Türkiyə XİN: “İşğal
etdiyi torpaqlardan
çıxması üçün Ermənistana
təzyiq göstərilməlidir”
“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dəstəyini davam etdirəcək”
Ermənistanın atəşkəs dövründə törətdiyi təxribatların sayı-hesabı bilinmir. O da məlumdur ki, işğalçı ölkənin rəhbərliyi daim status-kvonun saxlanması üçün əlindən gələni edir. Bu sırada danışıqlar masasına əyləşməmək üçün tez-tez lokal döyüşlərin, mülki əhalinin atəşə tutulması kimi iyrənc metodlar da var.
Sonuncu belə cəhd isə iyulun 4-də baş verdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi.
Məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür
Erməni ordusunun mülki əhaliyə qarşı ağır artilleriyadan istifadə etməsi isə ciddi narahatlıq doğurur. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib ki, Azərbaycan kəndlərinin erməni qoşunları tərəfindən atəşə tutulan ərazilərinə baxış zamanı tank əleyhinə mərmilərin qəlpələri aşkar edilib. O qeyd edib ki, qeydə alınan hadisə ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin yeddi maddəsi ilə cinayət işi açılıb. Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev isə keçirdiyi mətbuat konfransında qeyd edib ki, bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir. O bildirib ki, məsələ ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə tapşırıqlar verilib və onlar akkreditə olduqları ölkələrin hökumətlərini və beynəlxalq qurumları bu barədə məlumatlandıracaqlar: “Ümid edirik ki, dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq hüququn pozulması faktına münasibət bildirəcək və hadisəni kəskin şəkildə qınayacaq. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verilib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşiklə danışıb. Azərbaycanın ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb”. H. Hacıyevin sözlərinə görə, atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: “Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu və status-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kaspşik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək”. XİN sözçüsü bir daha bəyan edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT-in Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri İqor Popov və Stefan Viskonti ilə Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatını müzakirə edib. Hikmət Hacıyev deyib ki, nazir onların diqqətinə Azərbaycanın ciddi narahatlığını çatdırıb və bəyan edib ki, Ermənistanın fəaliyyəti istisnasız olaraq vəziyyətin eskalasiyasına və danışıqların pozulmasına istiqamətlənib: "Nazir bildirib ki, Ermənistan bu təxribatı qəsdən törədib. Belə ki, İrəvan bu ərazilərdə dinc vətəndaşların yaşadığı yaxşı məlumdur".
Avropa Parlamenti və Avronest PA-nın üzvlərinə müraciət
Artıq bəzi beynəlxalq təşkilatlara da müraciətlər ünvanlanır. Belə
ki, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri
Fuad Muradov Avropa Parlamenti və Avronest PA-nın üzvlərinə
Ermənistan silahlı
qüvvələri tərəfindən
mülki əhalinin sıx yaşadığı
Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması
nəticəsində kənd
sakinləri 50 yaşlı
Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb.
Müraciətdə deyilir
ki, iyulun 4-də baş verən hadisə Ermənistanın
25 il apardığı
işğalçı siyasətinin
davamıdır. Qeyd olunur
ki, Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan
əhalisini qorxu və təşviş içində saxlamaq və sülh danışıqlarında Azərbaycana
təzyiqlər etməyə
çalışır. Müraciətdə Avropa Parlamentində
Ermənistana dəstək
verən qüvvələrin
bu cinayətin məsuliyyətini daşıdığı
da vurğulanır.
Qeyd edilir ki, müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət
deyil: “Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın
heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin
və beynəlxalq təşkilatların Ermənistanın
25 ilə yaxındır
davam etdirdiyi işğalçı siyasətinə
qarşı etinasızlığın
və hətta, bəzən onlara verilən güclü dəstəyin nəticəsidir.
Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət
Ermənistanın hərbi-siyasi
rəhbərliyi ilə
bərabər bu siyasətə qarşı
susqunluq nümayiş
etdirən, dünyada və Avropa Parlamentində Ermənistana
dəstək verən
qüvvələrin də
üzərinə düşür”.
“Şərq Tərəfdaşlığı”
ölkələrində mövcud
işğalçılıq siyasətinin tərəfdaş
ölkələrin Aİ ilə
əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən
biri olduğu diqqətə çatdırılan
müraciətdə Avropa
Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması
və işğala məruz qalmış ölkələrə daima
dəstək olması
xüsusi vurğulanır.
Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları və demokratiyanı daim öz daxili
və xarici siyasətində prioritet edən Avropa İttifaqının və
onun vətəndaşlarını
təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa
marağına toxunduğu
üçün Avropa
Parlamenti törədilmiş
bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili
müzakirələr təşkil
etmək və qətnamə qəbul etməyə çağırılır:
“Çox ümid edirik ki, Avropa
Parlamenti tərəfdaşlarının
yerləşdiyi bu regionda baş verən bu cür
qanlı və işğalçı siyasət
qarşısında səssizlik
nümayiş etdirməyəcək
və buna öz hüquqi qiymətini verəcək”.
Müraciətə baş vermiş hadisənin dəhşətinin
daha yaxşı dərk edilməsi üçün Ermənistan
tərəfinin qətl
yetirdiyi 2 yaşlı
Zəhra Quliyevanın
şəkilləri də
əlavə edilib. Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti
bu məsələni qurumun növbəti büro iclasında və Avropa Parlamentinin bütün qurumlarında və iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb.
“Ermənistanın siyasəti
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həllinin qarşısında
ən böyük əngəldir”
Ermənistan ordusunun təxribatına
Türkiyədən sərt reaksiya gəlib.
Türkiyənin Xarici İşlər Nazirliyi Füzuli rayonunda ermənilərin dinc
sakinləri öldürməsi hadisəsi ilə bağlı
bəyanat yayıb. Bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan
silahlı bölmələri Azərbaycanın Füzuli rayonunun
Alxanlı kəndini minaatanlardan və dəzgahlı
qumbaraatanlardan atəşə tutub. Nəticədə kənd sakinlərindən
50 yaşlı qadın və onun 2
yaşlı nəvəsi həlak olub, bir qadın yaralanıb: “Bu
hadisəni şiddətlə qınayırıq. Xain hücumda ölən
azərbaycanlılara Allah rəhmət eləsin!
Yaralanan qadına isə
sağlamlığına qovuşmağı
arzulayırıq. Bu mənfur hadisə Azərbaycan torpaqlarının
beşdə birini işğal
edən Ermənistanın cəbhə xəttində
ağır silahlarla təxribat törətməsini,
beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri,
xüsusilə uşaq və
qadınları hədəfə aldığını
göstərir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın sistemli
şəkildə yeritdiyi şiddət
siyasəti Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinin qarşısında ən
böyük əngəldir. Ermənistanın
işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir.
Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi çərçivəsində həllinə
dəstəyini davam etdirəcək”.
Tural Tağıyev
Palitra 2017.- 6 iyul.- S.11.