Azərbaycan hərbi gücünü artırır

 

Ermənistanın NATO təlimlərinə qatılması Rusiyanın milli maraqlarına uyğundurmu?

 

Pakistandan 10 ədəd təyyarə alınıb

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər zaman səy göstərib. Baxmayaraq ki, Ermənistan qeyri-konstruktiv yol tutaraq münaqişənin həllini uzatmağa çalışır. Lakin Azərbaycan tərəfi, hələ ki, münaqişənin danışıqlar çərçivəsində həllinin tərəfdarıdır. Amma, bununla yanaşı, Azərbaycan dövləti münaqişənin hərbi yolla da həlli üçün özünü hazır saxlayıb. Buna görə də Azərbaycan dövləti gündən-günə özünün hərbi potensialını gücləndirir.

Bunun üçün Azərbaycan yeni-yeni hərbi sursatlar, silahlar, təyyarələr və s. alır. Bütün bunlar da hərbçilərimizin döyüş vərdişlərinin təkmilləşməsinə xidmət edir. Elə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşündə bu haqda danışıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub.

Görüşdə, eyni zamanda hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını qeyd ediblər.

Sonra səfir Azərbaycanda fəaliyyət müddəti başa çatmış hərbi attaşe polkovnik Syed İmran Əli və bu vəzifəyə yeni təyin olunan polkovnik Nadem Yaqub Çaudrini müdafiə nazirinə təqdim edib.

General-polkovnik Z.Həsənov Azərbaycanda fəaliyyət müddətində ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə polkovnik S.İ.Əliyə təşəkkürünü bildirib, ona gələcək işlərində uğurlar arzulayıb.

Yeni hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrin Silahlı Qüvvələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Pakistandan HHQ üçün 10 "Super Mushshak" təlim-məşq təyyarəsi alıb. Təyyarələrin alınması ilə əlaqədər Azərbaycanda baş tutan imzalanma mərasimində Pakistan aviasiya marşalı Arşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov iştirak ediblər. Saziş, həmçinin təlimin keçirilməsini və texniki yardım göstərilməsini nəzərdə tutur. Bu tipli təyyarə artıq Türkiyə, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Oman, İranCAR-da istifadə olunur.

 

Qarabağ qaziləri unudulmur

Azərbaycanda vətəndaş cəmiyyəti isə Qarabağ qazilərini unutmurlar. Belə ki, iyulun 27-də “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində “Qarabağ qaziləri” birliyində Qarabağ müharibə veteranları ilə hüquqi -maarifləndirici görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirib ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkil edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Təşkilat rəhbəri bildirib ki, layihə dövründə xeyli həssas sosial qruplar üçün hüquqi yardım təşkil edilibbu insanlar arasında Qarabağ qaziləri də var.

Redaksiyamıza verilən məlumata görə, “Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədov isə çıxışında göstərilən hüquqi xidmətə görə layihə icraçılarına təşəkkürünü bildirib.

Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və təşkilatın hüquqşünası Mobil Vəkiloğlu Qarabağ müharibəsi əlilləri və veteranlarına qanunvericiliklə verilən əlavə hüquqimtiyazlar haqqında geniş məlumat verdilər. Görüş diskussiyasual-cavab formatında davam etdirilib.

 

“Bakcell”dən Cocuq Mərcanlı sakinlərinə hədiyyə

 

Bakcell” şirkəti isə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb. Mobil operatordan verilən məlumata görə, ötən həftə Cocuq Mərcanlıya səfər edən “Bakcell” əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifliBakcell” nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər “Bakcell” nömrələri ilə isə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hislərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Azərbaycan Prezidenti tərəfindən I dərəcəli “Əmək ordeni” ilə təltif olunan Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, bu ilin may ayında “Bakcell” şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçünBakcellburada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.

Bakcellbundan sonra da Azərbaycanın bütün ərazisində üstün müştəri təcrübəsi təmin etmək üçün səylərini davam etdirəcək.

 

Sərhədləri yaxınlığında NATO və erməni əsgərlərini birgə görmək Rusiya üçün xoşagələn hal deyil

 

Bu arada son günlər regionda baş verən ən diqqətçəkən hadisələrdən biri NATO-nun Gürcüstanda, necə deyərlər, Rusiyanın “arxa bağçasında” genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasıdır. Xəbər verildiyi kimi, Alyansın “Layiqli tərəfdaş 2017" kod adlı hərbi təlimləri iyulun 30-da başlayacaqavqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər VazianiNorio hərbi bazalarında keçiriləcək. ABŞ-Gürcüstan münasibətlərinin səviyyəsi bəllidir, zaman-zaman burada NATO-ya daxil olmaq çağırışları səslənir. Lakin KTMT kimi hərbi alyansda Rusiya ilə müttəfiqlik edən Ermənistanın bu təlimlərdə iştirakı çoxlu suallar doğurur. Sərhədləri yaxınlığında NATO və erməni əsgərlərini birgə görmək Rusiya üçün xoşagələn hal deyil. Xatırladaq ki, belə təlimlərdən biribu yaxınlarda Rumıniyada keçiriliborada da Ermənistan hərbçiləri iştirak ediblər. Əgər ermənilər bu təlimlərdə “Rusiyanın razılığı”olmadan iştirak ediblərsə, o zaman yaxında bunun bədəlini ödəməli olacaqlar. Çünki Rusiyanın bu təlimlərə reaksiyası olduqca mənfidir. “Bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bəyan edib. Nazirin sözlərinə görə, Moskvanın Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün qorunması üzrə fəal hərəkətlərini bəzi ölkələr onların milli maraqlarına təhlükə kimi qəbul edir. Qeyd edək ki, Azərbaycan millistrateji maraqlarını nəzərə alıb, bu təlimlərdə iştirak etmir.

Fuad Hüseynzadə

 

Palitra  2017.- 29 iyul.- S.11.