“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəflərin maraqlarına xidmət edir

 

Azərbaycanın dövlət rəsmiləri görüşlərdə Qarabağ məsələsini diqqətdə saxlayırlar

 

Bu gün Azərbaycanın xarici siyasətinin prioritet mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycanın dövlət rəsmiləri istər xaricdə, istərsə də digər dövlətlərin rəsmilərinin ölkəmizə səfəri zamanı görüşlərində Qarabağ məsələsini diqqətdə saxlayırlar. Elə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Avstraliyanın beynəlxalq inkişafSakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşündə bu haqda danışıb.

 

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub. Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. K. Fierravanti-Vells Azərbaycana səfər edən ilk avstraliyalı nazir olmasından məmnunluq ifadə edibbu ilin oktyabr ayında avstraliyalı adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyüsuverenliyi çərçivəsində nizamlanmalı olduğunu qeyd edib.

K. Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulanıb və bu xüsusda Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edilib, eləcə də Azərbaycanla Avstraliya arasında gəmiqayırma, kənd təsərrüfatı, turizm və ərazilərin minalardan təmizləmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Estoniya xarici işlər naziri Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari statusu barəsində məlumatlandırılıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya xarici işlər naziri Sven Mikser ilə də görüşdə Qarabağ məsələsindən danışıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfər və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, bununla əlaqədar məktub mübadiləsi həyata keçiriblər. Tərəflər son illər ikitərəfli əməkdaşlıqda müsbət dinamikanı təqdir edərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

E. Məmmədyarov informasiyakommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlığın mövcud olduğunu, tikinti, ticarət və xidmət sahəsində 10-dan artıq Estoniya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu, təhsil və turizm sahəsində əməkdaşlıq üçün potensialdan düzgün istifadə edilməsinin vacibliyi qeyd olunub.

E. Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari statusu barəsində məlumatlandırıb. Nazir Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Estoniya tərəfinə təşəkkürünü çatdırıb.

Nazirlər, həmçinin Avropa İttifaqı-Azərbaycan arasında münasibətlər, Şərq Tərəfdaşlığı layihəsi, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn sammiti, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi barəsində geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, təkbətək və geniş formatda görüşlərdən sonra tərəflər mətbuata bəyanatla çıxış ediblər. Estoniyanın xarici işlər naziri Sven Mikser öz bəyanatında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. S. Mikser bildirib ki, münaqişənin sülh yolu ilə həlli tərəflərin maraqlarına xidmət edir: “Vəziyyəti çətinləşdirəcək ritorikandan çəkinmək lazımdır. Biz Minsk qrupunun bu münaqişənin həllində daha çox səy göstərəcəyinə əminik”.

Sven Mikser deyib ki, Azərbaycan Estoniya üçün vacib ölkədir: “Bizim Aİ-də sədrliyimizin əsas prioritetlərindən biri Şərq ölkələri ilə əməkdaşlığı gücləndirmək olacaq”. O xatırladıb ki, Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar gedir: “Ümid edirəm ki, tərəflər arasında tərəfdaşlıq müqaviləsi imzalanacaqbiz bunun sürətini artırmağa çalışacağıq. Bu müqavilənin məzmunu çox vacibdir”.

Eston nazir qeyd edib ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün böyük potensial var: “Ölkələrimiz arasında ticarət dövriyyəsi cüzidir. Amma Azərbaycan bizim üçün vacib ölkədir. Enerjiqaz təminatında Azərbaycan vacib tərəfdaşdır. Daşınma və nəqliyyat sahəsində imkanlar var”.

 

"Status-kvo"nu dəyişməyin vaxtı çatıb”

Elmar Məmmədyarov isə münaqişə və danışıqlar prosesi barədə eston həmkarına məlumat verdiyini bildirib: "BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə göstərilən suverenlik məsələsi bizim ortaq marağımızdır. Bütün münaqişələr beynəlxalq norma və prinsiplər əsasında həll olmalı, BMT üzvü olan bütün ölkələr bunlara əməl etməlidir".

Nazir bildirib ki, ölkələrimiz arasında intensiv dialoq bu ilin aprel ayından etibarən başlayıb. Estoniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu kimi görüşlər ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir.

Elmar Məmmədyarov deyib ki, “status-kvo"nu dəyişməyin vaxtı çatıb: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk".

O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskva görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.

"Həmin sənədə əsasən münaqişənin həlli istiqamətində irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. "Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, "status-kvo" qəbuledilməzdir", - deyə nazir qeyd edib.

XİN rəhbəri Avropa ilə əməkdaşlığın Azərbaycan üçün vacib məsələlərdən biri olduğunu deyib. O bildirib ki, tərəflər bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində doğru yoldadır.

Nazirin sözlərinə görə, bu həftə Aİ-nin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han Azərbaycana gəlir və o, “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycanın hazırlığını nəzərdən keçirəcək, öz fikirlərini bölüşəcək.

 

Fuad Hüseynzadə

Palitra 2017.- 13 iyun.- S.11.