“Ermənistanın işğalçılıq
siyasəti: regionda təhlükəsizlik
və humanitar fəlakət”
V.Quliyev:
“Xocalı həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması istiqamətində Heydər
Əliyev Fondu tərəfindən böyük işlər görülür”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqamətində tədbirlər davam etdirilir. Belə ki, müxtəlif beynəlxalq konfranslarda, seminarlarda mövcud həqiqətlərlə bağlı məlumatlar səsləndirilir.
Dünən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda təşkil olunan beynəlxalq ictimai forumda real vəziyyətlə əlaqədar fikirlər səsləndi. Forumda Xarici İşlər Nazirliyinin əməkdaşları, xarici ölkə səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, KİV və QHT rəhbərləri, ekspertlər iştirak edirdilər.
“Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkənin xarici siyasətinin prioritetidir”
Tədbiri giriş sözü ilə açan BMAM sədri Rufiz Qonaqov bildirdi ki, Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir. O qeyd etdi ki, Azərbaycanın sülh təşəbbüslərinə və dinc qonşuluq prinsipinə hörmət etməsinə baxmayaraq, Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir: “Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib”.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Bu, Azərbaycanın xarici siyasətinin prioritetidir”. Vüsal Quliyev bildirdi ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” yaratmaq iddiaları ilə xalqımıza qarşı terrorçuluq, təcavüz, etnik təmizləmə siyasəti həyata keçirib. V.Quliyev vurğuladı ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və yeddi ətraf rayon 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır və bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:
“Xocalı soyqırımı isə Ermənistanın Azərbaycan xalqına qarşı bu təcavüzünün ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. Xocalıda insanlar vəhşicəsinə qətlə yetirildi, şəhər yer üzündən silindi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür”. V.Quliyev vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkənin xarici siyasətinin prioritetidir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələr ölkəmizin beynəlxalq aləmdə mövqeyinin təsdiqlənməsi və möhkəmlənməsi üçün əsasdır”. V.Quliyev bildirdi ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib: “Azərbaycan çox böyük uğurlara imza atıb, güclü ordumuz var. Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, aprel döyüşləri də Azərbaycanın gücünü göstərdi. Dövlət başçısı bildirib ki, Göyçə, Zəngəzur tarixi torpaqlarımızdır. Gənc nəsil bilməlidir ki, o torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq".
Millət vəkili Elman Nəsirov ATƏT-in Minsk qrupu yaradılması ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq xarakter aldığını bildirdi: “Azərbaycanla Ermənistanın, Rusiya ilə ABŞ-ın, NATO-nun, Türkiyənin, İranın mövqeləri üst-üstə düşdüyü zaman Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa, Rusiya, işğalçı Ermənistan xristian dövlətləri, işğala məruz qalan Azərbaycan müsəlman dövlətidir. Yəni 4-ün 1-ə nisbətində münaqişənin həllinə çalışırıq. Bu nisbətin 4-ün 4-ə olmasını təmin etmək üçün həmsədrlər sırasına Türkiyə, Pakistan və Qazaxıstanın daxil edilməsi məntiqli olar. Bu halda münaqişənin həllində həm də iki sivilizasiyanın iştirakı təmin edilər. Biz mütləq bu münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik, torpaqlarımızı geri qaytaracağıq”.
Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov ermənilərin Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi ilə əlaqədar Ağdərədə "Marağa-150" abidəsinin qoyulduğunu xatırlatdı: "Bu, ermənilərin Marağadan, yəni İrandan Dağlıq Qarabağa 150 il əvvəl köçürülməsi ilə bağlı idi. İrəvanda, Göyçə və Zəngəzurda da ermənilər yaşamayıblar. Ermənilər Dağlıq Qarabağa çar Rusiyasının işğalçılıq siyasətinin nəticəsi olaraq köçürülüblər. Çar Rusiyasının bu gün əldə etdiyimiz hərbi xəritələrində də hər hansı erməni toponimi yoxdur, bu ərazilərdə ermənilərin yaşamadığı aydın görünür, azərbaycanlıların yaşadıqları bölgələr olaraq əksini tapır. Böyük dövlətlərin ikili standartları münaqişənin ədalətli həllinə imkan vermir".
XİN:
"Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda çıxış etdi. "Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur"-deyən. Hikmət Hacıyev bildirdi ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi: "Ancaq Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir. Yaranmış vəziyyət səngər müharibəsini, İkinci Dünya müharibəsini xatırladır. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır. Çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakter daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. Son Sankt-Preterburq görüşündə də prezidentlər arasında substansiv danışıqlar aparıldı. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır".
XİN mətbuat katibi bildirdi ki, Azərbaycan 25
ildə böyük humanitar
fəlakətlə üzləşib, 1 milyon
qaçqın və məcburi köçkün
var: "Status-kvo ilk növbədə hərbi işğal
faktına əsaslanır. ATƏT-in Minsk Qrupunun
həmsədrləri regiona
yenə də səfər etdi. Həmsədrlərin regiona səfərlərinə
Azərbaycanda ictimai etiraz var, onlar
bundan nəticə çıxarmalıdırlar. Həmsədrlərin fəaliyyətini dəstəkləsək də,
yekun olaraq nəticə var. Onların
bəyanatında tərəflər
substansiv danışıqlara
və siyasi iradəyə çağırıldı.
Ermənistan tərəfi bunu
nəzərə almalıdır.
Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən
ABŞ Dövlət Departamenti
də tərəfləri
substansiv danışıqlara
çağırdı. Helsinki yekun aktında
tərəflərin güc
tətbiq etməməsi,
ərazi bütövlüyü
və xalqların müqəddəratını təyin
etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş
ərazilərdə olması
güc təhdiddir.
Azərbaycan icması Dağlıq
Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının
geri qayıtmasından
sonra Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllini tapmalıdır.
Ermənistan bunu başa
düşməlidir. Azərbaycan ərazi
bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq".
Tədbirdə millət vəkili
Hikmət Babaoğlu “Ermənistanın
işğalçılıq siyasəti, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən
əsas faktor kimi”, filologiya elmləri doktoru
Rövşən Məmmədov “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
fonunda transmilli informasiya siyasəti”, iqtisadi
elmlər doktoru Fikrət Yusifov “Ermənistanın
işğalçılıq siyasəti və humanitar
fəlakət” mövzularında məruzə ilə
çıxış etdilər. Müzakirələrdə
Metsamor Atom Elektrik Stansiyasının region
üçün böyük
bir təhlükə mənbəyi olduğu, Ermənistanın regionda
humanitar fəlakətə aparan
addımları, informasiya müharibəsi
sahəsində görülən işlərdən bəhs olundu.
Nigar Abdullayeva
Palitra 2017.- 23 iyun.- S.11.