Rafael Hüseynov: “Avropada qaçqınlarla bağlı böhranın şiddətlənməsi səbəblərindən biri Avropa Şurasının vaxtında Azərbaycanın səsinə səs verməməsidir”

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının üçüncü günü qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinə həsr edilib. “Qaçqınların kəskin böhranlar zamanı inteqrasiyası: mövcud vəziyyətin öyrənilməsi və yaxşı təcrübə nümunələri” adlı məruzənin müzakirəsinə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da qatılıb.

 

Rafael Hüseynov qaçqın və məcburi köçkün faciəsi ilə bağlı Azərbaycanın Avropa Şurasında illərdən bəri mütəmadi olaraq sənədlər hazırladığını, çıxışlar etdiyini, təkliflər irəli sürdüyünü diqqətə çatdıraraq deyib: “Təəssüf olsun ki, insanların köhnə və sağalmayan pis vərdişlərindəndir- öz başına gəlməyincə faciənin, dərdin, ağrının haqqında tam dolğunluğu ilə fikirləşə bilmirlər. Onun doğura biləcəyi yeni təhlükələri nəzərə almır, bu barədə düşünməkdə, əməli addımlar atmaqda qətiyyətli olmur, elə ümumi sözlərlə vicdanını sakitləşdirir. Zənn edir ki, mənəvi məsuliyyətdən azad olmaq üçün elə bu da yetər. Bironda ayılır ki, başqasında görüb biganə qaldığı bəla artıq onun öz qapısını döyür. Buna bariz nümunə göz önündədir. Bu gün Avropanı ciddi narahatlıqlarla üz-üzə qoymuş qaçqın və miqrant problemi, onların ardı-arası kəsilməyən xaotik axının yaratdığı və yaratmaqda davam edəcəyi yüz cür sıxıntılar silsiləsi artıq hamımızı bu haqda ardıcıl müzakirələr aparmağa, böhranlı vəziyyətdən çıxış yolları axtarmağa vadar edir”.

O bildirib ki, 2001-ci ildən Azərbaycan nümayəndə heyətinin üzvləri qaçqınlıq, miqrasiya, terrorizmseparatizmin necə dəhşətli təmayüllər olduğunu, dərhal təsirli tədbirlər görülməsə hansı fəsadlar ortaya çıxaracağını söyləyir. Ermənistan və onu dəstəkləyən mürtəce qüvvələrin gerçəkləşdirdiyi deportasiyaişğal siyasəti nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevriləndə, Azərbaycan nümayəndə heyəti bu məsələni bütün kəskinliyi ilə burada qaldırmağa başlayanda yalnız bir üzv dövlətlə digər üzv dövlət arasında hərbi münaqişə var idı. Ancaq azərbaycanlı parlamentarilər səslərinin qaldıraraq köməyə, səyləri birləşdirməyə, müştərək mübarizə aparmağa, Avropa Şurası ailəsində belə arzuedilməz halların yaranmasına imkan verməməyə çağırırdı.

Biz hər sessiyadakı çıxışlarımızda, hazırladığımız sənədlərdə dəfələrlə bəyan edirdik ki, ayıq olaq, qarşısını almasaq, bir neçə il sonra bu xoşagəlməz nümunə digər üzv ölkələrə sıçrayacaq. Beş, on il keçdiAvropa Şurasının çağırışlarımızla bağlı təsirli tədbirlər görməməsi kədərli bəhrələrini verdi. Digər üzv ölkələr arasında hərbi münaqişələr də başlandı, işğalseparatizm də tədricən adiləşdi, qaçqın və köçkünlərin sayı da sürətlə artdı”, -deyə R. Hüseynov diqqətə çatdırıb.

Avropa Şurasının bu gün qitədə ciddi problemə çevrilən qaçqınlıq, terrorizm, separatçılığın belə geniş miqyas almasında müəyyən mənada günahkar olduğunu, vaxtında təsirli addımlar atmadığını vurğulayan Rafael Hüseynov deyib: “Belə ağır vəziyyətlərin yaranmaması üçün bizdən asılı olan bircə tələb var idi. Biganə qalmamaqbu qəbil problemlərin situasiya gərginləşənə, böhran həddinə çatana qədər həll edilə bilməsinə çalışmaq. Münasib həll üsulu da mövcuddur. Bunun üçün bircə şey tələb olunur ki, böyük problemlərlə təkbətək qalmış insanları və dövlətləri görəndə sakitcə baxıb keçməyəsən. Özünü onların yerində təsəvvür edərək düyünün açılmasına dərhal mümkün köməyini göstərəsən. Bunları etməyə imkan olduğu halda hərəkətsiz qalanda çox keçmir ki, laqeydliyin cəzası özü səni tapır. Bu gün Avropa qaçqın və köçkünlərin fasiləsiz axınının doğurduğu problemlərlə, addım-addım irəliləyən terrorizmlə, get-gedə daha artıq dirçələn separatizm meyilləri ilə qarşı-qarşıyadır. Vaxtilə başqalarında müşahidə edilən fəlakətlər asta-asta Avropanın üstünə axır”.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq, problemin həllinə nail olmaq üçün cavabdehlik daşıyan qüvvələrin süstlüyünə toxunan deputat Rafael Hüseynov, belə davam edərsə, Avropanın gələcəkdə də daha ciddi problemlərlə üzləşəcəyini söyləyib.

“25 ildən artıqdır ölkəmizdə hər 10 nəfərdən biri qaçqın, yaxud məcburi köçkündür. Biz bu faciəyə bütün çalarları ilə bələdik. Bu illər ərzində Avropa bizim bu ümdə problemin həllini ATƏT-in Minsk qrupunun üzərinə atıb. Minsk qrupunun isə bu illər ərzində heç bir real, səmərəli nəticəsi olmayıb. Belə münasibət davam etdikcə bilin və hazır olun ki, yeni bəlalar Avropaya, üzv dövlətlərə doğru gəlməkdə davam edəcək”, -deyə R. Hüseynov əlavə edib.

 

Fransa portalı:

“Qaçqınlara diqqət Azərbaycan üçün prioritet məsələdir”

Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı xarici mətbuatda daimi olaraq yazılar dərc edilməkdədir. Bu yazılarda Ermənistanın işğalçı olması faktı öz təsdiqini tapır. Eyni zamanda, məcburi köçkünlərin daim öz yurd-yuvalarına qayıtmaq barədə düşüncələri də xarici KİV-də əksini tapır.Belə məqalələrdən biri Fransanın “blogs.mediapart.fr” saytında, “Azərbaycanın prioriteti qaçqınlara diqqətdir” adı ilə dərc olunub.

Məqalədə Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr olunanAvropaFransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər, Azərbaycan nümunəsi” adlı konfransdan danışılıb.

Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin, Avropa Robert Şuman İnstitutununAli Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan ərazilərinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi, bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılmasına baxmayaraq, onlar daim öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadıqları vurğulanıb.

Ermənistanın işğalçı siyasətinin dəfələrlə beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən pislənildiyi və bu işğala son qoyulmasına dair qətnamələr qəbul edildiyi diqqətə çatdırılıb.

Yazıda torpaqlarımızın 25 ildir işğal altında olmasından, Xocalı soyqırımından, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətindən, Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərə, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqları zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutanBöyük qayıdış” proqramına toxunulub.

2016-cı ildə Bakıda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradıldığı, erməni vətəndaş cəmiyyətinin nümayəndələrinin də bu təşəbbüsə qoşulmağa dəvət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin, həmişə olduğu kimi, yenə də bu platforma ilə bağlı mənfi reaksiya göstərdiyi bildirilib.

 

A. Miriyev

Palitra  2017.- 30 iyun.- S.11.