“Kölndə hər il
sərgilərim təşkil olunur”
Marqarita Kərimova-Sokolova: “Vətənim daim qəlbimdədir, yaddaşımda mənimlə yaşayır”
Almaniyada yaşayan azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova ilə müsahibəni təqdim edirik
-Marqarita xanım, öncə sizi tanımaq istərdik.
-Mən Bakı şəhərində anadan
olmuşam. Kuban Universitetinin
Bədii qrafika fakültəsini bitirmişəm.
Təcrübəni isə
o vaxt Repina adına Leninqrad
Rəssamlar Akademiyasında
keçmişəm.
Sovet İttifaqı
zamanından bu günə qədər
SSSR-nin və bu gün Rəssamlar
İttifaqının daimi
üzvüyəm. Kölndə isə uzun illərdir
müəllimlik edirəm,
eyni zamanda öz studiyam da var. Studiyamın adı “Yaradıcılıq”dır.
Bundan başqa, Köln şəhərinin
Estetik İnkişaf Fondunun vitse-prezidentiyəm
və YUNESKO Beynəlxalq
Rəssamlar Federasiyasının
üzvüyəm.
İllərcə əsərlərim Amerikada,
Fransada, Avstriyada, Polşada, Rusiyada, Rumıniyada, İtaliyada və Əlcəzairdə,
eləcə də ana vətənim Azərbaycanda nümayiş
olunub.
-İnsanın yaşadığı
cəmiyyət onun rəssamlıq yaradıcılığına
necə təsir edir?
-Müəyyən dərəcədə
təsiri var. Hərədə
özünəməxsus bu
proseslər gedir. Amma rəssamı daha çox öz qarşısına qoyduğu
məsələlər narahat
edib, təsirini göstərir. Təsir edən
ən güclü amil muzeylər, sərgilər, müxtəlif
baxışlar-seminarlardır. Burada isə (Kölndə) bu növ tədbirlərin
sayı yoxdur.
Daim dəyişən
dünyamızda yeni tendensiyaların sayı-hesabı
yoxdur. Mən daim bu prosesləri izləyirəm
və şəxsən
hər şeyi bilmək istərdim.
-Elə bir rəsm
əsəriniz vardırmı
ki, ona baxanda
Azərbaycanı xatırlayasız?
-Mənə doğma Azərbaycanımı yada
salmaq üçün
hər hansı əsərə baxmam gərəkli deyil. Vətənim daim qəlbimdədir,
yaddaşımda mənimlə
yaşayır. Amma
vaxtilə “Bakı və digər şəhərlər ” silsilə əsərlərini də
yaratmışam.
-Ümumiyyətlə, Vətənlə
əlaqələriniz hansı
formadadır? Diaspor tədbirlərinə
qatılırsızmı?
-Azərbaycanla əlaqəm,
demək olar ki, daimidir. Vaxtaşırı Bakıda sərgilərimi
təşkil edirəm.
2011-ci ildə Dünya Azərbaycanlıların
III Qurultayında iştirak
etmişəm. Həmin
il Azərbaycanın
Turizm və Mədəniyyət Nazirliyi,
Azərbaycan Rəssamlar
İttifaqı və Bakı Muzey Mərkəzi mənim yubiley sərgimi təşkil etmişdi. Sərginin adı “100 Anlar” idi. Burda, Kölndə də
artıq formalaşmış
Azərbaycan diasporu var ki, sərgilər
təşkil edir, görüşlər keçirilir.
Bu da daim
hamılıqla izlənilir.
-Almanlar sənətə və sənətkara nə dərəcədə
fərq qoyurlar? Yəni qeyri-alman rəssamı olaraq almanların sizə münasibəti necədir?
-İncəsənətə, ələlxüsus rəssamlığa
almanların marağı
böyükdür. Mən 1995-ci ildə həmişəlik
Kölnə köçdüm.
Bir müddət ara verdikdən
sonra yaradıcılığıma
davam etdim.
1998-ci ildə ilk dəfə
Almaniyaya, o vaxtlar
SSRİ Rəssamlar İttifaqının
xətti ilə getmişdim. O vaxtlar məşhur Pyotr Lüdviqin dəvətnaməsi
ilə getmişdim. Pyotr Lüdviq son dərəcə
məşhur incəsənət
kolleksioneri və bir növ “Şokolad
kralı” ləqəbini
almış Lüdviq
Muzeyinin təsisçisi
idi. Muzey bu gün də durur və
tam Köln Kafedralın yanındadır.
1998-ci ilin sərgisindən
sonra mənim bütün nümayiş
etdirdiyim əsərlərim
alınır. Və o vaxtdan etibarən Kölndə hər il mənim
sərgilərim təşkil
olunur.
-Qarşıda hansı sərgilərinizi keçirməyi
planlaşdırırsınız?
-Planlarım kifayət qədər çoxdur. Amma mənim həyatda bir prinsipim var: ancaq artıq baş tutmuş işlərdən danışmaq.
Fuad Hüseynzadə
Palitra $g 2017.- 20 iyul.- S.7.