Puşkinin 218-ci ildönümünə həsr
olunmuş tədbir keçirilib
Bakıda məşhur rus şairi Aleksandr Puşkinin anadan olmasının 218-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, ədibin paytaxtdakı abidəsi qarşısında keçirilən tədbirdə Rusiya səfirliyinin əməkdaşları, Səbail rayon ictimaiyyətinin üzvləri, rus icmasının nümayəndələri, orta məktəblərin şagirdləri və müəllimləri iştirak ediblər.
“Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova bu kimi tədbirlərin Azərbaycanla Rusiya arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rol oynadığını söyləyib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə Rusiya və dünya ədəbiyyatı qarşısında misilsiz rolu olan Puşkinin təkcə Rusiyada deyil, bütün dünyada sevildiyini bildirib. O, Puşkinin əsərləri, nağıl və şerlərinin xarici dillərə tərcümə edildiyini deyib.
Xalq yazıçısı Anar isə azərbaycanlı yazıçılarının və şairlərinin Puşkinin əsərlərini Azərbaycan dilinə tərcümə etdiyini və bunun Puşkinin Azərbaycanda sevilməsində böyük rol oynadığını vurğulayıb: "Siyasət xalqları ayırır, poeziya əksinə birləşdirir. Bütün zamanlarda dahi şəxslər onları bəxş edən xalqa bərabər tutulur. Puşkin-Rusiyadır, Rusiya - Puşkindir".
Mahmud