Rotterdam Erasmus Universitetində Dağlıq Qarabağ münaqişəsindən danışılıb

 

Xocalı soyqırımının 25-ci ildönümü Niderland Krallığında da silsilə tədbirlərlə qeyd edilib

Ermənilərin 1992-ci il fevral ayının 26-da Xocalıda həyata keçirdikləri soyqırımı Dağlıq Qarabağ məsələsinin ən vacib tərkib hissəsidir. Bu soyqırımının dünyada tanınması birbaşa Qarabağ həqiqətlərinin təbliği deməkdir. Bu il Xocalı soyqırımının 25-ci ildönümü əksər ölkələrdə olduğu kimi, Niderland Krallığında da silsilə tədbirlərlə qeyd edilib. Belə ki, Niderland Krallığındakı səfirliyimizin dəstəyi ilə bu ölkədə yaşayan Azərbaycan diaspor təşkilatlarının üzvləri Niderland Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri ilə görüşüblər. Niderlandlı parlamentarilər Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Qarşılıqlı fikir mübadiləsindən sonra Azərbaycan diasporunun nümayəndələri bu ölkənin parlamentində Xocalı faciəsi ilə bağlı hüquqi qərar qəbul edilməsini xahiş ediblər və soyqırımına dair hazırlanmış petisiyanı təqdim ediblər. Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının vəhşicəsinə öldürülməsi, yüzlərlə qadın və azyaşlı uşağın yaralanması və əsir götürülməsi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT-nin dörd qətnamə qəbul etdiyi vurğulanıb.

“Niderland-Azərbaycan kommunikasiya platforma”sı ("Netherlands Azerbaijan Communication Platform``) təşkilatının rəhbəri Arnold Utama ölkəsinin dünyada baş vermiş bir çox soyqırımı hadisələrini tanıdığını, ancaq Xocalı soyqırımı haqqında çox az məlumata malik olduğunu bildirib. O, hazırkı petisiyada Xocalı faciəsi haqqında ətraflı məlumatının olduğunuonun parlamentarilərin diqqətini cəlb edəcəyinə əminliyini bildirib.

Avropa Azərbaycan Dostları Mərkəzinin ("European Center Azerbaijani Friends”) sədri Leyla Babayeva 2014-cü ildə Niderland parlamentinə təqdim olunmuş analoji petisiyadan söz açıb.

“Avropalı Azərbaycanlılar/Niderlandlılar” ("European Azerbaijanis/Netherlands``) təşkilatının sədri və www.euroaz.nl saytının təsisçisi Emil Əliyev üç dildə dərc olunan “Xocalı Soyqırımı” kitabını və diskləri parlamentarilərə təqdim edib.

Görüşdə Azərbaycan tərəfini təmsil edən Gövhər Nəzərova, Anne van der Heiden, Anita VermaasNicolette van Tienhoven Xocalı soyqırımından danışaraq, ermənilərin törətdikləri bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıblar. Görüşdə iştirak edən Niderland vətəndaşlarının Xocalı faciəsi ilə bağlı Azərbaycan diaspor nümayəndələri ilə həmrəy olması niderlandlı parlamentarilər - Angelien Eijsink, Harry van Bommel, Michiel Servaes, Han ten BroekeSelcuk Öztürk tərəfindən yüksək qiymətləndirilib.

 

Rotterdam Erasmus Universitetində “Məcburi köçkünlər: unudulmuş qrup, Azərbaycan məsələsi” mövzusunda seminar keçirilib

Daha bir tədbir Rotterdam Erasmus Universitetində baş tutub. Avropa Hüquqşünas Tələbələr Cəmiyyətinin (ELSA) təşkilatçılığı ölkəmizin Niderland Krallığında yaşayan azərbaycanlıların dəstəyi ilə Rotterdam Erasmus UniversitetindəMəcburi köçkünlər: unudulmuş qrup, Azərbaycan məsələsimövzusunda seminar keçirilib. Seminarın aparıcısı Niderlandda çalışan azərbaycanlı vəkil Əli Ağayev olub. Ə.Ağayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən azərbaycanlı qaçqın məcburi köçkünlərdən söz açıb. O, öz dədə-baba torpaqlarından zorla çıxarılan azərbaycanlı məcburi köçkünlərin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasından, onların beynəlxalq statusundan, Ermənistanın işğalçılıq siyasətindən, Xocalı soyqırımından, eləcə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq hüquq normalarının Azərbaycanın lehinə olmasından danışıb. Ə.AğayevÇıraqov işi Azərbaycanın bu məsələdə hüquqlarının tanınması ilə bağlı mövzu ətrafında çıxış edib. Seminarda Erasmus Universitetində hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. İştirakçıların suallarını cavablandıran Ə.Ağayev tələbələrəÇıraqov işimövzusu üzrə diplom işi yazmağı tövsiyə edib. Seminarın sonunda Ə.Ağayev ELSA tərəfindən martın 29-da Utrext Universitetində keçiriləcək analoji tədbirdə müvafiq təqdimatla çıxış etmək təklifi alıb.

 

HollandiyadaYaşamaq üçün doğulmuşdular!” adlı tədbir keçirilib

Niderlandda fəaliyyət göstərən 5 diaspor təşkilatı - "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə hazırladıqları “Yaşamaq üçün doğulmuşdular!” adlı bədii kompozisiyası fevralın 26-da ölkənin ikinci böyük şəhəri olan Haaqada baş tutub. Tədbirə Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Haaqada Xocalı qurbanlarının əziz xatirəsinə qoyulmuş Monumenti ziyarət etməklə start verilib. Sonra tədbirin ikinci hissəsi “Yaşamaq üçün doğulmuşdular!” bədii kompozisiyası Valliant teatr binasında baş tutub. Tədbiri aparıcılar yazıçı-jurnalist Elnaz Ağaxan və Aydəmir Çətin Xocalı haqqında giriş sözləri ilə açıblar. Xocalı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla anıldıqdan sonra “Haaqa-Azərbaycan Məktəbi”nin və bütün iştirakçıların ifasında Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnləri səsləndirilib və uşaqların ifasında Azərbaycan dilində “Lay-lay Xocalım!” və Holland dilində “Nooit meer oorlog!”(Heç bir zaman müharibə olmasın!”) adlı şeirlər səsləndirilib. Sonra "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırovanın Xocalı faciəsinin baş verdiyi o qanlı və şaxtalı fevral gecəsi haqqında yazdığı “Bir gecənin sirri” adlı hekayəsi əsasında hazırlanmış səhnəcik nümayiş etdirilib. Anım tədbirinə Azərbaycandan gəlmiş, Xocalı faciəsinin şahidi, anasını o qanlı gecədə itirmiş yazıçı-jurnalist, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı zalda oturanlarla öz acı xatirələrini bölüşübonun xatirələri əsasında hazırlanmış “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli filmnümayiş etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən səfirliyinin müvəqqəti işlər vəkili Aliyə Ağazadə də çıxış edərək Xocalı faciəsinin bütün Azərbaycan xalqının acısı olduğunu bildiribbu qanlı tarixin bir daha təkrarlanmaması istəyini dilə gətirib. Azərbaycan dövlətinin və xalqının daim sülh tərəfdarı olduğunu, məsələnin dinc yolla həll ediləcəyinə inandığını qeyd edib. Eyni zamanda bu tədbiri hazırlayan 5 diaspor təşkilatına birlik nümayiş etdirərək belə gözəl tədbiri reallaşdırdıqlarına görə təşəkkürünü bildirib. Sonra isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar bəyanatını həm Azərbaycan, həm də ingilis dillərində oxuyaraq iştirakçıların diqqətinə çatdırıb. Tədbiri hazırlayan 5 təşkilatın sədrləri də çıxış edərək bütün iştirakçılara təşəkkürlərini bildiriblər. Avropa Azərbaycan Dostları Mərkəzinin sədri Leyla Babayeva çıxışında bu ili Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar təşkilatlarının “Xocalı ilielan etdiyini xüsusi vurğulayıb və bildirib ki, 2017-ci ildə təşkilatlarının həyata keçirəcəyi bütün layihələr Xocalı faciəsinə həsr olunacaq. Bundan başqa, L.Babayeva bütün azərbaycanlıların və diaspor təşkilatlarının ermənilər tərəfindən məhkəməyə verilən İlhan Aşkına dəstək olduqlarını və bu haqq işində onu yalnız buraxmayacaqlarını bildirib. Bu məqsədlə də imza toplandığını diqqətə çatdırıb. Sonda Xocalı faciəsinin bir genosid aktı olmasının dünya ictimaiyyəti və yüksək qurumlar tərəfindən tanınmasını tələb edən Qətnamə (Petisiya) qəbul edilərək müəyyən instansiyalara göndərilmək üçün qərar qəbul edilib və iştirakçılar tərəfindən imzalanıb.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-28 fevral.-S.11.