Dünya Alxanlı faciəsinə səssiz qalmır

 

Maria Ester Labado:

“Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir"

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri kimi, ermənilər tərəfindən törədilən son təxribatla bağlı dünyanın müxtəlif ölkələrində aksiyalar davam edir, dünya mətbuatında yazılar dərc olunur. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - Quliyeva Sahibə İdris qızı onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

 

Argentinanın analitik portalı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi cinayətdən yazıb

 

Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalındaQafqazda faciə: insan hüquqları haradadır?” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. 4 iyul tarixində bu başa çatmamış müharibədə mülki əhali arasında qurbanlar olub: “Anlayırıq ki, belə bir hadisə qınanmalı onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin dünya vətəndaşı kimi hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? Niyə beynəlxalq birlik Cenevrə konvensiyaları beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?”

Həmin məqalədə, eyni zamanda cəbhədəki vəziyyət Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi yaralanması ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri H.Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini mülki obyektlərini hədəflənmiş şəkildə qəsdən atəşə tutması nəticəsində yaşlı qadın onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar ahılların olduğu mülki əhaliyə qarşı qəsdən hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq təşkilatlar substantiv ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda, Ermənistan tərəfi mülki şəxslərin uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq şərəfsiz təxribatlara əl atır.

Məqalənin sonunda xüsusi vurğulanır ki, baş vermiş hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.

 

Argentina senatoru dinc azərbaycanlıların qətli ilə nəticələnən erməni təxribatını pisləyib

 

Argentina Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Maria Ester Labado Füzuli rayonunda dinc insanların qətli ilə nəticələnən erməni təxribatını pisləyib. M.E.Labado tərəfindən Azərbaycan səfirliyinə daxil olan məktubda deyilir: "Füzuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüfümü ifadə etmək istəyirəm. Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir".

 

Qazaxıstandakı beynəlxalq qurumlar Alxanlıda mülki insanların qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

 

Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar, araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları, Azərbaycan diasporu iyulun 4-də Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanatlarla çıxış ediblər.

Dünya Axıska Türkləri İctimai Birliyinin, uyğurların “Turan dünyası” Beynəlxalq Fondunun, “Xəzər” İctimai Birliyinin, eləcə də “Ozan” Təşkilatının bəyanatlarında vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması qəbul edilməzdir.

Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqainsan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqların hüquqlarına ziddir. Qazaxıstanda akkreditə olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç” UNİCEF Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə ünvanlanmış bəyanatda deyilir ki, baş vermiş hadisənin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın növbəti hərbi təxribatı Qazaxıstan mətbuatı tərəfindən də geniş işıqlandırılıb. “Kazinformİnformasiya agentliyində Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı siyasətinin üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh prosesinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir.

 

İ şğalçı ordu Azərbaycan ərazilərindən çıxmalıdır

 

Qeyd edək ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə görüşü keçirilib. Bu görüşlə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib.

Nigar Abdullayeva

 

Palitra  2017.- 13 iyul.- S.11.