Dünya Alxanlı faciəsinə səssiz
qalmır
Maria Ester
Labado:
“Bu hadisə təkcə xalqlarımızın ruhuna
qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin
mütləq pislənilməli
olduğuna görə
bizi narahat edir"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli
mövqeyinin müdafiə
edilməsi istiqamətində
tədbirlər davam etdirilir. Bu tədbirlərdən
biri kimi, ermənilər tərəfindən
törədilən son təxribatla
bağlı dünyanın
müxtəlif ölkələrində
aksiyalar davam edir, dünya mətbuatında yazılar
dərc olunur. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli
rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub.
Təxribat nəticəsində
Alxanlı kənd sakinləri - Quliyeva Sahibə İdris qızı və onun nəvəsi
2016-cı il təvəllüdlü Quliyeva
Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva
Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Argentinanın analitik portalı
Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi
cinayətdən yazıb
Argentinanın geniş oxucu kütləsinə malik
“Equilibrium Global” analitik portalında
“Qafqazda faciə: insan hüquqları haradadır?” başlıqlı
məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan
torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal
olunmuş ərazilərdə
mütəmadi olaraq faciəvi nəticələri
olan hadisələr baş verir. 4 iyul tarixində bu başa çatmamış
müharibədə mülki
əhali arasında qurbanlar olub: “Anlayırıq ki, belə bir hadisə
qınanmalı və
onun törədilməsi
üçün məsuliyyət
daşıyan şəxslərə
münasibətdə siyasi
nəticələr doğurmalıdır.
Ermənistan və Azərbaycan arasındakı
münaqişəyə nəzər
saldıqda yalnız tərəflərin hüququn
aliliyini əsas tutaraq sülhə nail olacağına və belə hadisələrin bir daha təkrarlanmayacağına
ümid etmək qalır. Lakin dünya vətəndaşı
kimi hadisə ilə bağlı hiddətimizi bildirərək
özümüzə belə
bir sual veririk: bu və
digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması
ilə bağlı öhdəliyi haradadır?
Niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə
uyğun olaraq mülki şəxslərin
həyatına təminat
vermir?”
Həmin məqalədə, eyni zamanda cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları
nəticəsində mülki
şəxslərin öldürülməsi
və yaralanması ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat
xidmətinin rəhbəri
H.Hacıyevin şərhlərinin
tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də
Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş
şəkildə və
qəsdən atəşə
tutması nəticəsində
yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən
sıx məskunlaşmış
ərazilərdə yaşayan,
aralarında qadınlar,
uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən
hücumların edilməsi
sistematik xarakter daşıyır. ATƏT-in
Minsk qrupunun həmsədrləri
və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar
yolu ilə status kvonun dəyişdirilməsinə
çağırışlar etdiyi halda, Ermənistan
tərəfi mülki
şəxslərin və
uşaqların qəsdən
öldürülməsinə yönəlmiş alçaq
və şərəfsiz
təxribatlara əl atır.
Məqalənin sonunda xüsusi
vurğulanır ki, baş vermiş hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli
qurumların normalarının
sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan
münaqişəsində mülki
şəxslərin həyatlarını
itirməsi mövzusuna
kifayət qədər
yer ayırmaması səbəbləri ilə
bağlı suallar yaradır. Son olaraq
münaqişənin diplomatik
yollarla həllinə ümid ifadə olunub.
Argentina senatoru dinc azərbaycanlıların
qətli ilə nəticələnən erməni
təxribatını pisləyib
Argentina Senatında Azərbaycanla
dostluq qrupunun rəhbəri xanım
Maria Ester Labado Füzuli
rayonunda dinc insanların qətli ilə nəticələnən
erməni təxribatını
pisləyib. M.E.Labado tərəfindən Azərbaycan
səfirliyinə daxil
olan məktubda deyilir: "Füzuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri
tərəfindən mülki
əhalinin öldürülməsi
ilə bağlı dərin təəssüfümü
ifadə etmək istəyirəm. Bu hadisə təkcə xalqlarımızın ruhuna
qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin
mütləq pislənilməli
olduğuna görə
bizi narahat edir".
Qazaxıstandakı beynəlxalq qurumlar Alxanlıda mülki insanların qətlə yetirməsi ilə bağlı bəyanat yayıb
Qazaxıstanda fəaliyyət göstərən beynəlxalq qurumlar, araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları, Azərbaycan diasporu iyulun 4-də Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanatlarla çıxış ediblər.
Dünya Axıska Türkləri İctimai Birliyinin, uyğurların “Turan dünyası” Beynəlxalq Fondunun, “Xəzər” İctimai Birliyinin, eləcə də “Ozan” Təşkilatının bəyanatlarında vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması qəbul edilməzdir.
Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında bildirilir ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqların hüquqlarına ziddir. Qazaxıstanda akkreditə olunmuş Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç” UNİCEF Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə ünvanlanmış bəyanatda deyilir ki, baş vermiş hadisənin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistanın növbəti hərbi təxribatı Qazaxıstan mətbuatı tərəfindən də geniş işıqlandırılıb. “Kazinform” İnformasiya agentliyində Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına geniş yer verilib. Vurğulanıb ki, azyaşlı uşağın öldürülməsi Ermənistanın işğalçı siyasətinin iç üzünü göstərir. Beynəlxalq ictimaiyyət bu hadisələrdən dərhal nəticə çıxarmalı, təcavüzkar tərəfi sülh prosesinə ciddi maneə yaradan əməllərdən çəkindirməlidir.
İ şğalçı ordu Azərbaycan ərazilərindən çıxmalıdır
Qeyd edək ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə görüşü keçirilib. Bu görüşlə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib.
Nigar Abdullayeva
Palitra 2017.- 13 iyul.-
S.11.