Türkiyə XİN: “İşğal etdiyi torpaqlardan çıxması üçün Ermənistana təzyiq göstərilməlidir”

 

“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyüsuverenliyi çərçivəsində həllinə dəstəyini davam etdirəcək”

 

Ermənistanın atəşkəs dövründə törətdiyi təxribatların sayı-hesabı bilinmir. O da məlumdur ki, işğalçı ölkənin rəhbərliyi daim status-kvonun saxlanması üçün əlindən gələni edir. Bu sırada danışıqlar masasına əyləşməmək üçün tez-tez lokal döyüşlərin, mülki əhalinin atəşə tutulması kimi iyrənc metodlar da var.

 

 

Sonuncu belə cəhd isə iyulun 4-də baş verdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi.

 

Məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür

Erməni ordusunun mülki əhaliyə qarşı ağır artilleriyadan istifadə etməsi isə ciddi narahatlıq doğurur. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib ki, Azərbaycan kəndlərinin erməni qoşunları tərəfindən atəşə tutulan ərazilərinə baxış zamanı tank əleyhinə mərmilərin qəlpələri aşkar edilib. O qeyd edib ki, qeydə alınan hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin yeddi maddəsi ilə cinayət işi açılıb. Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev isə keçirdiyi mətbuat konfransında qeyd edib ki, bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir. O bildirib ki, məsələ ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə tapşırıqlar verilibonlar akkreditə olduqları ölkələrin hökumətlərini və beynəlxalq qurumları bu barədə məlumatlandıracaqlar: “Ümid edirik ki, dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq hüququn pozulması faktına münasibət bildirəcək və hadisəni kəskin şəkildə qınayacaq. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verilib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşiklə danışıb. Azərbaycanın ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb”. H. Hacıyevin sözlərinə görə, atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: “Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğustatus-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kaspşik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək”. XİN sözçüsü bir daha bəyan edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT-in Minsk qrupunun RusiyaFransadan olan həmsədrləri İqor PopovStefan Viskonti ilə Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatını müzakirə edib. Hikmət Hacıyev deyib ki, nazir onların diqqətinə Azərbaycanın ciddi narahatlığını çatdırıb və bəyan edib ki, Ermənistanın fəaliyyəti istisnasız olaraq vəziyyətin eskalasiyasına və danışıqların pozulmasına istiqamətlənib: "Nazir bildirib ki, Ermənistan bu təxribatı qəsdən törədib. Belə ki, İrəvan bu ərazilərdə dinc vətəndaşların yaşadığı yaxşı məlumdur".

 

Avropa Parlamenti Avronest PA-nın üzvlərinə müraciət

Artıq bəzi beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanır. Belə ki, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamenti Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, iyulun 4-də baş verən hadisə Ermənistanın 25 il apardığı işğalçı siyasətinin davamıdır. Qeyd olunur ki, Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan əhalisini qorxu təşviş içində saxlamaq sülh danışıqlarında Azərbaycana təzyiqlər etməyə çalışır. Müraciətdə Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin bu cinayətin məsuliyyətini daşıdığı da vurğulanır. Qeyd edilir ki, müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil: “Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin beynəlxalq təşkilatların Ermənistanın 25 ilə yaxındır davam etdirdiyi işğalçı siyasətinə qarşı etinasızlığın hətta, bəzən onlara verilən güclü dəstəyin nəticəsidir. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bərabər bu siyasətə qarşı susqunluq nümayiş etdirən, dünyada Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin üzərinə düşür”. Şərq Tərəfdaşlığıölkələrində mövcud işğalçılıq siyasətinin tərəfdaş ölkələrinilə əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən biri olduğu diqqətə çatdırılan müraciətdə Avropa Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması işğala məruz qalmış ölkələrə daima dəstək olması xüsusi vurğulanır.

Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları demokratiyanı daim öz daxili xarici siyasətində prioritet edən Avropa İttifaqının onun vətəndaşlarını təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa marağına toxunduğu üçün Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili müzakirələr təşkil etmək qətnamə qəbul etməyə çağırılır: “Çox ümid edirik ki, Avropa Parlamenti tərəfdaşlarının yerləşdiyi bu regionda baş verən bu cür qanlı işğalçı siyasət qarşısında səssizlik nümayiş etdirməyəcək buna öz hüquqi qiymətini verəcək”.

Müraciətə baş vermiş hadisənin dəhşətinin daha yaxşı dərk edilməsi üçün Ermənistan tərəfinin qətl yetirdiyi 2 yaşlı Zəhra Quliyevanın şəkilləri əlavə edilib. Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti bu məsələni qurumun növbəti büro iclasında Avropa Parlamentinin bütün qurumlarında iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb.

 

Ermənistanın siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısında ən böyük əngəldir

Ermənistan ordusunun təxribatına Türkiyədən sərt reaksiya gəlib. Türkiyənin Xarici İşlər Nazirliyi Füzuli rayonunda ermənilərin dinc sakinləri öldürməsi hadisəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan silahlı bölmələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə kənd sakinlərindən 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub, bir qadın yaralanıb: “Bu hadisəni şiddətlə qınayırıq. Xain hücumda ölən azərbaycanlılara Allah rəhmət eləsin! Yaralanan qadına isə sağlamlığına qovuşmağı arzulayırıq. Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqainsan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın sistemli şəkildə yeritdiyi şiddət siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısında ən böyük əngəldir. Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyüsuverenliyi çərçivəsində həllinə dəstəyini davam etdirəcək”.

 

Tural Tağıyev

Palitra  2017.- 6 iyul.- S.11.