Vazeh Əsgərov: “UFAZ-da
təhsil Fransa və Azərbaycan müəllimlərindən
ibarət heyət tərəfindən ingilis
dilində aparılır”
Müsahibimiz Fransız-Azərbaycan
Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərovdur.
Vazeh Əsgərov 1978-ci il 15 oktyabr tarixində
Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə
Azərbaycan Dillər Universitetində Frànsız-ingilis
dilləri fàkültəsində təhsil àlıb. Universiteti bitirdikdən sonra
Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət
şöbəsində çalışıb. 2003-cü ildə
Fransanın Rîbårt Schumàn Univårsitåtinə qəbul îlub
və Strasburq şəhərində
yaşayıb. 2004-2006-cı illərdə Stràsburqun
Màrc Blîch Univårsitåtinin Dilçilik ålmi üzrə Màgistr 1 və
Màgistr 2 dərəcəsi üzrə təhsilini
dàvàm åtdirib. 2007-2012-ci
illərdə Strasburq Universitetində “Àzərbàycànlıların Frànsàyà
mühàcirəti: tàriõ və pårspåktivlər”
mövzusundà doktorluq dərəcəsinə
layiq görülüb.
2013-cü ilin əvvəlində Àzərbàycànà
qàyıtdıqdan sonra ADU-nun
råktîrunun müşàviri
vəzifəsinə təyin olunub.
2014-2015-ci illərdə Azərbaycan Dillər Univårsitåtinin
Tədris işləri üzrə prîråktîru vəzifəsini icrà
edib. 2016-cı
ilin dekabr ayından Fransız-Azərbaycan
Universitetinə (UFAZ) direktor
təyin olunub.
- Öncə Fransız-Azərbaycan
Universitetinin (UFAZ) yaranması
tarixindən söz açardız.
- Fransız-Azərbaycan Universiteti
(UFAZ) 2014-cü ildə Fransa
Respublikasının Prezidenti
Fransua Olland və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin birgə təşəbbüsü
ilə irəli sürülmüş bir layihədir. 2015-ci ildən etibarən layihəyə rəhbərlik
etmək üçün
Fransa tərəfindən
Strasburq Universiteti, Azərbaycan tərəfindən
isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti öhdəçilik
götürüb. Universitet Azərbaycan
dövlətinin maliyyə
dəstəyi ilə təşkil olunub.
15 sentyabr 2016-cı il Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin birgə əməkdaşlığı ilə Fransız-Azərbaycan
Universiteti (UFAZ) təntənəli
surətdə fəaliyyətə
başlayıb.
- Artıq Fransız-Azərbaycan
Universiteti (UFAZ) tələbə
qəbulu elan edib. Tələbə qəbulu qaydalarında
hansı yeniliklər var?
- Qeyd etmək istərdim ki, 2017-2018-ci tədris ili
üçün qəbul
açıq elan olunub. Keçən il olduğu kimi, bu il
də 4 ixtisas üzrə (kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, kompüter
elmləri, geofizika mühəndisliyi) 120 ödənişsiz
və 40 ödənişli
yer təklif edilib.
Dövlət İmtahan Mərkəzi
bu il
iki mərhələli
qəbul imtahanı keçirdiyi üçün,
UFAZ-a qeydiyyat da iki mərhələdə
aparılır. İyunun
12-dən iyulun 17-ə qədər
birinci qeydiyyat, iyulun 24-dən iyulun 25-i saat 23:00-dək ikinci qeydiyyat aparılacaq. UFAZ imtahanları 27 iyul tarixində keçiriləcək. Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbələri də
UFAZ-a daxil olmaq üçün imtahan verə biləcəklər.
- Bu gün tələbələrə
hansı yeniliklər təklif edirsiz? Universitetinizi digər ali təhsil
müəssisələrindən fərqləndirən nədir?
-
UFAZ-ı fərqli edən
bir çox cəhət var. Onlardan bir neçəsini sadalamaq istərdim. İlk olaraq UFAZ tələbələri
universiteti qurtardıqda
həm Azərbaycan Respublikasının, həm
də Fransa Respublikasının rəsmi
dövlət diplomlarını
əldə edəcəklər.
Yəni tələbələr ayrılıqda
iki diplom almaqla həm Strasburq, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olacaqlar. Digər bir üstün
cəhəti isə Azərbaycandan kənarda
100% Fransa təhsil sistemi ilə tədris almaq mümkün olacaq. Bununla yanaşı, tədris Fransadan dəvət olunmuş müəllimlərlə
həyata keçirilir.
Belə ki, imzalanmış memorandum, əsasən,
UFAZ müəllimlərinin 50%-i Fransadan, 50%-i isə ingilis
dilində tədris aparmağı bacaran və əsasən, xaricdə magistr və doktorluq təhsili almış müəllimlər tərəfindən
həyata keçirilir.
Eləcə də UFAZ tələbələri,
eyni zamanda Strasburq Universitetinin tələbələri olduqları
üçün Strasburqun
zəngin elektron kitabxanalarından və nəzərdə tutulmuş
müxtəlif tədris
proqramlarından istifadə
edə bilərlər.
Digər
bir üstünlük
isə UFAZ-ın yeni tədris ilində təzə 4 mərtəbəli binaya köçməsi və yeni kimya və
fizika laboratoriyalarının
istifadəyə verilməsidir.
- Tədris olunan fənlər hansı dildə tədris ediləcək? Bu baxımdan professor-müəllim
heyətiniz tam formalaşıb?
- UFAZ-da təhsil yüksəkixtisaslı Fransa
və Azərbaycan müəllimlərindən ibarət
beynəlxalq tədris
heyəti tərəfindən
ingilis dilində aparılır. Həmçinin tələbələrə intensiv fransız dili tədris olunur. Yəni tələbələr məzun olduqda artıq iki xarici dildə səlis danışacaqlar.
- Universitetinizin xarici təhsil müəssisələri
ilə tələbə
mübadiləsi olacaqmı?
Bu haqda oxuculara
məlumat verərdiz.
- Hal-hazırda Fransanın
iki böyük universiteti - Strasburq və Ren 1 bu
layihənin əsas tərəfdaşlarıdır. Gələcəkdə bu tərəfdaşlıq
daha da genişlənəcək.
Yeni tədris ilindən UFAZ tələbə sıralarına
digər xarici universitetlərin tələbələrini
də qəbul etməyi planlaşdırır.
Mübadilə proqramına
gəldikdə isə
bu il
UFAZ tələbələrinin 40-ı ilk olaraq Strasburq Universitetinin birbaşa təşkilatçılığı ilə Strasburqa yay məktəbinə gedəcəklər. Gələcəkdə bu proqramların sayının artırılması
nəzərdə tutulub.
- Tələbələrə keyfiyyətli
təhsilin göstərilməsi
üçün dərs
vəsaitləri hazırlanıbmı?
- UFAZ-da həm yerli,
həm xarici müəllimlərdən ibarət
komandamız var. Bizim üçün vacib kriteriyalar müəllimlərin
ingilis dilində tədris təcrübəsinə
malik olması və müasir təhsil metodlarından xəbərdar olmalarıdır.
Hal-hazırda bütün dərs vəsaitləri və tədris proqramları Strasburq Universitetinin tələblərinə cavab
verən metodlardır
və təhsil bu metodlarla aparılır.
- Sonda gələcək planlarınızdan danışardız.
- UFAZ növbəti tədris ili üçün
əsas istiqamətlərini
müəyyən edib
və bəzi mühüm məsələləri
formalaşdırıb həyata
keçirməyi qarşısına
məqsəd qoyub. İlk olaraq müxtəlif əməkdaşlıq proqramlarının
hazırlanması və
Fransanın digər aparıcı universitetləri
ilə əlaqələrin
yaradılması, UFAZ-ın
mərhələli şəkildə
elektron idarə olunmasının təmin edilməsi, elektron universitetin və elektron kitabxananın formalaşdırılması qarşıda
duran vəzifələrdəndir.
Bununla yanaşı,
UFAZ-ın müəllim
və tələbə
mübadiləsi imkanlarının
daha da genişləndirilməsi,
UFAZ tələbə gənclərin
fəaliyyətinin beynəlxalq
standartlara cavab verə biləcək səviyyəyə qaldırılması,
tələbələrin respublikanın
ictimai-siyasi həyatında
fəallığının artırılması, onların
asudə vaxtlarının
səmərəli təşkil
edilməsi məqsədilə
müxtəlif cəmiyyətlərin
yaradılması görüləcək
mühüm məsələlərdir.
Eyni zamanda UFAZ-ın beynəlxaq layihələrdə iştirakının
təmin edilməsi,
UFAZ Fondunun yaradılması,
müxtəlif təşkilatlarla
əlaqələrin qurulması,
tələbələrin istər
beynəlxalq səviyyədə,
istərsə də ölkədaxili müxtəlif
təşkilatlarda təcrübə
keçmələrinin təmin
edilməsi əsas istiqamətlər kimi göstərilə bilər.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Palitra 2017.- 7 iyul.- S.11.