik. İş adamları razılığa gələrsə, dövlət qurumlarımız sizə ciddi dəstək göstərəcək".

 

"Azərbaycanla Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən almalıdır"

"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1,6 mlrd. dollardır". Bunu tədbirdə çıxış edən Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. Onun sözlərinə görə, bunun yalnız 120 mln. dollarlıq hissəsi, yəni 8%-i kənd təsərrüfatı məhsullarının payına düşür.

"Hər iki ölkənin başçısı 2023-cü ilədək ticarət dövriyyəmizin həcminin 15 mlrd. dollara çatdırılmasını qarşımıza hədəf qoyub. Rəqəmlərə baxdıqda məlum olur ki, Azərbaycan 1,3 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edir. Türkiyədə isə bu rəqəm 11 mlrd. dollardır. Beləliklə, hər iki ölkənin adamlarının üzərinə böyük yük düşür. Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən ala bilər. Mən adamlarımıza səslənərək aktiv olmağa çağırıram. Hər iki ölkənin dövlət qurumları sizin arxanızdadır", - deyə F.Çelik bildirib.

Nigar Abdullayeva

 

Palitra.-2017.-24 fevral.-S.6.